ABŞ-da debat gecəsi...
12.09.2024 [09:14]
Harris ilə Tramp arasındakı ilk söz dueli baş tutdu
Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində yarışacaq Donald Tramp və Kamala Harris sentyabrın 10-da “ABC” kanalı tərəfindən Pensilvaniya ştatının Filadelfiya şəhərində təşkil olunmuş teledebatda qarşı-qarşıya gəliblər. Uzun müddətdir ki, hazırlığı gedən bu görüşə maraq həddindən artıq böyük olub - qısa zamanda debata sosial mediada baxış sayı milyarda yaxınlaşıb.
Debatın gedişi və aparılan müzakirələrə keçməmişdən öncə, görüşün nəticələri ilə bağlı fərqli fikirlərin irəli sürüldüyü diqqəti cəlb edir. Belə demək mümkündürsə, hansısa tərəfin açıq üstünlük qura bilmədiyi bu görüş seçici auditoriyasına müraciətdə əsaslı anlam daşıyıb - çünki görüşdə ölkənin gələcəyi, vergi faizləri, xarici siyasət hədəfləri, qlobal münaqişələrə münasibət, hətta miqrasiya və reliqiyaobiya kimi məsələlər də müzakirə predmetinə çevrilib.
Trampdan çağırış - Biz qısa zamanda onları çıxarmalıyıq
Debat Harrisin təşəbbüsü ilə namizədlər arasında əl sıxışması ilə başlasa da, yayım zamanı gərgin anlar yaşanıb. İlk “hücum” Harrisdən gəlib və o, dünya liderlərinin Donald Trampa güldüklərini iddia edib: “Mən ayrı-ayrı ölkələrin siyasi-hərbi rəhbərləri ilə danışdığım zaman, onlar Trampa gülürdülər”.
Tramp da vitse-prezidentə “söz atıb” - onu ifrat solçuluqda ittiham edib. Bir vaxtlar “marksist” adlandırdığı Harrisi bu dəfə solçu “elan edən” Trampın məqsədi isə fərqlidir - ABŞ siyasətində mühafizəkarlar rəqiblərini fərqli oriyentasiya və buna bənzər mövzulardakı liberallıqlarını məhz “radikal solçuluq” kimi yozurlar.
Prezident Tramp miqrantların sayının ildən-ilə çoxaldığını əsas gətirərək onların get-gedə şəhərləri, hətta ştatları belə “işğal etdiyini” önə çəkib. “Həmin insanları bizim ölkəmizə Harris və Bayden gətirib. Onlar bizim ölkəmizi dağıdırlar. Onlar çox təhlükəlidirlər və cinayətkarlıq əməlləri törədirlər. Biz qısa zamanda onları həmin yerlərdən çıxarmalıyıq. Mən birinci prezidentlik dövründə ABŞ-da tarixin ən yüksək iqtisadi göstəricilərinə nail olmuşdur, bu dəfə də nail olacam”, -deyən Trampın cavabında Harris iqtisadi məsələlərə toxunub. Vitse-prezident bildirib ki, ilk olaraq Trampın öz xələfinə nələri “miras qoyduğuna” diqqət yetirmək lazımdı. O bildirib ki, Tramp demokratlara ən böyük işsizlər ordusunu və bərbad səhiyyəni miras qoyub getmişdi: “Tramp bizim ölkəmizdə müasir vətəndaş müharibəsi təhlükəsini bizə mçiras qoymuşdu. Biz hər şeyi səhmana saldıq. Bugünki debat keçmiş prezidentin qorxulu 2025 planlarının prezentasiyası da adlana bilər”.
Harris respublikaçıya qarşı qaldırılan cinayət işlərini xatırladaraq, rəqibinin “diktator” olmaq istədiyini bildirib. Tramp isə Harrisi ABŞ tarixinin ən pis vitse-prezidenti adlandırıb. Tramp özünə qarşı edilmiş sui-qəsd cəhdində Demokrat Partiyasını günahlandırıb.
Harris Trampın kampaniya mitinqləri zamanı Hannibal Lekter kimi uydurma personajlar haqqında danışdığını iddia edib. Tramp buna cavab olaraq vitse-prezidenti seçki mitinqlərinə adam yığmaq üçün insanlara pul ödədiyini bildirib.
Müharibə bitəcəkmi? Tramp iddia edir, Harris inanmır...
