Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

15.08.2026 [17:35]

Çinin “Hainan Airlines" şirkətinə məxsus "Airbus" təyyarəsi Krasnoyarsk hava limanına təcili eniş edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsi məlumat yayıb. Pekin-Mançester reysini yerinə yetirən hava gəmisinin enişi uğurlu olub. Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarəyə və yerüstü infrastruktura ziyan dəyməyib.

Krasnoyarsk Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirib ki, enişdən dərhal sonra ingilis və Çin dillərini bilən mütəxəssislər sərnişinlər və heyətlə işə başlayıblar. Dilçilər və sərnişin daşınması üzrə ekspertlər yaranan problemlərin həllində, aviaşirkətlə əlaqələrin qurulmasında sərnişinlərə kömək göstərirlər. Dövlət qurumları ilə birgə sərnişinlərin və heyətin bütün lazımi ehtiyacları qarşılanır. "Hainan Airlines" aviaşirkəti uçuşu davam etdirmək üçün Krasnoyarska ehtiyat təyyarə göndərəcəyini bəyan edib.

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31