“Elektron ticarət haqqında” Qanunda dəyişikliklər ediləcək
22.10.2026 [10:53]
Oktyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə 6 məsələ daxil edilib. Komitənin sədri Azər Əmiraslanov birinci məsələnin Hafiz Mahir oğlu İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy barəsində olduğunu bildirib. O, Hesablama Palatasının Milli Məclis tərəfindən yaradılan ali audit orqanı olduğunu, Palatanın auditorlarının parlament sədrinin təqdimatı əsasında vəzifəyə təyin edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, H.İsmayılbəylinin namizədliyinin yenidən irəli sürülməsi onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır. Onun Hesablama Palatasının auditorlarına dair müəyyən edilmiş tələb və meyarlara tamamilə cavab verdiyi söylənilib. Komitə onun peşəkarlığını və iş təcrübəsini nəzərə alaraq, Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilməsi barədə təqdimata müsbət rəyini bildirib.
Sonra iclasda “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb. Təklif olunan dəyişikliklərin əsas məqsədi Qanunun 3.2.8-1-ci maddəsində sadalanan hüquqi şəxslər tərəfindən müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirilən satınalmaları “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq dairəsindən çıxarmaqdır. Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir.
Gündəliyin növbəti məsələsi - “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) komitə sədri bildirib ki, sənədə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Belə ki, bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş nəzarət həyata keçiriləcək.
Sonra “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib. Layihə Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, sekyuritizasiya fəaliyyəti üzrə risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.
İclasda, həmçinin “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında qanun layihəsi təqdim edilib. Məsələ barədə məlumat verən komitənin üzvü Zaur Şükürov bildirib ki, Radiorabitə Reqlamenti radiotezlik spektrindən və peyk orbitlərindən istifadəni beynəlxalq səviyyədə tənzimləyən müqavilədir. Onun əsas məqsədi radiotezliklərdən səmərəli və razılaşdırılmış istifadəni təmin etmək, radiorabitə xidmətlərinin işinə zərərli maneələrin qarşısını almaq və bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Qeyd olunub ki, təqdim edilən qanun layihəsi radiorabitə sahəsində yenilənmiş beynəlxalq qaydaların Azərbaycan tərəfindən müvafiq bəyanatla təsdiq edilməsinə yönəlib. Bəyanat ölkəmizin suveren hüquqlarının və milli maraqlarının qorunmasına dair mövqeyini ifadə edir.
İclasın sonunda “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi məsələsi (birinci oxunuş) müzakirəyə çıxarılıb. İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov layihə barədə məlumat verərkən bildirib ki, təklif olunan dəyişikliklər sözügedən qanunda anlayış, prinsip və ödənişlərə dair bir sıra müddəaların müasir rəqəmsal ödəniş təcrübəsinə uyğunlaşdırılmasını nəzərdə tutur. Qeyd olunub ki, layihəyə əsasən, “Elektron ticarət haqqında” Qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəası ləğv edilir. Sənəddə, habelə “POS-terminal” anlayışı dəqiqləşdirilərək, nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz olaraq təqdim edilir. Bununla yanaşı, “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip qanuna daxil edilir. Həmçinin ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir. Yeni redaksiyaya uyğun olaraq, satıcı tərəfindən ödəniş üsulları (o cümlədən nağdsız ödənişlərin POS-terminal, elektron pul kisəsi və ya digər vasitələrlə aparılması) barədə məlumatların verilməsi təklif olunur. Digər dəyişikliyə əsasən, elektron ticarət çərçivəsində malların (işlərin, xidmətlərin) dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.
Aparılan müzakirələr zamanı çıxış edən komitənin sədri Azər Əmiraslanov, komitə sədrinin müavini Azər Badamov, üzvləri Vüqar Bayramov, Əli Məsimli, Tahir Mirkişili, Ziyad Səmədzadə, Məşhur Məmmədov, Əlibala Məhərrəmzadə sənəd barədə öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.
İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov, Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Rəqəmsal iqtisadiyyat üzrə vergitutma şöbəsinin rəisi Çingiz Musayev qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Komitədə müzakirəyə çıxarılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15

