Xalq-iqtidar birliyi sabitlik və inkişafın əsas amilidir
10.09.2026 [18:23]
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının XIII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə dövlətçilik ənənələrinin inkişafına töhfə verib. Partiyanın 2021-ci ildə keçirilən VII qurultayı bu siyasi təşkilatın fəaliyyətinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsində mühüm rol oynayıb. Həmin siyasi kursa öz töhfəsini vermək məqəsdilə YAP Qaradağ rayon təşkilatı da fəaliyyətini gücləndirib. Ərazi partiya təşkilatları və üzvlərlə iş, maarifləndirici və sosial layihələr rayon təşkilatının fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Emil Abbasov bildirib ki, Azərbaycan dövlətçiliyinin inkişafında Yeni Azərbaycan Partiyasının xüsusi rolu olub. O vurğulayıb ki, çoxsaylı layihə, konfrans, dəyirmi masa və digər tədbirlər rayon təşkilatının fəaliyyətində mühüm yer tutub.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən biridir. Onun sözlərinə görə, VII qurultaydan sonra beynəlxalq miqyasda fəaliyyətini daha da gücləndirən Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, regionun ən nüfuzlu siyasi təşkilatına çevrilib. Vurğulanıb ki, Azərbaycan xalqı öz Liderini daim dəstəkləyir və Onun ətrafında sıx birləşib.
Çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən ölkəmizdə gedən ictimai-siyasi proseslərdə mühüm rol oynayıb: “Ümummili Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtidar partiyasına çevrilən YAP ölkəmizin sürətli inkişafına daim öz töhfələrini verib. Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfər və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub: “Bu şanlı qələbələr dövlətimizin qüdrətinin, xalqımızın birlik və həmrəylinin, həmçinin tükənməz milli iradəsinin bariz nümunəsidir”.
Məşhur “91-lər”in üzvü Munis Bayramov müstəqilliyin bərpasından sonra ölkədə yaranmış ağır vəziyyəti, iqtisadi böhranı və vətəndaş müharibəsi təhlükəsini xatırladıb. O bildirib ki, məhz belə ağır bir dövrdə Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası qısa müddətdə hakim partiyaya çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır. “Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən çox üzv birləşib”, - deyə M.Bayramov qeyd edib.
Tədbirdə şəhid anası Fəridə İsmayılova və Lökbatan Tibb Mərkəzinin direktoru, Nizmai küçəsi 9 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elçin Hüseynov çıxış ediblər. Çıxışlarda Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bundan sonra da misilsiz uğurlar qazanağına əminlik ifadə olunub.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rəfael Gülməmmədov bildirib ki, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz Proqram və Nizamnaməsində nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib: “Bu baxımdan, VII qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlar, qəbul olunmuş qərarlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirib. Partiya üzvləri həmin vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylə çalışmalı və bu istiqamətdə bilik və bacarığını əsirgəməməlidir”.
Konfransın sonunda YAP Qaradağ rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və YAP-ın VIII qurultayına nümayəndələr seçilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35

