/ / İftixar Piriyev fenomeni: sənətkar şəxsiyyəti, elmi düşüncəsi və “Qeyri-səlis teatrı” konsepsiyası
İftixar Piriyev fenomeni: sənətkar şəxsiyyəti, elmi düşüncəsi və “Qeyri-səlis teatrı” konsepsiyası
11.09.2026 [09:22]
(elmi-publisistik portret)
Əziz Ustad İftixar müəllim!
Yaşadığınız ömrün ötən illəri yalnız zaman ölçüsü deyil, həm də milli teatr sənətinin və yaradıcı düşüncənin inkişafına həsr olunmuş mənalı bir həyat salnaməsidir. Siz aktyor, rejissor, şair, dramaturq, tədqiqatçı-alim, səhnə pedaqoqu və teatr reformatoru kimi çoxşaxəli fəaliyyətinizlə Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermisiniz. Sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryam xanım Əlizadənin sözləri ilə desək: “Bir faiz heç kəsin şübhəsi ola bilməz ki, Siz təpədən-dırnağa teatr adamısınız. Siz əlində qələm olan bir yazarsınız - həm bədii əsərlər - pyeslər, həm də elmi əsərlər... gözəl aktyorsunuz və görünür ki, gözəl də rejissorsunuz...”.
Rejissor kimi traktovka verdiyiniz tamaşalar, şeir yaradıcılığınız və qələminizdən çıxan pyeslər yalnız səhnə hadisəsi olaraq qalmır, həm də fəlsəfi düşüncənin, milli-mənəvi dəyərlərin və insan ruhunun bədii təcəssümünə çevrilir. Hər bir əsəriniz sənətin cəmiyyət qarşısındakı missiyasını, insanın daxili aləmini və həqiqət axtarışını özündə əks etdirən estetik hadisə kimi meydana çıxır.
Çoxşaxəli yaradıcılıq yolunuz şəxsiyyətinizi yalnız ayrı-ayrı sənət sahələrinin nümayəndəsi kimi deyil, teatrı, ədəbiyyatı və elmi düşüncəni vahid estetik sistemdə birləşdirən sənətkar fenomeni kimi səciyyələndirir. Yaradıcılıq fəaliyyətinizə verilən qiymətlər də məhz bu bütövlüyü, sənətə bağlılığı və fərdi yaradıcılıq missiyanızı ön plana çıxarır.
Siz illər ərzində ardıcıl həyata keçirdiyiniz sənət layihələri ilə Azərbaycan və Türkiyə arasında qurulan mədəni əlaqələrin inkişafına xidmət edən teatr xadimlərindən birisiniz. Bu xüsusiyyətlər Türkiyənin müxtəlif elm və ictimaiyyət nümayəndələrinin fikirlərində də xüsusi vurğulanır.
“Türkay” jurnalının naşiri Namık Nas “İFTİHAR PİRİYEV - Türk Dünyası Kültür Elçisi” başlıqlı yazısında ortaq mədəni dəyərlərə xidmət edən sənət missiyanızı belə ifadə edir: “Öyrəndim ki, İftihar bəy teatrı özünün ayrılmaz bir hissəsinə çevirib. Azərbaycan və Türkiyə arasında qurduğu teatr sənəti körpüsü vasitəsilə Türkiyədəki qardaş və bacılarının sevgisini qazanıb, Azərbaycanı daha yaxşı başa düşməyə töhfə verib və ortaq tariximizin qəhrəmanlarını və qəhrəmanlıqlarını səhnələşdirərək ürəkləri fəth edib”.
Keçmiş Manisa valisi Halil İbrahim Daşöz İftixar Piriyevin dostluq, təşkilatçılıq və mədəni əlaqələrin inkişafındakı rolunu xüsusilə vurğulayaraq qeyd edir: “İftihar bəy dostluğa dəyər verən vəfalı bir insandır. O, lütfkar ünsiyyət və təşkilatçılıq bacarıqlarına malik mədəniyyət və incəsənət sahəsində çox dəyərli bir şəxsdir... Türkiyənin bir çox şəhərində teatr tamaşaları təşkil edib. Bu yolla o, həm ölkəsini tanıtmış, həm də Türkiyə - Azərbaycan münasibətlərinin inkişafına töhfə vermişdir”.
