Türkiyəli alim: İqlim məqsədlərinə nail olmaq getdikcə çətinləşir
16.11.2024 [18:35]
Cari il dünyanın onlarla ölkəsində qlobal ekoloji gündəmə bilavasitə təsir edən, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən nümayəndə heyətlərinin mövqeyində özünü göstərən seçki kampaniyaları dövrünə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərlə söhbətində Ankara Sosial Elmlər Universitetinin dosenti İzzet Arı ifadə edib.
Arı qeyd edib ki, bir çox ölkələrin ekoloqları və alimləri ABŞ-da prezidentlik yarışını xüsusi diqqətlə izləyiblər. “ABŞ planetin atmosferini ən çox çirkləndirən ölkələr sırasındadır. Bundan başqa, prezidentlik yarışının qalibi Donald Tramp vaxtilə Paris Sazişindən çıxmaq qərarına gəlib”, - deyə alim xatırladıb.
Ekspert hesab edir ki, ABŞ-ın yeni administrasiyası Paris razılaşmasının öhdəliklərindən bir daha imtina etməyəcək: “2024-cü ildə planetin ekoloji vəziyyəti Trampın birinci dövründə - 2016-cı ildə yaşadığımızdan fərqlidir. Düşünürəm ki, bu, Vaşinqtonda nəzərə alınacaq”.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin mənfi nəticələri inkişaf etmiş ölkələrdən də yan keçmir, bunu İspaniyadakı sel və daşqınlar da sübut edir.
Eyni zamanda, o vurğulayıb ki, alim və ekspertlər Paris Sazişini dəstəkləyən ölkələrin öhdəliklərinin istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq kimi qlobal məqsəddən uzaq olması ilə razılaşırlar. “İstixana qazı emissiyalarının könüllü azaldılması hətta istiləşməni 2 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün yetərli deyil” deyən türkiyəli universitet dosenti BMT-nin 2019-cu ilə nisbətən 2030-cu ilə qədər istixana qazı emissiyalarının 43 faiz azaldılması üçün kollektiv öhdəliklərin vacibliyinə dair çağırışını xatırladıb.
İzzet Arı ekspert hesablamalarına diqqət çəkib. O qeyd edib ki, ölkələrin MDM-lər (İqlim Dəyişikliyi ilə Mübarizə üçün Milli Müəyyən Edilmiş Dəyişdirmələr) kontekstində götürdükləri məcmu öhdəliklər 2030-cu ilə qədər zərərli emissiyaları cəmi 6 faiz azaldacaq. “Yəni, hətta qlobal istiləşməni 2 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq məqsədinə nail olmaq da getdikcə çətinləşir”, -deyə türkiyəli alim bildirib.
O qeyd edib ki, COP28 və COP29 arasındakı dövrdə iqlim sektorunda əhəmiyyətli qərarlar qəbul edilməyib, bəşəriyyət təbii fəlakətlərin mənfi təsirlərini getdikcə daha çox hiss etməyə başlayıb.
COP29 iştirakçılarının fəal müzakirə etdiyi “iqlim maliyyəsi” mövzusuna toxunan dosent hesab edir ki, qlobal ekoloji böhranla mübarizə üçün vəsaitin ayrılması həm də “dünya ictimaiyyətinin səmimiyyətinin ciddi sınağı” olacaq.
Dosent qeyd edib: “Hazırda 120 milyard dollardan çox olacağı gözlənilən iqlim maliyyəsinin 2025-ci ildən ayrılmağa başlanılması planlaşdırılır. Eyni zamanda, dövlətlərin “ümumi xəzinə”yə töhfə verəcəyi meyarlar hələ müəyyən edilməyib; bunlar inkişaf səviyyəsinə, çirklənmənin həcminə, yoxsa hansısa başqa faktora görə olmalıdır?
Onun fikrincə, bir çox inkişaf etməkdə olan ölkələrin “yaşıl transformasiya” prosesini sırf iqlimin maliyyələşdirilməsi ilə əlaqələndirmək cəhdləri, eləcə də ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri fonunda iqlim böhranı ilə mübarizənin perepektivləri erkən uğura nail olunmasına o qədər də ümid doğurmur.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

