Dördüncü Sənaye İnqilabı: dağ-mədən və metallurgiya sənayesində strateji hədəflər
23.09.2026 [16:20]
Azərbaycan dövlətçilik tarixində hər bir strateji qərar gələcəyə hesablanmış möhkəm təməl üzərində qurulur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafı və təbii resurslardan səmərəli istifadə edilməsi istiqamətində atılan addımlar yeni mərhələnin başlanğıcından xəbər verir. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə müzakirə olunan “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” məhz bu uzaqgörən siyasətin bariz nümunəsidir.
Ölkənin iqtisadi potensialının gücləndirilməsi yalnız ənənəvi sahələrlə məhdudlaşmır. Qəbul edilən yeni Dövlət Proqramı maliyyətutumlu olmasına baxmayaraq, ölkəmizdə tamamilə yeni və müasir sənaye istiqamətinin yaradılmasını təmin edəcək. Təbii resursların sadəcə xammal kimi deyil, istehsal zəncirinin tam qapanması ilə emal olunaraq dünya bazarlarına çıxarılması ölkənin iqtisadi qüdrətini artıracaq. Bu proses çərçivəsində 5 mindən çox daimi iş yerinin açılması isə regionların sosial-iqtisadi inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfə verəcəkdir.
Azərbaycanın son illərdə həyata keçirdiyi miqyaslı infrastruktur layihələri və enerji siyasəti ölkəmizi qlobal müstəvidə etibarlı tərəfdaşa çevirib. Qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılması, daxili tələbatın tam ödənilməsi və nəhəng həcmdə qaz ixracı ölkəni enerji böhranları yaşayan dünyada unikal mövqeyə malik vəziyyətə gətirib çıxarıb. Bu gün Azərbaycan enerji sahəsində yalnız öz tələbatını təmin edən deyil, eyni zamanda, bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib. Vaxtında atılan bu strateji addımlar ölkəmizi qlobal enerji qıtlığı təhlükəsindən qoruyaraq beynəlxalq nüfuzunu daha da artırıb.
Sovet hakimiyyəti dövründə əsasən neft sənayesinə üstünlük verildiyindən, Azərbaycanın bir çox zəngin filiz yataqları uzun illər diqqətdən kənarda qalmış, üstəlik, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən yataqlar 30 illik işğal dövründə erməni vandalları tərəfindən talan edilmişdir. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarındakı qızıl, mis, molibden yataqları işğaldan azad edildikdən sonra dövlət nəzarətinə götürülmüşdür. Bu gün perspektivli qızıl, mis, molibden yataqlarımız hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Müasir texnologiyalar və tətbiq edilən yeni mexanizmlər sayəsində bu yataqların tam potensialı üzə çıxarılacaq və iqtisadi dövriyyəyə daxil ediləcəkdir.
Prezident İlham Əliyevin Naxçıvanda sovet dövründə və sonrakı illərdə geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığını vurğulaması bölgədə hələ kəşf olunmamış nəhəng potensialın mövcudluğundan xəbər verir. Bu istiqamətdə “AzerGold” sədrinin açıqlamaları məsələnin artıq praktiki müstəviyə keçdiyini göstərir. Belə ki, Axtarış-qiymətləndirmə mərhələsində 10 perspektivli qızıl-mis sahəsi üzrə işlər aparılır və bu mərhələnin 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. O cümlədən, Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə imzalanmış müqavilə çərçivəsində yaradılacaq birgə müəssisə Naxçıvanda ilkin axtarış-qiymətləndirmə işlərinə başlayacaq. Naxçıvandakı “Göydağ” və “Başkənd” mis-qızıl yataqları, eləcə də “Nəsirvaz” yatağı üzrə ehtiyatların qiymətləndirilməsi ölkənin mineral bazasını əhəmiyyətli dərəcədə zənginləşdirəcək.
