Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kataniya aeroportunda uçuşlar dayandırılıb

Kataniya aeroportunda uçuşlar dayandırılıb

23.07.2024 [16:54]

İtaliyanın Siciliya adasındakı Etna vulkanında müşahidə olunan fəallıq səbəbindən Kataniya hava limanında uçuşlar ləğv edilib.

AZƏRTAC xəbər verir ki, vulkanın püskürdüyü kül və toz dumanına görə Kataniya aeroportunda iki hava sahəsi bağlanılıb.

Kataniya hava limanını idarə edən SAC şirkətindən bildirilib ki, Etnanın püskürmə fəaliyyəti və eyni vaxtda atmosferə yayılan vulkanik kül emissiyası səbəbindən aeroportun “B2” və “B3” sektorları bağlanıb, bütün uçuşlar ləğv olunub. Təyyarələr Palermo və Trapani hava limanlarına yönləndirilib. Toz dumanı azaldıqdan və onun uçuş infrastrukturuna təsiri minimuma endikdən sonra əməliyyatlar davam etdiriləcək.

Hündürlüyü təxminən 3330 metr olan Etna vulkanın Voraqin kraterində partlayış baş verib və lava axını olub. Avropanın ən hündür və aktiv vulkanı olan Etnada son bir neçə həftədir fəallıq müşahidə edilir.

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30