Dini radikalizmə qarşı mübarizədə dünya ölkələri səylərini daha da artırmalıdır
08.12.2015 [09:50]
Dekabrın 7-də Bakıda “Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Səbail rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib ki, bu gün dünyada dini radikalizm ciddi problemlərdəndir. Bəzi qüvvələr İslamı gözdən salmağa cəhd göstərirlər. Bu məsələlərin müzakirəsi bugünkü konfransın aktuallığını daha da artırır. Qlobal problemə çevrilən dini radikalizm, ekstremizm dünya ölkələri üçün təhdiddir. Buna qarşı mübarizə aparmaq üçün bütün ölkələr səylərini daha da artırmalıdır.
Bildirilib ki, dünyada bütün dövrlərdə dini radikalizm müxtəlif formalarda təzahür edib və bu gün də bu proses davam etməkdədir. İslam barışıq, ədalət, mərhəmət dinidir, onu gözdən salmaq cəhdləri yolverilməzdir.
Qeyd edilib ki, bu yaxınlarda Nardaran qəsəbəsində “Müsəlman birliyi” adı altında ekstremist əməllər törədən bir qrup şəxsin insanlarda qorxu yaratmaqla din pərdəsi altında çirkin əməllər həyata keçirmək istəkləri alt-üst oldu. Çünki xalqın öz dövlətinə olan inamı bu cür cinayətkar əməllərə heç cür rəvac verə bilməz.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Bu gün bəzi qüvvələr terroru dinlə əlaqələndirməyə cəhd göstərirlər. Lakin terrorun milliyyəti, dini, irqi yoxdur. Komitə sədrinin sözlərinə görə, ekstremizm və radikalizm dində o zaman özünü büruzə verir ki, din faktiki olaraq öz mahiyyətindən kənara çıxır və insanın mənəviyyat aləmindən siyasi aləminə doğru transfer edir. Lakin unutmamalıyıq ki, din sırf mənəviyyatla bağlı olan məsələdir. M.Qurbanlı bildirib ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə daha ciddi şəkildə davam etdirilməlidir. Burada kütləvi informasiya vasitələrinin, təhsil ocaqlarının üzərinə də böyük vəzifələr düşür. Biz cəmiyyət içərisində hərtərəfli təşviqat işlərini gücləndirməliyik ki, Azərbaycanda ekstremist və radikal qruplar meydana gəlməsin.
Bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliyə əsasən dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı dəyişdirilərək “Dini ayinlər, mərasimlər və atributlar” adlanır. Dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağan olunur. İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan edilir. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
“Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanundan danışan komitə sədri deyib ki, yeni qanunun əsas məqsədi ölkəyə yeridilən xarici ideologiyanın qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır.
Konfransda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış edərək ölkəmizdə mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışıblar. Qeyd ediblər ki, tolerantlığı ilə bütün dünyaya örnək olan Azərbaycanda ayrı-ayrı millətlərin və dini konfessiyaların əmin-amanlıq içərisində yaşaması üçün hər cür şərait yaradılıb. Ölkəmizdəki tolerantlıq ənənələrini, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri yolverilməzdir. Prezident İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür, dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır. Bildirilib ki, Nardaranda baş verən hadisələr din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını açıb göstərdi. Çıxış edənlər bu hadisələri kəskin şəkildə pisləyiblər.
Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

