Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

24.08.2026 [12:45]

Qvineyanın paytaxtı Konakri şəhərində baş verən güclü torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub. Gecə saatlarında yağan leysan yağışlar şəhər zibilxanasında irimiqyaslı uçquna səbəb olub. 

AZƏRTAC xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, yaralananlardan 6-nın vəziyyəti ağırdır, 16 nəfər isə yüngül xəsarətlər alıb. Hadisə yerində xilasetmə işləri fasiləsiz davam edir. Yerli sakin Sire Diallo jurnalistlərə açıqlamasında uçqun zamanı 5 övladını itirdiyini bildirib. Ölənlərin sayının artacağı istisna edilmir.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31