Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

29.09.2026 [15:56]

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaşlarla görüşlərin keçirilməsi mühüm yer tutur.

AMB-dən AZƏRTAC-a bildirilib ki, növbəti səyyar görüş oktyabrın 7-də Sabirabad rayonunda keçiriləcək. Görüş Beyləqan, İmişli, Saatlı və Sabirabad inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.

Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.

Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Çağrı mərkəzi və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30