Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
28.06.2014 [09:40]
Millət vəkilləri Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı çıxışını yüksək qiymətləndiriblər
Dünən Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. Millət vəkilləri əvvəlcə Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasındakı çıxışını yüksək qiymətləndiriblər. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Prezident İlham Əliyevin AŞPA-nın yay sessiyasında çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı haqlı olaraq öz Prezidenti ilə fəxr edir. O.Əsədov bildirib ki, ölkə başçısı AŞPA-nın sessiya iclasında Azərbaycanda həyata keçirilən islahatlar, qarşıda duran problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dəyərli fikirlər səsləndirdi. “Çıxışdan sonra suallara cavab verən zaman da ölkə başçısı Azərbaycanı Avropaya lazımınca təqdim edə bildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq birliyin bərabərhüquqlu üzvü olduğunu, eləcə də beynəlxalq təşkilatlar qarşısında alnıaçıq olduğunu nümayiş etdirdi. Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan müstəqil siyasət yürüdən ölkədir. Odur ki, yüksək təqdimata görə, bütün millət vəkillərinin adından Prezident İlham Əliyevə təşəkkür edirik” - deyə, spiker vurğulayıb.
AVP sədri, millət vəkili Fəzail Ağamalı isə deyib ki, dövlət başçısının fikirləri ciddi rezonans doğurub: “Mən bir Azərbaycan vətəndaşı kimi cənab Prezidentin yüksək intellektinə, vətənpərvərliyinə, böyük siyasi təfəkkürünə heyran oldum, Onunla fəxr etdim”.
AŞPA-nın iclasında iştirak edən millət vəkili Qənirə Paşayeva ölkə Prezidentinin çıxışı zamanı səsləndirilən mesajlardan danışıb: “Cənab Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri “heç kim Azərbaycanla təzyiq və təhdid dilində danışa bilməyəcək” mesajının verilməsi idi. Bunu Ermənistan və Avropa məkanı da anladı. Bu, həm ölkənin maraqları baxımından, həm də AŞPA-da sədrliyimiz kimi məqamda çox böyük və uğurlu çıxış oldu”.
Millət vəkili deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə görəcəyi işlərlə bağlı açıqlamaları isə çox böyük diqqətlə dinlənilirdi: “Prezident İlham Əliyev, həmçinin, Azərbaycanın heç bir qarış torpağının da hansısa müzakirə mövzusu olmayacağını, münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində həll olunacağını və bundan başqa bir variantın qəbul olunmayacağını vurğuladı. Nəinki Dağlıq Qarabağın, həm də bu gün Ermənistanın paytaxtı olan Yerevanın da Azərbaycan torpağı olmasını Ermənistanın daha yaxşı bildiyini açıqladı”.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin AŞPA-dakı çıxışı öz məzmun yükü ilə çox dəyərli idi”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib. A.Mirzəzadə qeyd edib ki, cənab Prezidentin beynəlxalq təşkilatda Azərbaycanda gedən proseslərlə bağlı verdiyi geniş məlumat bütün politoloji tələblərə cavab verirdi: “Onun Azərbaycanın demokratik cəmiyyət quruculuğunda qazandığı nailiyyətlər barəsində dedikləri real faktlara əsaslanırdı və orda iştirak edən xarici ölkə deputatlarının bir qismi ölkəmizə səfərləri zamanı özləri bunun şahidi olmuşdular”.
Millət vəkili əlavə edib ki, cənab Prezidentin bəzi ermənipərəst deputatların verdiyi təxribatçı suallara cavabları da qətiyyətli və həqiqətə söykənən idi: “Təcrübəli bir siyasətçi kimi cənab İlham Əliyev onlara layiqli cavab verirdi. Prezidentimiz Strasburqdakı çıxışı ilə növbəti dəfə Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruduğunu və Azərbaycanın dünyanın ayrılmaz bir hissəsi olduğunu sübut etdi”.
Millət vəkili Bəxtiyar Əliyev çıxışında beynəlxalq qurumlarda, xüsusilə də AŞPA-da ikili standartların tətbiqindən təəssüfləndiyini deyib. Onun sözlərinə görə, Azərbaycan hazırda dünyanın ən sürətlə inkişaf etməkdə olan dövlətlərindən birinə çevrilib: “Ölkədə aparılan hüquqi islahatlar bəhrəsini verib, vətəndaş cəmiyyəti inkişaf edib. Təkcə bölgənin deyil, həm də Avropanın enerji təhlükəsizliyi, sülhün, sabitliyin qarantına çevrilib. İndiki zamanda Azərbaycana əngəl yaradan yalnız bir məsələ var - torpaqların Ermənistan tərəfindən işğalı. Təəssüf ki, bununla bağlı BMT və AŞPA qətnamələrinin yerinə yetirilməsi istiqamətində heç bir tədbir görülməyib. Azərbaycana qarşı ikili standartlar işə salınıb”.
B.Əliyev hesab edir ki, AŞPA üzvü Azərbaycanın əraziləri həmin qurumun üzvü olan digər dövlət tərəfindən işğal olunduğu bir halda, təcavüzkara yerini göstərmək lazımdır. Amma bunun əvəzinə Azərbaycana qarşı ikili standart tətbiq olunur: “Bunlar süni çalışmalardır. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər Azərbaycan xalqının fikir və iradəsidir. Beynəlxalq ictimaiyyət bunu qəbul etməlidir, Azərbycandan köməyini əsirgəməməlidir”.
Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı da AŞPA-da çıxışı zamanı Prezident İlham Əliyevin milli maraqlarımızı yüksək səviyyədə qoruduğunu deyib. Onun sözlərinə görə, ölkə rəhbəri bir daha Azərbaycanın müstəqil, güclü dövlət olduğunu nümayiş etdirdi.
Daha sonra millət vəkilləri iclasın gündəliyindəki məsələləri müzakirə ediblər. Belə ki, iclasda “Azərbaycan Respublikasının İnsan hüquqları (ombudsman) haqqında” Konstitusiya qanununa, Şəhərsalma və Tikinti Məcəlləsinə və “Balıqçılıq haqqında” qanuna dəyişikliklər edilib. Eyni zamanda, Azərbaycan Respublikasının Əlcəzair Respublikasında səfirliyinin təsis edilməsi haqqında qanun layihəsi qəbul olunub. Millət vəkilləri, həmçinin, “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Sazişi təsdiq ediblər. Bununla da, Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

