Azərbaycandan BMT-yə çağırış...
22.10.2026 [12:24]
BMT və digər beynəlxalq təşkilatlar axtarış işlərində, məlumat mübadiləsində və məhkəmə-tibbi ekspertiza sahəsində daha fəal iştirak etməlidir
Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.
288 qadın, 71 uşaq və 319 yaşlı insan...
Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Təəssüf ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti nəticə verməyib. Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi isə itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir.
Eyni zamanda, bu istiqamətdə həqiqətlər beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bugünlərdə isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində keçirilən interaktiv dialoq zamanı bu mövzuya diqqət çəkib. O bildirib ki, keçmiş münaqişə nəticəsində itkin düşmüş 4 mindən çox şəxsin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün münaqişədən sonrakı dövrdə əsas prioritetlərdən biri olaraq qalır. Diplomat qeyd edib ki, keçmiş münaqişə ilə əlaqədar 4 mindən çox şəxs itkin düşmüş hesab olunur və onların arasında 288 qadın, 71 uşaq və 319 yaşlı şəxs var.
İndiyədək 913 nəfərin qalıqları aşkarlanıb
Şəhriyar Hacıyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan axtarışlar nəticəsində indiyədək 913 nəfərin qalıqları aşkarlanıb. Onlardan 328 nəfərin şəxsiyyəti DNT analizləri və məhkəmə-tibbi ekspertiza vasitəsilə müəyyən edilib, 273 nəfərin qalıqları isə dəfn edilməsi üçün ailələrinə təhvil verilib. Bildirilib ki, münaqişə başa çatdıqdan sonra 253 nəfərin qalıqlarının olduğu 32 kütləvi məzarlıq aşkarlanıb.
Azərbaycan nümayəndəsi vurğulayıb ki, dəfn yerləri, xüsusilə kütləvi məzarlıqlar barədə məlumatların təqdim edilməsi, arxivlərin açılması və şahid ifadələrinin toplanması itkin düşmüş şəxslərin ailələrinin həqiqəti bilmək hüququnun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Diplomat BMT-ni və digər beynəlxalq təşkilatları axtarış işlərində, məlumat mübadiləsində və məhkəmə-tibbi ekspertiza sahəsində daha fəal iştirak etməyə çağırıb. O, həmçinin Azərbaycanın itkin düşmüş şəxslər məsələsinə dair BMT Baş Assambleyasında mütəmadi qətnamələr irəli sürdüyünü və oktyabrın 7-dən 10-dək Bakıda bu mövzuya həsr olunmuş dördüncü beynəlxalq konfransın keçirildiyini xatırladıb. Ş.Hacıyev Azərbaycanın taleyi naməlum qalan şəxslərin aqibətinin aydınlaşdırılması üçün bütün imkanlarını səfərbər etməyə davam edəcəyini bildirib.
Diplomatın söylədiyi kimi, Bakıda “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda vacib məsələlər müzakirə olunub. Nəzərə alaq ki, itkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır. Müraciətdə, həmçinin vurğulanıb ki, əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir.
BMT-də “İtkin düşmüş şəxslər” adlı qətnamə...
Ölkəmizin bu istiqamətdə beynəlxalq əməkdaşlığının məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.
Bundan əlavə, xatırladaq ki, Azərbaycanın həmmüəllifliyi ilə BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Qətnamədə silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunur. Sənəddə, həmçinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır. Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır. Sənəddə minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsindən də narahatlıqlar ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.
Göründüyü kimi, itkin düşmüş həmvətənlərimiz unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Azərbaycan bundan sonra da bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15