Niğdə valisi Gündüz Bədərin xatirələri də İftixar Piriyevin Azərbaycan-Türkiyə mədəni əlaqələrinə verdiyi töhfələrin konkret bir hadisə üzərindən necə yadda qaldığını göstərir: “İftixar bəylə ilk dəfə 2005-ci ildə Niğdə şəhərində görüşdük. Niğdə şəhərindəki ən böyük “Qızıl Alma” adlı parkın İrəvan Teatrının gəlişi münasibətilə Heydər Əliyevin adına dəyişdirilməsinin birgə açılışını gerçəkləşdirdik. Niğdədə həyata keçirdiyimiz bu ismdəyişdirmə mərasimi Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın unudulmaz bir nişanəsi oldu. Əslən Qərbi Azərbaycanın Gümrü şəhərindən olan bir insan kimi bu hadisə həyatımın ən dəyərli anlarına çevrildi”.
Anadolu Aydınlar Ocağının başqanı, Üsküdar Universitetinin professoru, doktor İbrahim Öztek isə bu fəaliyyətin daha geniş ictimai-mədəni müstəvidə davam etdiyini vurğulayır: “İftihar Piriyevlə qardaşlığımız və candaşlığımız 25 ildən çoxdur. Görürəm ki, onun ölkəsinə və Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığa olan sevgisi çiçəklənməyə davam edir, yeni bəhrələrini verir və böyüyür. İftixar Piriyev Türkiyədəki qardaşları ilə birlikdə Türkiyə - Azərbaycan Böyük Qardaşlıq,Candaşlıq, Mədəniyyət və Strateji Platformasını Türkiyədə və Azərbaycanda qurdu. Bu platforma hər iki qardaş ölkədə getdikcə daha çox əhəmiyyət kəsb edir, Azərbaycan və Türkiyənin milli maraqlarını prioritetləşdirən ortaq bir cəmiyyətdir. Bu cəmiyyətin və vətəndaş cəmiyyəti təşkilatlarının Qarabağ, Xocalı, Qafqaz İslam Ordusu, 31 Mart Soyqırımı, Azərbaycan Respublikasının qurulması, diaspor tədqiqatları, Qarabağın Böyük Vətən Qələbəsi, türk və Azərbaycan döyüşçüləri, veteranları və təqaüddə olan zabitləri ilə bağlı işləri, Qərbi Azərbaycandan didərgin düşən soydaşlarımızın axtarılması əsasən İrəvan Azərbaycan Teatrının fəaliyyətində cəmləşib və bu çərçivədə davam edir”.
Vətənpərvərlik, Dövlətçilik, Azərbaycançılıq, İrəvan və İrəvançılıq İftixarın həyat kredosudur!
Bu baxımdan Türkiyənin tanınmış cərrahı, professor Nəcmi Kurt İftixarı yalnız sənət adamı kimi deyil, Türk dünyasının ortaq mənəvi və mədəni dəyərlərinə xidmət edən ziyalı kimi qiymətləndirərək yazır: “İftihar Piriyev həyatımda rastlaşdığım nadir insanlardan biridir. Onun yanaşması və düşüncələri sayəsində Türkiyə Cümhuriyyəti və Azərbaycanın türk dünyası üçün nə qədər dəyərli olduğunu daha yaxşı başa düşdüm; “bir millət, iki dövlət” ifadəsinin mənası... Türkiyə və Azərbaycanın onun səviyyəsində insanlara çox ehtiyacı var. Atatürk tərəfindən qurulan Türkiyə Cümhuriyyəti həm Türkiyə, həm də Azərbaycan, eləcə də türk respublikaları üçün çox vacibdir. Biz bunu görməyə bilərik, amma inanıram ki, 20-30 il ərzində təxminən 350 milyon türk xalqı Turan çətiri altında birləşəcək və güclü bir ittifaq yaradacaq”.