Debatda əsas diqqətin daxili siyasi gündəliyə yönəlməsinə baxmayaraq, moderatorların bəzi sualları xarici siyasət məsələlərinə, o cümlədən namizədlərin Ukrayna -Rusiya münaqişəsinin həllinə yanaşmalarına həsr olunub. Tramp bir daha söz verib ki, qalib gəlsə, hələ rəsmi vəzifəyə başlamazdan əvvəl döyüşlərə son qoyacaq. “Mən nə edəcəm - hər iki tərəflə danışacağam, onları bir yerə yığacağam. Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi... Baydenin onunla (Rusiya prezidenti Vladimir Putin ) necə danışacağı, onu necə dayandıracağı barədə heç bir fikri yox idi və indi milyonlarla həyatını itirmiş insanlar var. Vəziyyət getdikcə pisləşir və bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilər”, - deyə respublikaçı namizəd bildirib.
Harris isə bu fikirlərə etiraz edib və bildirib ki, Tramp 2020-ci il seçkilərində qalib gəlsəydi, vəziyyət daha acınacaqlı olacaqdı. Debat zamanı Tramp Harrisin Rusiya və Ukrayna rəhbərliyi ilə döyüş əməliyyatlarının qarşısını almaq üçün danışıqlara göndərildiyini də iddia edib - lakin o, uğursuzluğa düçar olub. Harris Trampın iddialarını yalan adlandırıb.
Tramp Harrisi nifrətdə günahlandırır...
Namizədlər, həmçinin yaxın və Orta şərqdə cərayan edən hadisələrə, İsrail və HƏMAS arasında bir ilə yaxındır davam edən müharibəyə toxunublar. Harris döyüşlərin dərhal dayandırılmalı olduğunu bildirərək, yeganə yolun atəşkəs razılaşması və girovların azad edilməsi olduğunu qeyd edib. “Biz iki dövlətli həll yoluna doğru bir kurs qurmalı olduğumuzu başa düşərək, bu istiqamətdə gecə-gündüz işləməyə davam edəcəyik. Bu qərar həm İsrail xalqının, həm bütövlükdə İsrailin, həm də fələstinlilərin təhlükəsizliyini nəzərə almalıdır”.
Harriss həmçinin əmin edib ki, o, həmişə İsrailə xüsusən İran və onun müttəfiqlərindən özünü müdafiə etmək imkanı yaradacaq.
Tramp isə Harrisin İsrailə nifrət etdiyini bildirib və rəqibinin prezident seçiləcəyi təqdirdə yəhudi dövlətinin iki il ərzində mövcudluğunu itirəcəyini deyib: “Eyni zamanda, o, regiondakı ərəb əhalisinə nifrət edir. Harris prezident olarsa, orada hər şey partlayacaq - ərəblər, yəhudilər, İsrail. Artıq İsrail olmayacaq”.
Növbəti görüş vitse-prezidentlər arasında baş tutacaq
Qeyd edək ki, müzakirələr Filadelfiyadakı Milli Konstitusiya Mərkəzində baş tutub. Harris üçün hazırkı debat onun prezidentliyə namizəd kimi ilkidir, Tramp üçün isə artıq siyasi karyerasında yeddinci və cari prezidentlik kampaniyası zamanı ikinci debatına çıxıb. Debat təxminən 1 saat 45 dəqiqə davam edib və cəmisi iki dəfə reklam üçün dayandırılıb, bu müddət ərzində namizədlərə seçki qərargahları ilə əlaqə saxlamaq qadağan edilib. Siyasətçilər də əvvəlcədən hazırlanmış qeydləri və rekvizitləri özləri ilə götürə bilməyiblər. Bundan əlavə, rəqiblərin mikrofonların yalnız onlara söz verildikdə açılıb.
Beləliklə, ABŞ-da prezident seçkilərinə səkkiz həftə qalsa da, namizədlərin təşviqat qərargahı yeni debatların tarixi ilə bağlı razılığa gələ bilməyib. Debat başa çatdıqdan dərhal sonra Harrisin seçki qərargahının nümayəndəsi ikinci tura hazır olduqlarını elan edib. Oktyabrın 1-nə nəzərdə tutulan ikinci tur debatda iki partiyanın vitse-prezidentliyə namizədləri - Minnesota qubernatoru Tim Vals və Ohayo senatoru C.Vens görüşəcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

