Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / KOBİA-da biznes subyektlərinin müraciətləri dinlənilib

KOBİA-da biznes subyektlərinin müraciətləri dinlənilib

05.08.2026 [17:28]

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) vətəndaşlarla növbəti görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı vətəndaşların bazarlara çıxış, dövlətin dəstək alətlərindən istifadə, aqrobiznes layihəsinin həyata keçirilməsi və müvafiq infrastrukturun yaxşılaşdırılmasına dəstək, nəqliyyat və logistika xidmətləri ilə bağlı müraciətləri dinlənilib.

Sahibkarlarla ehtiyacları olan dəstək tədbirləri və qarşılaşdıqları məsələlərin həllinə dair müzakirələr aparılıb.

Görüşdə qaldırılan bir sıra məsələlərin həlli istiqamətində agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görüləcək, digər müraciətlər isə aidiyyəti qurumlarla birgə araşdırılacaqdır.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31