Turançılıq ideyası İftixar Piriyevin həyat və sənət məfkurəsinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdəki fəaliyyətinə diqqət yetirdikdə onun türk dünyası ilə mədəni əlaqələrin qurulmasına yönəlmiş yaradıcılıq xətti aydın görünür. Özbəkistan xalq artisti Gülbahar Məmmədovanın fikirləri də bu istiqamətdəki fəaliyyətinizin müxtəlif yaradıcılıq mühitləri ilə əlaqələndiyini göstərir: “Mən İftixarı 2022-ci ildən teatrımız “Qaynana” tamaşası ilə Azərbaycanda qastrol səfərində olduğu zamandan tanıyıram... Bizi öz teatrının yaradıcı heyəti ilə görüşdürdü. Görüş çox səmimi və mehriban keçdi. Xoş təəssürat yaratdı. Sonra 2023-cü ildə Səmərqənd Musiqili Dram Teatrında İftixarın “Könüllər mülkünün sultanı - Şeyx Nizami Gəncəvi” əsəri tamaşaya qoyuldu. Bu tamaşasının premyerasında iştirak etmək üçün Səmərqəndə dəvət olunmuş İftixarla bir neçə gün görüşlərdə olduq. Daha sonra isə Özbəkistanın Katta-Kurqan şəhərinin Məcidiy adına Teatrında hazırladığımız, İftixar qardaşımızın qələmə aldığı “Turan” tamaşası ünsiyyətimizin daha da genişlənməsinə səbəb oldu”.
Bu fikirlər İftixar Piriyevin türk dünyası ilə mədəni əlaqələrə yönələn yaradıcılıq fəaliyyətinin müxtəlif ölkələrin teatr mühitlərində davamlı qarşılıqlı əməkdaşlıq forması qazandığını göstərir.
“Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası” (Elçin teatrı əhatəsində) doktorluq dissertasiyasının müəllifi olan İftixar bu nəzəri istiqamətin prinsiplərini praktiki səhnə fəaliyyəti ilə əlaqələndirərək Azərbaycan teatrında “Qeyri-səlis teatrı” anlayışının formalaşmasına zəmin yaratdı. Təsadüfi deyil ki, Xalq yazıçısı Elçin hələ 19 dekabr 2016-cı ildə S.Vurğun adına Rus Dram Teatrında nümayiş etdirilən “O da aşiq ola...” layihə-tamaşasının premyerasında bu yaradıcı istiqamətin formalaşmaqda olan yeni estetik xəttini görərək belə demişdi: “İftixar, sən əgər rejissor olaraq bu dəst-xəttini belə davam etdirsən, Azərbaycan səhnəsinə avanqard teatrı sən gətirmiş olacaqsan!”.
“Qeyri-səlis teatrı” sisteminin gələcək sənətkarlıq hədəfi müasir Azərbaycan teatrının müstəqil etik-estetik zəmin üzərində inkişafına xidmət edən fikir, ideya və konseptual istiqamətlərin yeni sənət müstəvilərinə yönəldilməsini nəzərdə tutur. Bu istiqamətdə kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın qənaətləri diqqət çəkir: “Lütfi Zadənin “Qeyri-səlis məntiq - tolerantlıq məntiqidir; ...bütün elm sahələrini dəyişdirmək funksiyasını yerinə yetirir”, - fikri İ.Piriyevin elmi araşdırmalarında qırmızı xəttlə cızılan ideya kimi təqdim olunur. Səhnə sənətində İftixarın “Qeyri-səlis teatrı” sistemi bir kəşf kimi çoxlaylı bədii materialla çalışmağa geniş imkanlar spektri yaradır. İftixar teatra Lütfi Zadənin qeyri-səlis məntiqini gətirməklə zamanın çağırışlarına, reallıqlara vaxtında reaksiya bildirir. Onun təcrübəsi, sənətkarlığı, teatral ideyaları milli səhnə sənətinə yeni üfüqlər açır. Səhnə Ustadı İftixarın teatr təşkilatçılığı təcrübəsi, rejissor, aktyor, şair-dramaturq və elmi-tədqiqatçı kimi fəaliyyəti Azərbaycanın intellektual-mədəni irsidir”.
