Vuçiç niyə istefa verdi?
29.09.2026 [09:45]
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdiyini açıqlayıb. Onun istefasından sonra Milli Assambleyanın sədri Ana Brnabiç yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edəcək.
Konstitusiyaya əsasən, yeni prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir.
Bundan əvvəl isə Serbiyada növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi planlaşdırılır.
Vuçiçin Baş nazir olmaq istəyi
Aleksandar Vuçiç ilk dəfə 2 aprel 2017-ci il tarixində keçirilən seçkilərdə Serbiya Prezidenti seçilib. Həmin seçkilərdə o, səsvermənin elə ilk turundaca 55 faizdən çox səs toplayaraq qalib gəlib və 31 may 2017-ci ildə rəsmən vəzifəsinin icrasına başlayıb. Bu postda o, Tomislav Nikoliçi əvəzləyib. A.Vuçiç daha sonra 3 aprel 2022-ci ildə keçirilən seçkilərdə yenidən qalib gələrək ikinci müddətə Prezident seçilib.
A.Vuçiçin ikinci prezidentlik dövrü 2027-ci ilin aprelində tamamlansa da, o, erkən istefa verməsini qərarlaşdırırb. Bəs onun vaxtından əvvəl istefa verməsinin səbəbi nədir? Xatırladaq ki, Serbiya Prezidenti indiyədək bir neçə dəfə erkən istefa verə biləcəyini açıqlayıb. O, son açıqlamalarının birində bunun səbəblərinə aydınlıq gətirib. Bəlli olur ki, onun erkən istefası vermək qərarı bütövlükdə ölkənin siyasi səhnəsini birdəfəlik tərk etmək anlamında qəbul edilməməlidir. Bu, bir siyasi strategiyadır. Belə ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serbiya Tərəqqipərvər Partiyasının siyahısına rəhbərlik edəcək və baş nazirliyə namizəd olacaq.
Vuçiç növbəti prezident seçkilərində üçüncü dəfə namizədliyini irəli sürə bilməz. Serbiya konstitusiyası bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edir. Bu reallığı nəzərə alan Vuçiç siyasi fəaliyyətini bundan sonra Baş nazir kimi davam etdirmək niyyətindədir. O, 2026-cı il oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərində adi vətəndaş kimi iştirak etmək istəyini ifadə edib. Vəzifəsindən daha tez getməsinin səbəblərinə aydınlıq gətirən Vuçiç bildirib ki, prezidentlik müddətinin gələn ilin aprelinə qədər davam etməsini məqsədəuyğun saymır. O bildirib ki, növbədənkənar parlament seçkiləri kampaniyasına adi vətəndaş kimi qatılmaq istəyir. Vuçiç hakimiyyətdə olmadığı halda vətəndaşların ona və təqdim etdiyi proqram və planlara etibar edib-etmədiyini görmək istədiyini deyib. “İstəyirəm ki, adi vətəndaş kimi seçki kampaniyasına qoşulum və insanların mənə etibar edib-etmədiyini görüm. Mən hakimiyyətdə olmayacağam. Əgər mənə və təqdim etdiyim proqram, planlar və baxışlara etibar etmirlərsə, qoy başqası qalib gəlsin. Mənim bununla problemim yoxdur”, - deyə Vuçiç bəyan edib.
Serbiya Prezidenti qeyd edib ki, qanunvericiliyə əsasən seçki kampaniyası zamanı prezident vəzifəsində qala bilər, lakin bunun ona hər hansı üstünlük verməsini istəmir. A.Vuçiç həmçinin vurğulayıb ki, istefadan sonra əsas məqsədi vətəndaşlardan hökumət rəhbəri vəzifəsinə namizəd kimi dəstək almaq olacaq. Xatırladaq ki, Vuçiç Serbiya Prezidenti seçilməzdən əvvəl də Baş nazir postunda çalışıb.
Serbiyada Vuçiç dönəmi nə ilə yadda qalacaq?
Vuçiçin istefası fonunda tez-tez verilən suallardan biri onun prezidentlik dönəminin nə ilə yadda qalacağı ilə bağlıdır. Serbiyada Vuçiç dönəmi ilk növbədə iqtisadi islahatlar və birbaşa xarici investisiyalar bumu dövrü kimi səciyyələndirilir. O, ilk illərindən Beynəlxalq Valyuta Fondu (BVF) ilə birlikdə sərt qənaət tədbirləri və büdcə islahatları həyata keçirib. Bununla da Serbiya defolt təhlükəsindən qurtulub, büdcə kəsiri əhəmiyyətli dərəcədə azalıb və milli valyuta (dinar) sabitləşib. Qısa müddətdə Serbiya Qərbi Balkan regionunda birbaşa xarici investisiyaların 60 faizdən çoxunu cəlb edərək regionun iqtisadi drayverinə şevrilib. Xüsusilə Almaniya, Çin, Fransa və BƏƏ şirkətləri Vuçiçin siyasi iradəsi ilə yaradılan əlverişli investisiya mühitindən bəhrələnməklə ölkədə böyük zavodlar və istehsal sahələri açıblar. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yatırdığı investisiyalarla inşa olunan “Belgrade Waterfront” (Sahilboyu Belqrad) Avropanın ən böyük şəhərsalma layihələrindən biri sayılır. Bu kompleks Belqradıın simasını tamam dəyişib və şəhəri böyük axına malik turizm mərkəzinə çevirib. Eləcə də Vuçiç dönəmində Serbiya “Türk Axını” qaz kəmərinin davamı olan “Balkan Axını” layihəsini tamamlayaraq öz enerji təhlükəsizliyini və tranzit rolunu gücləndirməyə nail olub.
Vuçiç çoxvektorlu diplomatiyaya keçid etməklə ölkəsinin balanslaşdırılmış xarici siyasət kursunu müəyyənləşdirib. O cümlədən Vuçiçin dövründə Serbiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birinə qətiyyətlə dəstək göstərir və hərbi-texniki sahədə əməkdaşlıq edir. Enerji əməkdaşlığı qarşılıqlı iqtisadi əlaqələrin mühüm istiqamətidir.
Əlbəttə, Vuçiç dönəmi həm də ölkənin ictimai-siyasi həyatında bir sıra təlatümlü hadisələrlə yadda qalıb. O cümlədən onun Rusiya ilə əməkdaşlığı davam etdirməsi Avropada birmənalı qarşılanmayıb. Son illərdə ölkə həyatı tələbə hərəkatı ilə silkələnib. Bu gərginlik xüsusilə 2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmiryol vağzalının beton örtüyünün uçması və 16 nəfərin ölümü ilə nəticələnən faciədən sonra yeni mərhələyə yüksəlib və ayrı-ayrı xarici güclərin, daxili müxalifətin təhriki ilə bir növ permanent hal alıb. Ölkədə növbədənkənar parlament seçkilərinə gedilməsinə qərar verilməsinin mühüm səbəblərindən biri də məhz daxili siyasi gərginlikdən qaynaqlanır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

