Radikalizm bəşəriyyəti təhdid edən təhlükəli problemlərdən birinə çevrilib
24.09.2024 [13:18]
Şuşa şəhərində keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" seminarı çərçivəsində "Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları" mövzusunda sessiya təşkil edilib.
Yeniazerbaycan.com-un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, sessiyanın moderatoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləm olub.
"525-ci qəzet"in redaktoru Seyfəddin Hüseynli dini maarifləndirmənin artırılmasına ehtiyac olduğunu vurğulayıb:
"Bununla bağlı aidiyyəti qurumlarla media ilə sıx əlaqələrin qurulması effektiv ola bilər. Müxtəlif təlimlərin, seminarların təşkili, səfərlərin, mediaturların keçirilməsi, dini mövzuların işıqlandırılmasına dəstək məsələləri aktual saxlana bilər".
Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova isə qeyd edib ki, din sahəsində fəaliyyət göstərən ilahiyyatçı, ekspert və mütəxəssislərin aktivliyi, media ilə qarşılıqlı əlaqələri vacib məsələdir: "Dini maarifləndirmə məsələsinin xüsusilə dövlət televiziya kanallarında, dövlətdən maliyyələşən media orqanlarında həyata keçirilməsi önəmlidir. Həmçinin, dini maarifləndirmə ilə bağlı xüsusi telekanalın, onlayn və ya ənənəvi media resursunun yaradılması da əhəmiyyətli addım ola bilər".
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu xatırladıb ki, Azərbaycan mediası məhz qaragüruh və mövhumata qarşı mübarizə məqsədilə yaranmışdı: "Mediada yayımlanan bəzi məlumatların sırf başlığına diqqət edilsə də, məqalənin mahiyyətinə nəzər saldıqda maarifləndirmə məqsədli yazı olduğu aydınlaşır. Məsələn, fətvalarla əlaqədar xəbərlər yayılır, amma bu, birmənalı qarşılanmır. Mənim jurnalistlərə məsləhətim isə budur ki, fətvalarla bağlı kontent hazırlayarkən yerli ilahiyyatçılara və ekspertlərə müraciət etsinlər. Lakin bu məqamda da mövhumatla dini qarışdırmayan ekspertlərə müraciət vacibdir".
V.Zifəroğlu vurğulayıb ki, ənənəvi mediadan fərqli olaraq, yeni media sosial mediaya uduzmur, əksinə, onun imkanlarından professional şəkildə istifadə edə bilir:
"Ona görə, biz maarifləndirmənin təşkilində təkcə ənənəvi mediadan deyil, peşəkar yeni mediadan xüsusilə istifadə etməliyik. Sahə jurnalistikası problemi isə bizim ağrılı yerimizdir. Bu, təkcə dini sahədə deyil, digər müxtəlif sahələrdə də özünü göstərir. Biz ilahiyyatçı və ya təkcə İslamdan yazan jurnalist yetişdirmirik, biz din haqqında yaza biləcək dünyəvi savadlı media nümayəndəsi yetişdirməliyik. Din sahəsində təkcə jurnalistlərin maarifləndirilməsi kifayət deyil, biz cəmiyyətin maarifləndirilməsi ilə də xüsusi məşğul olmalıyıq".
Sessiya müzakirələr və sual-cavabla davam edib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