Bu məcrada teatr semiotikası səhnə sənətinin məna mexanizmlərini zənginləşdirərək teatrı mürəkkəb işarələr sistemi kimi təqdim edir. İftixarın “Qeyri-səlis teatrı” sistemi isə bu məna mexanizmlərinin hərəkətliliyini təmin edərək intellektual düşüncə üçün yeni məna trayektoriyaları açır.
İftixar sistemin mahiyyətini belə açıqlayır: “Biz ənənəvi teatrın varisi deyilik, yeni “Qeyri-səlis teatrı”nın yaradıcısıyıq. Amalımız: Hər şeyin heç nəyini, heç nəyin hər şeyinə çevirmək. Burada. İndi. Və Hər Zaman”. Bu tezis “Qeyri-səlis teatrı”nın ənənəvi ikili qarşıdurmaları aşaraq mənanın dəyişkənliyinə, çoxqatlılığına və yeni əlaqələr qurmasına əsaslanan estetik istiqamətini yığcam şəkildə səciyyələndirir.
“Qeyri-səlis teatrı” konsepsiyasının yaratdığı rezonans beynəlxalq mədəni mühitdə də diqqət çəkir. Bu baxımdan Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Bekijan Axmedov yazır: “2025-ci ildə xalqlar arasında sülhün və dostluğun sənət vasitəsilə möhkəmləndirilməsinə verdiyi töhfəyə, o cümlədən Azərbaycan - Qırğız ədəbi-teatr əlaqələrinin inkişafına görə Beynəlxalq İssık-Kul Forumunun Rəyasət Heyətinin qərarı ilə İftixar Piriyev Çingiz Aytmatov adına medalla təltif olundu. Bişkekdə İftixarın “Qeyri-səlis məntiq” mövzusunda monoqrafiyalarının təqdimatları oldu və bu işlər teatr sənətinə yenilik və töhfə kimi qiymətləndirildi. Çox rəmzidir ki, Çingiz Aytmatov insanilik və vicdan haqqında yazırdı. İftixar Piriyev isə vicdanı tamaşanın mərkəzinə qoyur ki, tamaşaçı sadəcə baxmasın, öz həqiqi mənini xatırlasın... ...İftixar Piriyevin istedadının və xarakterinin xüsusi cəhətlərindən biri cəsarət və novatorluqdur - adətən ayrılıqda mövcud olan sahələri, dərin nəzəriyyə ilə səhnə praktikasını birləşdirməkdən çəkinməyən tədqiqatçıdır. İftixar Piriyev fenomeni ondadır ki, onun əsərlərində və baxışlarında humanitar düşüncə cəsarətlə adi fənnlərarası sərhədləri aşır və Lütfi Zadənin riyazi əsaslandırılmış nəzəriyyəsi ilə dialoqa girir, dramaturgiya və səhnə təcrübəsinin təhlili üçün yeni metodoloji linza yaradır. Böyük Mövlana Rumi dünyaya deyirdi: “Gəl, yenə gəl!”. Bu, ümidə və mənəvi yüksəlişə çağırışdır. Mənə elə gəlir ki, İftixar Piriyev ömrü boyu bu ifadəni sözlə yox, əməllə deyənlərdəndir: “mənaya təkrar-təkrar gəl, mədəniyyətə məsuliyyət kimi gəl, dostluğa əmanət kimi gəl...”.
