Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib

Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib

23.09.2026 [23:17]

Qazaxıstan Prezidenti və Təhlükəsizlik Şurasının sədri Kasım-Jomart Tokayev müstəqil dövlət orqanı kimi formalaşmasından bəri Təhlükəsizlik Şurasının aparatı ilə ilk müşavirə keçirib.

AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı aparatın yeni statusunun dövlət qurumlarının islahatı kontekstində nəzərdən keçirilməli olduğunu qeyd edib.

Sürətlə dəyişən dünyada Təhlükəsizlik Şurası əsas məsələlər üzrə dəqiq və düzgün qərarlar qəbul etmək mərkəzinə çevrilməlidir.

Kasım-Jomart Tokayev müasir təhdidlərin dəyişən təbiətini qeyd edib. Kibertəhlükəsizlik və süni intellektin istifadəsinə xüsusi diqqət yetirilib.

Yaxın gələcəkdə xüsusilə aktuallaşacaq informasiya, texnoloji, ərzaq, su və enerji təhlükəsizliyi məsələləri də diqqət mərkəzində olub. “Qanun və qayda” prinsipi bu sahələrdə əsas rəhbər prioritet kimi müəyyən edilib.

İclasdan sonra Təhlükəsizlik Şurasının aparatı qarşısında bir sıra konkret vəzifələr qoyulub. Qeyd olunub ki, Təhlükəsizlik Şurasının effektivliyinin əsas meyarı Qazaxıstanın milli maraqlarının, suverenliyinin və sabitliyinin etibarlı qorunması olmalıdır.

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30