COP29-da “Africa Grows Green” mükafatları təqdim olunub
20.11.2024 [21:17]
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Bakıda “Africa Grows Green” (Afrika Yaşıl Olur) təşəbbüsü üzrə mükafatların təqdimetmə mərasimi keçirilib. Misirin “İstidamə” Davamlı Yaşayış Keyfiyyəti Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə bu ölkənin ətraf mühit naziri Yasmin Fuad, Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ekoloji koordinasiya üzrə nümayəndəsi Romina Xurşid Alam, Assosiasiyanın İdarə Heyətinin sədri Rim Əbdülməcid, beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mükafatlar innovasiya və sahibkarlıq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fərqlənən şəxslərə təqdim olunub.
Nazir Yasmin Fuad bu təşəbbüsün Şimali Afrika və Yaxın Şərq regionunda iqlim dəyişikliyinə qarşı həllər və layihələr təqdim etməyə çalışan gənc sahibkarlar və xüsusilə qadınlar üçün real fürsət olduğunu vurğulayıb. O, elmin və innovasiyanın yaşıl keçid və iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizənin təməlini təşkil etdiyini deyərək, bu təşəbbüsün afrikalı gənclərin sahibkarlıq vasitəsilə yaşıl keçidə doğru irəliləmələrinə töhfə verəcəyini bildirib.
Misirli nazir əlavə edib ki, “Africa Grows Green” təşəbbüsü Şimali Afrika və Yaxın Şərq regionundakı sahibkarlar arasında əlaqə yaratmaq üçün platforma sayıla bilər. Qeyd edib ki, gənclərə bu platforma vasitəsilə daha aşağıkarbonlu və dayanıqlı gələcək naminə innovativ həllər təqdim etmək imkanı yaradılır. Eyni zamanda, bu platforma region daxilində ətraf mühitin qorunması və inkişafın dəstəklənməsi üçün investisiya imkanlarının artırılmasında faydalı ola bilər.
Ətraf mühit naziri təşəbbüs üzrə mükafatların dörd kateqoriyanı əhatə etdiyini vurğulayıb.
Mükafata cəlb edilən fəaliyyətlərdən biri iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaya və onların azaldılmasına yönəlmiş texnologiyalarla bağlıdır. Bu da öz növbəsində kənd təsərrüfatı, su resurslarının idarə olunması, enerji paylanması və saxlanması, ağıllı nəqliyyat və digər sahələri əhatə edir.
“She Goes Green” mükafatı isə qadınlar tərəfindən idarə olunan, yaşıl istehsal və istehlak sahələrində iş yerlərinin və bazarların yaradılmasının təşviqində rol oynayan startaplara verilib.
“Yaşıl Maliyyələşdirmə” mükafatına gəlincə, o, investisiya portfellərində "sıfır karbon izi" hədəflərinə çatmağı hədəfləyən banklar, investisiya layihələri və investorlar üçündür.
Mükafat alanlar arasında iqlim üzrə təhsil, tədqiqat və təlim sahələrində seçilən akademik müəssisələr də var. Sözügedən mükafat iqlim innovasiyaları sahəsində bacarıqların artırılmasını hədəfləyir.
Qeyd edək ki, “Africa Grows Green” təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizə məqsədilə sənaye sektorlarını, qadınlar tərəfindən idarə olunan kiçik və orta sahibkarlıq subyektlərini, yaşıl maliyyələşdirmə qurumlarını və tədqiqat mərkəzlərini ekoloji cəhətdən dost yanaşmalara sərmayə qoymağa təşviq edir. Bu təşəbbüs üzrə qaliblərin mükafatlandırılması, əvvəlki COP27 və COP28 konfranslarında da həyata keçirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