Bu kontekstdə Qırğızıstanın Azərbaycandakı sabiq səfiri, hüquq elmləri doktoru, professor Kayrat Osmanaliyevin qənaəti xüsusilə diqqət çəkir: “Elçin Teatrı: Absurd Dram Qeyri-səlis Məntiq Nəzəriyyəsi Kontekstində” kitabında İftixar ardıcıl olaraq “absurdluq/məntiq”in yalançı dixotomiyasını dağıdır və qeyri-səlis çoxluq nəzəriyyəsinin paradoks xaosunu ölçülə bilən məna spektrinə necə çevirdiyini nümayiş etdirir. Əsas yenilik budur: absurdluq rasionallığın rədd edilməsi deyil, onun qeyri-xətti davamı olduğu ortaya çıxır. Elçinin dramaturgiyasının Piriyevin Zadə nəzəriyyəsi ilə qarşılıqlı təsiri fizikada spektroskopiya təcrübəsinə bənzəyir: biz sadəcə tamaşanı görmürük, onun mənalarının dalğa uzunluqlarını qeyd edirik. Beləliklə, teatr poetik sirrini itirmədən elmi dəqiqliyini bərpa edir”.
Bişkekdə keçirilən İftixar Piriyevin kitab təqdimatlarında bu nəzəri-estetik istiqamətin səhnə praktikası ilə əlaqəsinə dair daha iki diqqətçəkən qiymətləndirmə də səsləndirilib. Qırğızıstan Respublikasının xalq rəssamı Marat Şarafudinov belə yazır: “Elçin Teatrı: Absurd Dram Qeyri-səlis Məntiq Nəzəriyyəsi Kontekstində” monoqrafiyasının sistematik təbiəti halların toplusunda deyil, hər bir halın qeyri-müəyyənlik parametrləri daxilində “məna təcrübəsi” olmasındadır. İftixar səhnədəki mətn kvantlarının, hərəkətin və fasilələrin necə “dərəcəli mənalar” funksiyasını qazandığını göstərir - yalnız yarımtonlar deyil, həm də idarə olunan intensivliklər. Müəllifin əsas nailiyyəti “iş platforması”nın yaradılmasıdır: konsepsiyadan səhnəyə, səhnədən konsepsiyaya”.
Qırğızıstan Respublikasının xalq şairi Markabay Aamatov isə bu yanaşmanın aktyor və rejissor fəaliyyətinə təsirini önə çəkir: “...Onun “Qeyri-səlis teatrı” başqa bir rejissorluq məktəbi deyil, aktyor və tamaşaçı həqiqət nöqtəsində deyil, onun dərəcələri sahəsində görüşdüyü teatr jestinin yeni bir ontologiyasını təklif edir. İkili məntiqdən dərəcəli məntiqə keçid rejissorluq pedaqogikasını dəyişdirir: aktyor “vəziyyət”i oynamağı dayandırır və onun intensivliyini idarə etməyə başlayır. Piriyev mənsubiyyət dərəcəsi texnikasının rol texnikasına necə çevrildiyini göstərir”.
AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə qeyri-səlis məntiq konsepsiyasının humanitar sahədəki elmi əhəmiyyətini belə qiymətləndirir: “İftixarın “Qeyri-səlis məntiq və teatr” kitabı cəmiyyətdə postmodern mədəniyyətini təsdiq edir və qəti surətdə qarşımıza qoyur. İftixar Piriyevin bu tədqiqatı sadəcə humanitar yazı deyildir, multidistiplinar, fənnlərarası bir tədqiqatdır. Postmodern mədəniyyəti postfəlsəfə, postelm, postməntiq kimi fenomenləri meydana çıxarır və “Qeyri-səlis məntiq” həmin postməntiqin göstəricisidir. İftixar müəllim mədəniyyətdə meydana çıxan yeni qaydaların formalaşmasında fəal iştirak edir. Onun “Siluet”, “Səs” tamaşaları buna əyani sübutdur”.
