Azərbaycan iqtisadiyyatında yeni imkanlar
23.09.2026 [16:24]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sektorunun inkişafında yeni mərhələnin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə oldu. Dövlət başçısının müşavirədəki çıxışında dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı üçün perspektivli sahə olduğu vurğulanaraq, bu istiqamətdə mövcud imkanların daha səmərəli şəkildə dəyərləndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Prezident İlham Əliyevin sözlərinə görə, 2027-2030-cu illərdə proqram çərçivəsində ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir və bu vəsaitin təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşması nəzərdə tutulur.
Dövlət başçısının çıxışında xüsusilə diqqət çəkən məqamlardan biri yeni istehsal güclərinin yaradılması hesabına sektorun əlavə dəyərinin və illik ixrac potensialının növbəti dörd il ərzində 2,6 dəfə artırılmasının nəzərdə tutulmasıdır. Bu hədəf Azərbaycanın təbii resurslarının yalnız xammal kimi deyil, daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalında istifadə edilməsinə hesablanmış yanaşmanı nümayiş etdirir. “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması, mis, sink, qurğuşun, qızıl və dəmir üzrə yeni istehsal imkanlarının yaradılması sənayenin şaxələndirilməsinə mühüm töhfə verə bilər. “Daşkəsən” layihəsi çərçivəsində ildə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması, “Filizçay” üzrə isə mis, sink və qurğuşun ehtiyatlarının hasilata hazırlanması proqramın əsas istiqamətləri sırasında göstərilib.
Prezident İlham Əliyevin çıxışında dağ-mədən və metallurgiya sənayesinin inkişafının yalnız bir sektorun genişləndirilməsi kimi qiymətləndirilməməsi xüsusi əhəmiyyət daşıyır. Yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, yükdaşımaların, logistika xidmətlərinin, yerli podratçı və təchizatçı şirkətlərin fəaliyyətinin genişlənməsi, ixtisaslı kadrlara tələbatın artması və regionlarda iqtisadi fəallığın yüksəlməsi gözlənilir. Beləliklə, formalaşacaq yeni dəyər zəncirləri özəl investisiya və sahibkarlıq üçün də əlavə imkanlar yaradacaq. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Müşavirədə səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycanın iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı, təbii sərvətlərdən səmərəli istifadə və yeni sənaye sahələrinin yaradılması prioritet istiqamətlərdəndir. Dövlət Proqramı yalnız 2030-cu ilədək görüləcək işləri deyil, daha sonrakı dövr üçün də yeni imkanları müəyyənləşdirir. “Filizçay” polimetal yatağının, “Dəmirli” yatağının və “Zəylik” alunit yataqlarının potensialının qiymətləndirilməsi, həmçinin yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanlarının araşdırılması ölkənin sənaye potensialının daha da genişləndirilməsi məqsədinə xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın malik olduğu resursların ölkənin uzunmüddətli inkişafına xidmət etməsidir. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı iqtisadiyyatın şaxələndirilməsi, sənaye istehsalının artırılması, ixrac imkanlarının genişləndirilməsi və yerli istehsal zəncirlərinin gücləndirilməsi baxımından mühüm yol xəritəsidir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58

