Cənubi Qafqazın gələcək inkişaf trayektoriyası...
25.09.2026 [09:45]
Bu gün verilmiş qərarlardan keçir
Real Zəngəzur dəhlizi layihəsi, yoxsa 2 qəpiklik “sülh kəsişməsi” nağılı...
Azərbaycanın postmüharibə dövründə nümayiş etdirdiyi siyasi davranış modeli beynəlxalq münasibətlər sistemində nadir və diqqətəlayiq nümunələrdən biri kimi qiymətləndirilir. Tarixən müharibələrdən qalib çıxan dövlətlərin məğlub tərəfi siyasi və iqtisadi təzyiqlər altında saxlamağa çalışması tez-tez rast gəlinən praktika olub - Azərbaycan isə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra tamamilə fərqli bir yol seçdi. Bakı regionun əbədi sabitliyi və inkişafı naminə sülh, əməkdaşlıq və inteqrasiya xəttini prioritet elan etdi.
Müharibədən dərhal sonra irəli sürülən sülh təşəbbüsləri, sülh konsepsiyası, kommunikasiyaların açılması, regional iqtisadi əməkdaşlıq ideyaları Azərbaycanın strateji baxışının göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın illərlə üzərində formalaşmış “konfrontasiya bölgəsi” imicinin dəyişdirilməsini hədəfləyir. Bakı açıq şəkildə bəyan edir ki, region əməkdaşlıq və qarşılıqlı fayda məkanına çevriləcək.
Məhz Azərbaycanın təşəbbüskarlığı və prinsipial mövqeyi nəticəsində bu gün Cənubi Qafqaz qlobal güc mərkəzlərinin diqqətindədir. Şərqlə Qərb arasında yeni uzlaşma coğrafiyası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi kimi regionun geosiyasi əhəmiyyəti sürətlə artır. Bu kontekstdə sülhün yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də vacib amil olduğu aydın görünür. Ötən ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli görüş isə Azərbaycanın memarı olduğu sülh gündəliyinin beynəlxalq platformada real siyasi məzmun qazandığını təsdiqləyən mühüm hadisə kimi tarixə düşdü.
Bakı sülh üçün münbit şərait formalaşdırıb
Birmənalı şəkildə məhz Azərbaycanın təşəbbüskarlığı və prinsipial mövqeyi nəticəsində bu gün Cənubi Qafqaz qlobal güc mərkəzlərinin diqqətindədir. Şərqlə Qərb arasında yeni uzlaşma coğrafiyası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi kimi regionun geosiyasi əhəmiyyəti sürətlə artır. Bu kontekstdə sülhün yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də vacib amil olduğu aydın görünür. Ötən ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli görüş isə Azərbaycanın memarı olduğu sülh gündəliyinin beynəlxalq platformada real siyasi məzmun qazandığını təsdiqləyən mühüm hadisə kimi tarixə düşdü. Qeyd olunduğu kimi, sülh sazişi layihəsinin paraflanması tərəflərin prinsipial məsələlərdə yaxınlaşdığını göstərdi. Hazırkı situasiya hətta Ermənistan üçün də yeni imkanlar vəd edir. Regional inteqrasiya, nəqliyyat xətlərinin açılması, Zəngəzur dəhlizinin (TRİPP) reallaşması və iqtisadi əməkdaşlıq platformalarının genişlənməsi Ermənistan iqtisadiyyatında ciddi canlanma yarada bilər. Azərbaycanla ticarət əlaqələrinin qurulması, enerji və neft məhsullarının ixracı reallığı da bu yeni mərhələnin nəticələri kimi qiymətləndirilə bilər.