“Qeyri-səlis məntiqin humanitar elm sahəsinə, xüsusən də teatr sənətinə tətbiqinin müəllifi İftixardır”, - deyə mövqeyini ifadə edən filologiya elmləri doktoru, professor Rüstəm Kamal bu tətbiqin konkret teatr mexanizmlərinə necə keçdiyini belə açıqlayır: “Teatr sənəti bir çox nəzəriyyələrin fövqündə duran sənətdir; çünki sinkretik sənətdir, sintez mədəniyyətidir. İftixar bu texnoloji nəzəriyyəni, riyazi nəzəriyyəni mənə nə qədər sadə dillə izah edirdi. Deyirdim ki, sən bu nəzəriyyəni rejissor işinəmi, aktyor oyununamı, yoxsa dram mətninə tətbiq edirsən? İftixarın yaratdığı sistemdə qeyri-səlis məntiq rejissor işinə tətbiq edilib, çoxlu maraqlı terminlər vardır, məsələn aktyor energetikası, yaxud da mətnin özündən gələn energetika. İftixar teatrın içini də, çölünü də möhtəşəm bilir, həm də yüksək nəzəri qələmə sahibdir. Nəzəriyyənin tətbiqini teatrşünaslıq dilinə gətirmək fövqəladə çətin məsələdir. Aktyor psixologiyasına yeni yanaşma, yeni baxış, yeni skeptik yanaşmalardır”.
Müasir teatr düşüncəsində rejissorun yalnız yaradıcı deyil, həm də tədqiqatçı şəxsiyyət kimi formalaşması zərurəti xüsusi aktuallıq kəsb edir. Bu çoxşaxəli fəaliyyətin sənətkar fenomeni kimi elmi ümumiləşdirilməsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Sənət taleyini özü yazan İftixar” adlı məqaləsində öz dolğun ifadəsini tapır: “İftixar Piriyevin yaradıcılığı uğurlu tamaşaları, pyesləri və rejissor həlləri ilə yanaşı, milli teatr düşüncəsinə gətirdiyi yeni nəzəri-estetik istiqamət, “Qeyri-səlis teatrı” konsepsiyası və Türk dünyasının ortaq mədəni məkanına verdiyi töhfələrlə səciyyələnir. Bu baxımdan İftixar Piriyevin sənət yolu müasir Azərbaycan teatr tarixində yaradıcı şəxsiyyətin, alim təfəkkürünün və milli-mədəni missiyanın vəhdətini özündə birləşdirən mühüm bir fenomen kimi dəyərləndirilir...”.
Mahirə xanımın dəyərli fikirləri Milli Məclisin deputatı Sabir Hacıyevin İftixar Piriyev şəxsiyyətinə münasibətində də öz təsdiqini tapır: “Parlaq zəkalı, zəngin mənəviyyatlı, güclü yaradıcı potensialı olan şəxsiyyətdir; bütün bu keyfiyyətlərlə yanaşı, o, olduqca səmimi, təvazökar, vətəninə, torpağına, elinə bağlı əsil yaradıcı insandır. İnanıram ki, İftixar bundan sonra da mədəniyyətin, incəsənətin, teatr sənətinin inkişafında daha böyük uğurlar əldə edəcəkdir”.
Professor Dr. Ömər Bəyazid isə İftixar Piriyevin yaradıcılığını Türk dünyasının ortaq mədəni məkanı kontekstində dəyərləndirərək yazır: “4 fevral 2020-ci ildə Xocalı soyqırımının il dönümündə, Prof. Dr. İbrahim Öztəkin rəhbərlik etdiyi heyətlə Bakıya səfər etdik. Əziz dostumuz İftixarın qonağı olduq. İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşasını izləmək şansım oldu. Ulu Öndər Heydər Əliyev haqqındakı teatr tamaşasını da seyr etdim. “Kral Lir” tamaşasının məşqləri haqqında da eşitdim. Onun ümumtürk incəsənət aləminə verdiyi töhfələr bütün türk xalqları və Turan torpaqları üçün qürur mənbəyidir”.