Naxçıvan və ölkə üzrə reallaşdırılacaq konkret layihələr sektorun maliyyə tutumluluğunu və yüksək gəlirliliyini əyani şəkildə nümayiş etdirir. Belə ki, ilk istehsala 2028-ci ildə başlanması nəzərdə tutulan 1,03 milyon unsiya qızıl resursuna malik “Söyüdlü” qızıl yatağının iqtisadi dəyəri mövcud qiymətlərlə 7,5 milyard manat təşkil edir. Bunun müqabilində layihəyə 425 milyon manat investisiya yatırılacaq ki, bu da “AzerGold”un daxili gəlirləri və cəlb ediləcək borc hesabına maliyyələşdiriləcək. 246 min unsiya resursa malik, iqtisadi dəyəri 1,8 milyard manat olan “Ortakənd” qızıl yatağında isə ilk istehsalın 2029-cu ildə həyata keçirilməsi planlaşdırılır. Yatağın istismarı üçün tələb olunan investisiya isə 255 milyon manatdır.
Müşavirədə çıxış edən hökumət nümayəndələrinin açıqlamalarından görünür ki, Dövlət Proqramının həyata keçirilməsindəki əsas hədəf xammalı sadəcə çıxarıb xaricə satmaq deyil, ölkə daxilində tam emal etmək və yüksək əlavə dəyər yaratmaqdır. Məsələn, Balakəndəki “Mazımçay” mis yatağı və ölkənin digər strateji ehtiyatları (məsələn, Avropanın ən perspektivlilərindən olan “Filizçay”) bu zəncirin mühüm halqalarıdır. Ümumilikdə Naxçıvandakı “Göydağ”, “Başkənd” və Balakəndəki “Mazımçay” üzrə təxminən 1,5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib ki, bu da Azərbaycanın mineral xəritəsinin gücünü artırır.
Dövlət Proqramının və bu sahənin inkişafının təkcə dağ-mədən sektoru ilə məhdudlaşmadığını, bütün iqtisadiyyata multiplikativ təsir göstərir. Bu təsirin nəticələri özünü istehsalın artması nəticəsində nəqliyyat və logistika xidmətlərinə tələbatın sürətlənməsində, yerli podratçılar və kiçik-orta sahibkarlıq subyektləri üçün yeni imkanların yaranmasında, regionlarda məşğulluq və iqtisadi fəallığın artmasında, ixtisaslı kadrların hazırlanmasının elmi potensialı gücləndirməsində, yerli xammal və yarımfabrikat bazasının genişlənməsinin yeni sənaye sahələrinin formalaşmasına, ölkənin ixrac imkanlarının artmasına və idxaldan asılılığın azalmasına birbaşa xidmət etməsində bariz şəkildə göstərəcək.
Bundan başqa, ölkə daxilində sənayenin inkişafını stimullaşdıran əsas amillərdən biri də yaradılan sənaye parklarıdır. Bu gün sənaye parkları və aqroparklar Azərbaycanda artıq hər bir bölgədə var və onların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradılıb. Xüsusilə Qərb Sənaye Parkının yaradılması Daşkəsən filiz yatağının istismarı və dağ-mədən sənayesinin tam istehsal zəncirinin qurulması baxımından müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, ekoloji normaların ən yüksək səviyyədə qorunması bu layihələrin həyata keçirilməsində əsas tələblərdəndir.
Dağ-mədən və metallurgiya kimi yüksək maliyyə tələb edən sahələrin inkişafı dövlət iradəsi ilə yanaşı, geniş investisiya imkanlarını da tələb edir. Dövlət Proqramının maliyyə təminatı tam təmin olunsa da, bu sahəyə maraq göstərən tərəfdaşlar üçün də imkanlar açıqdır. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Şəffaf mexanizmlər, yüksək gəlirlilik və dövlət dəstəyi xarici və yerli iş adamları üçün cəlbedici mühit yaradır.
2027–2030-cu illəri əhatə edəcək Dövlət Proqramının icrası Azərbaycanın qeyri-neft sektorunda yeni bir dönüş nöqtəsi olacaqdır. İllik milyardlarla manatlıq müsbət maliyyə təsiri, güclü ixrac potensialı və minlərlə yeni iş yeri Azərbaycanın dayanıqlı və qüdrətli iqtisadi inkişaf modelinin növbəti təntənəsini təmin edəcəkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uzaqgörən siyasət Naxçıvan da daxil olmaqla bütün regionların təbii sərvətlərini ölkə iqtisadiyyatının xidmətinə verir, Azərbaycanı qlobal miqyasda etibarlı sənaye və enerji mərkəzinə çevirir.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18