“Sülh kəsişməsi” kimi gərəksiz uydurmalar
Maraqlıdır ki, Ermənistan Vaşinqton görüşündən ötən bir il ərzində sülhün daha da möhkəmlənməsi, sazişin imzalanması, regionda Azərbaycanın liderliyi və iradəsi ilə formalaşan situasiyanın oturuşması üçün səfərbər olmaq əvəzinə, yenə də “özünəməxsus” yalanlar tirajlamağa, regional gündəliyin detalları üzərində manipulyasiya yaratmağa, bununla da ya vaxt udmağa, ya da prosesdən əlavə qazanc əldə etməyə niyyətlənib. Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində danışdığı “nağıllar” da bunu sübut edir. “Sülh kəsişməsi” kimi “2 qəpiklik” ideyaları qlobal ictimaiyyətə sırımağa çalışan Paşinyan etiraf etmək istəmir ki, dünya ictimaiyyəti məhz Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi üzərindən bölgəyə diqqət yetirir. Faktiki olaraq, ABŞ-da imzalanan üçtərəfli sənəddə bütün məsələlər Zəngəzur dəhilzi (TRİPP) üzərindən tənzimlənir - bu ideya isə birmənalı şəkildə Azərbaycanındır. Ermənistan real sülh tərəfdarıdırsa, bu kimi gərəksiz ritorikanı bir kənara qoymalı, Zəngəzur dəhlizi (TRİPP) layihəsinin gerçəkləşməsi üçün əlindən gələni əsirgəməməlidir. Azərbaycan layihənin öz ərazisindən keçən hissələrini tam hazır vəziyyətə gətirir. Ermənistan isə hələ də real sülh situasiyasına “sülh kəsişməsi” kimi gərəksiz uydurmalarla zərbə vurur.
İrəvan yaxın zamanda konstitusiyasında dəyişikliklər etməlidir...
Ermənistanın siyasi rəhbərliyi bu kimi ucuz manipulyasiyalara əl atmaqdansa, Azərbaycanın siyasi iradəsi əsasında indiyə qədər uğurlu yol qət edən sülh prosesinin son nəticəyə qədəm qoyması üçün addımlar atmalıdır - xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların aradan qaldırılması kimi bir addım zəruri xarakter daşıyır. Əgər tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırsa, bu prinsip əsas qanunvericilikdə də öz əksini tapmalıdır. Daimi sülh üçün, həm də hüquqi baza möhkəm olmalıdır. Konstitusiya dəyişiklikləri, normativ sənədlərin uyğunlaşdırılması və cəmiyyətin sülhə hazırlanması bu prosesin ayrılmaz hissəsidir. Əks halda, imzalanacaq sənəd uzunömürlü olmaya bilər. Bu baxımdan, sülh müqaviləsi regionun gələcəyi üçün həlledici sənəd olacaq. O, yalnız iki ölkə arasında münasibətləri tənzimləməyəcək, həm də Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyən edəcək. Beləliklə, indi əsas məsələ sülh prosesini hüquqi cəhətdən rəsmiləşdirmək və geridönməz etməkdir. Əgər Ermənistan həqiqətən də ən yaxın zamanda sülh müqaviləsini imzalamaqda maraqlıdırsa, o zaman institusional səviyyədə (parlamentdə və ya Konstitusiya Məhkəməsində) konkret addımlar atmalı, Konstitusiyasında dəyişikliklər etməli, ərazi iddiaları aradan qaldırılmalıdır. Bu addımlar atılarsa, sülh sənədi formal deyil, real təminata çevriləcək. Belə olan halda isə hər hansı bir manipulyasiya və ya yalana da ehtiyac qalmayacaq - bölgə üçün yeni bir gələcək formalaşacaq.
Ermənistan sözdə “sülh” desə də...
Göründüyü kimi, Ermənistanın siyasi rəhbərliyi bəzi hallarda sözdə sülhə dəstək nümayiş etdirdiyini bildirsə də, beynəlxalq platformalarda səslənən bu kimi çıxışlar sülh prosesinə ciddi kölgə salır. Bu tip çıxışlar Ermənistanın sülh prosesində səmimiyyətinə dair suallar yaradır. Bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən beynəlxalq tribunalarda yalanlarla dünya ictimaiyyətinin “gözünə kül üfürmək” şəklində fikirlər səsləndirmək konstruktiv xətt deyil. Bu, həm də Ermənistanın öz mövqeyini zəiflədən amildir.
Nəticə etibarilə, Cənubi Qafqazın gələcəyi bu gün verilən qərarlardan asılıdır. Azərbaycan qalib dövlət olaraq sülh yolunu seçib və bu yolun memarı kimi çıxış edir. Bakı revanşizmə yox, əməkdaşlığa, təcridə yox, inteqrasiyaya üstünlük verir. Ermənistan isə bu çağırış qarşısında tarixi seçim etməlidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16