İftixarın aktyor yaradıcılığında Heydər Əliyevin öndərlik missiyasının bədii təcəssümü “Xilaskar”, “Qurtuluş dastanı”, “Burdan min atlı keçdi” tamaşalarında rəğbətlə qarşılanır. Yazıçı-dramaturq Xeyrəddin Qoca qeyd edir: “...tamaşalara baxıb təəccüb və heyrətimi gizlədə bilmədim. Tanınmış aktyor, əməkdar mədəniyyət işçisi İftixar Piriyev Heydər Əliyev obrazını məhz həyatda olduğu kimi, inandırıcı şəkildə yaradır. Hər aktyor Heydər Əliyev obrazını onun kimi möhtəşəm canlandıra bilməz...”.
Əsl sənətkarın böyüklüyü yalnız onun bədii yaradıcılığı, quruluş verdiyi əsərlər və oynadığı obrazlarla deyil, aşıladığı dəyərlər, yaratdığı teatr sistemi, sənət platforması, səhnə vizyonu və yetişdirdiyi sənət insanları ilə də ölçülür. Bu baxımdan Siz uzun illər ərzində novator təcrübələrinizi gənc nəslə ötürərək milli teatrın gələcəyinin formalaşmasına mühüm xidmət göstərmisiniz. Sənət və gənclik dostunuz, Xalq artisti, professor Bəsti Cəfərovanın qeyd etdiyi kimi: “2019-cu ildə dahi şairimiz Nəsimiyə həsr etdiyi müəllifi olduğu “Haqq mənəm” tamaşasında səhnədə ifaçılar arasında İncəsənət İnstitutunu yenicə bitirmiş tələbələrimizi gördüm və sevindim. İftixar gənc istedadları teatra işə qəbul etməklə, gələcəkdə adlı-sanlı aktyor nəslinin yetişməsinə səbəb olacaq. İftixarda sahiblənmək hissi çox güclüdür, o, bu gənclərə arxa-dayaq olur, onların sənətdə inkişafı üçün əlindən gələni əsirgəmir. İftixar teatr sahəsinin insanıdır, teatrı çox sevdiyi üçün onun gələcəyini də düşünür”.
Yazıçı Əmir Pəhləvan: “...Vaxtilə yunan mifologiyasına aid mərasimlərdə Böyük Dionisə həsr edilən tamaşalarda Allahlarla bağlı mifik hadisələr və ruh əhvalatları ifa edən aktyorlar uzun bir yol qət edərək bu günümüzün ən yüksək inkişaf mərhələsinə gəlib çıxmışlar. Bəli, düşüncələrimizin obrazlı qəhrəmanları - Aktyorlar! O aktyorlardan biri də mənim dostum İftixar Piriyevdir. Sözü qiymətli, ifaları möhtəşəm, dostluğu başqalarına ibrət dərsi olan etibarlı İnsan, xeyirxah və dəyərli incəsənət məmuru, vətənpərvər ziyalı bir sənətkarla necə fəxr etməyəsən? Mən həmişə səninlə qürur duymuşam, əziz dost!..”.
Xalq artisti Firəngiz Mütəllimova: “...Mən həmişə onu çox istəmişəm, çox da istəyəcəyəm. Onun əsl insani keyfiyyətini və məni nə qədər əziz tutduğunu nə zaman hiss elədim? Bir gün gördüm ki, İftixar Şuşadan, bizim uçulub-dağılmış evimizdən, pilləkənlərimizin başında oturub mənə görüntülü zəng eləyir. Vaxtilə, bir gecəlik Şuşaya səfərində anamı ziyarət etməsini göz yaşları ilə xatırlatdı... Mən o hadisəni heç vaxt unutmaram...”.
