Azərbaycanın tərəqqi yolu yeni uğurlarla davam edir
14.09.2026 [16:25]
Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, 2021-ci ildə keçirilən VII qurultay partiyanın müasir çağırışlara uyğun fəaliyyətinin daha da gücləndirilməsi baxımından mühüm mərhələ olub. YAP Qəbələ rayon təşkilatı da bu siyasi kursun həyata keçirilməsinə töhfə vermək məqsədilə fəaliyyətini ardıcıl şəkildə gücləndirib. Partiya üzvləri ilə işin təşkili, maarifləndirici tədbirlərin keçirilməsi və sosial layihələrin həyata keçirilməsi əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını və cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirdiyini qeyd edib. O bildirib ki, rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq və quruculuq tədbirləri, eləcə də əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər rayonun inkişafına və vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verir.
Milli Məclisin deputatı Eyvaz Qurbanov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini təşkil edir. O vurğulayıb ki, yarandığı gündən etibarən YAP ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, bu gün təkcə Azərbaycanın deyil, regionun nüfuzlu siyasi təşkilatlarından biri kimi fəaliyyət göstərir.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra görülən işlərdən danışıb. Qeyd edib ki, YAP Qəbələ rayon təşkilatı ərazi partiya təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və işin səmərəli təşkili istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Daha sonra Təhsil işçiləri ərazi partiya təşkilatının sədri Arifə Bayramova, Səhiyyə işçiləri ərazi partiya təşkilatının sədri Ceyhun Əhmədov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ərazi partiya təşkilatının sədri Reyhan Məmmədova, Vətən müharibəsi qazisi, Bunud ərazi partiya təşkilatının sədri Müşfiq Paşayev, partiya veteranı Azad Məmmədov, şəhid atası Cəlil Səfərçinov çıxış ediblər.
Konfransda YAP Qəbələ rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

