/ / Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak edib
Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak edib
18.11.2024 [16:13]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) və IDEA İB-nin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçirilən “İqlim dayanıqlığı üçün təhsilə investisiya: erkən inkişaf və ətraf mühit savadlılığının artırılması” mövzusunda müzakirələrdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək, gənclərin ekoloji problemlərin həllində fəal iştirakının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynadığını vurğulayıb. IDEA İB-nin təsisçisi və rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə də müxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik və təcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
IDEA-nın həyata keçirdiyi layihə və tədbirlərə toxunan Leyla Əliyeva bildirib ki, təşkilat tərəfindən ötən müddət ərzində gənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətli yanaşmaları kimi mövzulara həsr olunan bir sıra fəaliyyətlər icra edilib. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırma kampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yə üzv olduğunu qeyd edərək, 10 il ərzində qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri vurğulayıb. Dayanıqlı və sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslin yetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Grethel Aguilar, “Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Bryce Coon və Qlobal Təhsil Mərkəzinin “#Decarbonize” proqramını təmsil edən gənc ekofəal Janina Guevara çıxış edərək, mövzu ilə bağlı müxtəlif fikirlər irəli sürüb, ətraf mühit savadlılığının rolunu qeyd ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