Xalq artisti Sabir Məmmədov: “Biz İftixarla Elçinin “Stalin” pyesi əsasında “Stalin - İzm” tamaşası üzərində çalışırıq. İftixar bu tamaşaya “Qeyri-səlis məntiqi” tətbiq edir. Aktyor ifaçılığında klassik oyun üslubu, ənənəvi, modernist, epik janr və s. ifa üslubları vardır. Qeyri-səlis düşüncənin aktyor sənətində böyük təzadlardan keçən tətbiqi isə həddən artıq mürəkkəbdir. Düşüncə tərzi, plastika, necə olur ki, eyni anda həm hərəkət edirsən, həm söz deyirsən, həm kədərlənirsən, həm sevinirsən, həm də eyni anda düşünürsən. Bu, Azərbaycan teatr sənətində, aktyor ifaçılığı məktəbində - aktyordan səlis düşüncə və qeyri-səlis ifa bacarığı tələb edən çox yeni təzahürdür”.
Avanqard rejissor və aktyor Elvin Mirzəyev: “...baxmayaraq ki, “Qeyri-səlis teatrı” sistemi İftixara aiddir, amma mən bu kəşfdən faydalanaraq tamaşa üzərində tətbiq edirəm. Bugünkü gündə mən teatrda bir Kral Lir tanıyıram və o Kral Azərbaycan mədəniyyətində yeni bir tapıntıdır. Lirin səsi İftixarın səsidir və o Kralın siması İftixarın simasıdır. İftixar bəy! “Kral Lir” dünyasını Sizin resurslarda kəşf etdikcə, əminliklə deyə bilirəm: Böyük Aktyorsunuz! “Kral Lir”in İrəvan Teatrında olan heyəti və Sizinlə çox böyük zövq və yaradıcı ifadəsini tapıram!”.
Gürcü aktyoru və rejissoru Qoça Kapanadze: “İftixar dramaturq və rejissor kimi çox istedadlı şəxsiyyətdir. Onun maraqlı pyesləri, tamaşaları, layihələri vardır. İftixar olduqca hərtərəfli savada malik intellektual sənətkar, öz xalqının vətənpərvər övladı, bizlərin isə sənət dostudur”.
Suxumi Dövlət Dram Teatrının aktrisası Lili Xuriti: “Biz onunla Suxumi Dövlət Dram Teatrının Bakıda qastrol səfərləri zamanı tanış olduq. Bu günə qədər teatrımızda Azərbaycan qonaqpərvərliyi böyük sevgi və minnətdarlıqla xatırlanır.
Sonralar İrəvan Teatrı ilə Gürcüstanın Xalq artisti, teatrımızın bədii rəhbəri Dimitri Caianinin iştirak etdiyi birgə layihə həyata keçirildi. Premyera öncə Bakıda, daha sonra isə Tbilisidə baş tutdu. Aramızda həqiqi bir dostluq yarandı. İftixar yaxşı dost, yaxşı aktyor, öz işinin peşəkarı olmaqla yanaşı, böyük və sevən ürəyə malik gözəl bir insandır.
Bir dəfə Tbilisidə, süfrə arxasında olarkən, İftixara telefon zəngi gəldi. O, ayağa qalxıb üzr istədi, kənara çəkildi və danışmağa başladı. Böyük və güclü bir Qafqaz kişisi qəfildən kiçik bir uşağa çevrildi. Üzü sevinc və xoşbəxtlikdən işıq saçırdı. Zəng edən anası idi. Süfrədə ciddi tamada olan Dima tostunu yarımçıq kəsdi və sevən oğula baxaraq kövrəldi, gözləri yaşla doldu. Dima ona dedi: - Sən bu günə qədər mənim dostum idin, bu gündən isə qardaşımsan”.
Hörmətli Ustad!
Sizin sənət eşqiniz, yenilikçi təfəkkürünüz və yorulmaz fəaliyyətiniz hər zaman Azərbaycan teatrının inkişafına yönələn işıqdır. Adınız və yaratdığınız sənət məktəbi Azərbaycan teatr tarixində daim ehtiramla yaşayacaqdır.
Doğum gününüzü ürəkdən təbrik edirik!
Nərminə AĞAYEVA,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxDünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35

