Blogerlər vergiyə cəlb olunur
05.09.2026 [12:48]
Son illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar, eləcə də müxtəlif əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, iqtisadi fəaliyyət növlərinin mövcud təsnifatında bu sahənin ayrıca əks olunmaması həmin şəxslərin fəaliyyətinin uçota alınmasını və statistik qiymətləndirilməsini çətinləşdirib. Bu amilləri nəzərə alan Dövlət Vergi Xidməti (DVX) rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media platformaları üzərindən gəlir əldə edən şəxslərin fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığının təkmilləşdirilməsini qərara alıb. Yeni inzibatçılıq tədbirləri sayəsində blogerlərin və infulenserlərin sosial media platformalarından əldə etdiyi gəlirlərin uçotu aparılacaq.
Mülki-hüquqi müqavilə əsasında gəlir
Qeyd edək ki, influenser sosial media platformalarında (“Instagram”, “TikTok”, “YouTube”, “Facebook”, “X” və s.) kifayət qədər izləyicisi olan, ictimai rəyə təsir göstərən və məhsul, xidmət və ya ideyaların tanıtımında iştirak edən şəxslər hesab edilir. Onlar sosial media kontenti yaradaraq canlı yayımlardan gəlirlər əldə edir. Eyni zamanda, tanınmış brendlərlə əməkdaşlıq edərək onları reklam edir və sponsorlu paylaşımları yerləşdirilər. Həmçinin bu şəxslər “livestream” vasitəsilə gəlir əldə edirlər, bu əsas etibarilə “Twitch” və “TikTok Live” üzərindən “donate”, abunəlik və ya hədiyyə yolu ilə qazanılan gəlirlərdir. Bundan başqa, son dövrlərdə ən çox gəlir gətirən sahə kimi platformaların “Patreon” və “YouTube Membership” kimi seqmentləridir.
Ancaq bunun müqabilində influenser və blogerlər heç bir vergi ödəmirlər. Beynəlxalq praktikada həmin fəaliyyət sahəsi vergitutma obyekti sayılır və demək olar ki, bütün ölkələr influenserləri qanunamüvafiq qaydada vergiyə cəlb edib. Azərbaycanın vergi qanunvericiliyində də məsələnin hüquqi çərçivəsi mövcuddur, influenserlər ayrıca bir vergi kateqoriyası kimi tanınmasalar da, gəlir əldə edən fiziki şəxslər və ya fərdi sahibkarlar kimi vergi ödəyicisi hesab olunurlar. Əslində, həmin şəxslərin hər biri vergi qeydiyyatına alınmalıdır. Təhlillər göstərir ki, həmin şəxslər vergi orqanında qeydiyyatda deyillər və gəlirlərini adətən mülki-hüquqi müqavilə əsasında əldə edirlər (məsələn, bir brendlə və ya reklam agentliyi ilə müqavilə bağlayaraq). Məhsulun reklam və ya tövsiyə xarakterli olması blogerin bu fəaliyyət üzrə davamiyyətinə görə təhlil edilir. Əgər bloger eyni və ya eynicinsli məhsulları və ya xidmətləri mütəmadi olaraq tövsiyə edirsə, bu iş artıq reklam xarakterli qəbul olunur və vergiyə cəlb olunur və bu zaman vergi tutulması prosesi xidməti alan tərəfindən həyata keçirilir. Yəni influenserə ödəniləcək məbləğdən ödəmə mənbəyində vergi məbləği tutulur, dövlət büdcəsinə ödənilir. Bu halda həmin şəxsin ayrıca vergi uçotuna alınaraq vergi bəyannaməsi təqdim etmək öhdəliyi yaranmır.
Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanun nə deyir?
Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinə əsasən, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə müvafiq qaydada hesablanır və aidiyyəti üzrə ödənilir.
Həmin Məcəllənin 150.1.3-cü və 150.1.7-ci (vergi orqanlarında uçota alınmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə) maddələri tətbiq edilərkən gəlir vergisi bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş verginin dərəcəsi müvafiq olaraq pensiya alan və xidmət göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır.
Məcəllənin 101.1-ci maddəsinin tələbinə görə, blogerlərin gəliri 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda 350 manat + 2.500 manatdan çox olan məbləğin 25 faizi həcmində vergi ödəməlidirlər. Bundan başqa, “Sosial sığorta haqqında” qanunun 14.5.2-ci maddəsinə əsasən, gəlirlərin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur. Həmçinin “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.4-cü maddəsi ilə gəlirin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta haqqı tutulur.
“Rəqəmsal platforma təsirçisi” vergitutma mexanizmini müəyyən edir
Qeyd edilən sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi çərçivəsində artıq Vergi Xidməti tərəfindən uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata “Rəqəmsal platforma təsirçisi” (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edilib ki, həmin təsnifat vergitutma mexanizmini müəyyənləşdirir. Qaydalar sosial media və digər rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin daha dəqiq və şəffaf rəsmiləşdirilməsinə, onların iqtisadi fəaliyyətinin ayrıca uçota alınmasına və statistik məlumatların daha dolğun formalaşdırılmasına imkan yaradır.
Dövlət Vergi Xidməti blogerlər və infulenserlərə, bu sahədə fəaliyyət göstərən digər vergi ödəyicilərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirməyi və qeydiyyat zamanı yeni fəaliyyət kodunu seçməyi tövsiyə edib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

