Daxili böhran dərinləşir...
03.10.2024 [11:00]
Vətəndaşlar Makron-Barnye hökumətinə qarşı etiraz edirlər
Fransada daxili siyasi gərginlik artmaqdadır. Prezident Emmanuel Makronun yarıtmaz siyasəti ölkəni dərin böhrana sürükləyib. Xüsusilə, son parlament seçkiləri siyasi böhranı daha da stimullaşdırdı. Çünki seçkilərdən sonra parlamentdə təmsilçilik qazanan üç əsas blok bir-birinə güzəştə getmək niyyətində deyil. Milli Assambleyanı buraxaraq, ölkədə qeyri-sabitliyi yaradan elə E.Makron özüdür.
Bu səbəblərdəndir ki, dövlət başçısının əhali arasında heç bir nüfuzu qalmayıb. Xatırladaq ki, vaxtilə vətəndaşların şilləsinə tuş gələn Fransa prezidenti daha sonra yumurta atəşinə də tutulmuşdu. Növbəti dəfə isə o, əhali tərəfindən fitə basılıb. Hadisə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində baş vermişdi.
Fransanın 188 şəhər və qəsəbəsində etiraz aksiyaları keçirilib
Fransada Solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqının ümumi seçkilərdə son qələbəsinə rəğmən prezident Emmanuel Makronun sağçı siyasətçi Mişel Barnyeni baş nazir təyin etmək qərarı da ölkədə kütləvi etirazlara səbəb olmuşdu. On minlərlə vətəndaş sentyabrın 7-dən etibarən küçələrə axışmışdılar. Həmin vaxt Makronun əleyhinə nümayişlərdə paytaxt Parisdə 50 min, bütün ölkə boyu isə 300 minə yaxın insan iştirak etmişdi. Renn, Nant, Nitsa, Marsel və Strasburq kimi böyük şəhərlər də daxil olmaqla, 150-dən artıq şəhər və qəsəbədə etiraz aksiyaları keçirilmişdi.
Qeyd edək ki, Fransada etiraz aksiyaları yenidən başlayıb. Bu ölkədə Fransada CGT, “Solidaires”, FSU həmkarlar ittifaqlarının, eləcə də gənclər təşkilatlarının üzvləri tərəfindən “Makron-Barnye hökuməti”nə qarşı”, pensiya islahatının ləğvi və maaşların artırılması tələbi ilə tətil və nümayiş keçirilib. Ölkənin 188 şəhər və qəsəbəsində fransızlar küçələrə çıxıblar. Aksiya iştirakçıları hazırkı nümayişin uzun müddət davam edəcək etirazların başlanğıcı olduğunu bildiriblər. Onlar, ilk növbədə, M.Barnye hökumətinin legitimliyini tanımadıqlarını vurğulayıblar. Prezident E.Makronun istefasını tələb edərək, onu xalqın səsinə, seçkilərin nəticələrinə hörmət göstərməyə çağırıblar. Qəzəblərinin soyumayacağını və sona qədər mübarizə aparacaqlarını bəyan edən nümayişçilər etirazların davamlı olacağını diqqətə çatdırıblar. Eyni zamanda, Makronun idarəçiliyindən narazılıqlar səsləndirilib. Bütün ölkədə keçirilən nümayişlərdə təhsil, səhiyyə sahələrində dözülməz vəziyyətin yarandığı, yoxsulluğun baş alıb getdiyi qeyd edilib. Fransızlar sosial və ekoloji ədalət tələblərini bir daha səsləndiriblər. Nəqliyyat sektoru da daxil olmaqla, bir çox sahələrdə uzunmüddətli tətillərin başlandığı bildirilib.
Makronun istefası tələb olunur
Parisdə “Denfert-Rochereau” meydanına toplaşan nümayişçilər “Bastille” meydanına doğru irəliləyiblər. Onlar xüsusilə iyul seçkilərində uduzan siyasi partiyaların hökumətə gətirilməsindən narazılıqlarını ifadə ediblər. Etirazçılar Makron-Barnye siyasətinə yox deyərək, əllərində “Makron istefa!” plakatları ilə “Bastille” meydanına doğru gediblər.
Ölkədə milli səviyyədə keçirilən etiraz nümayişləri zamanı Milli Assambleyada isə Baş nazir M.Barnye yeni hökumətin siyasətini açıqlayıb. Lakin Makronun yarıtmaz siyasəti Fransada daxili böhranı dərinləşdirib. Etirazçılar Makronu parlament seçkilərində qalib gəlmiş NFP-nin namizədi Lyusi Kastetin əvəzinə məğlub blokdan olan Barnyeni baş nazir təyin etməklə seçkilərin nəticələrinə məhəl qoymamaqda ittiham edirlər. Bu səbəbdən də Fransada Makrona qarşı etiraz aksiyaları səngimir. Xatırladaq ki, Fransanın solçu “Əyilməz Fransa” partiyası prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması prosedurunu da başladıb. Bu addım ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq atılıb. Həmin maddə prezidentin səlahiyyətlərini pozduğu təqdirdə onun vəzifədən kənarlaşdırılması imkanını nəzərdə tutur.
Gələn il yeni seçkilərin keçirilməsi istisna deyil
Davam edən nümayişlər Makronun idarəçiliyi ilə bağlı artan ictimai narazılığı əks etdirir. Sağçı “Milli birlik” partiyasının Fransa Milli Assambleyasındakı fraksiyasının lideri Marin Le Pen bildirib ki, Fransanı gələn il yeni növbədənkənar parlament seçkiləri gözləyir: “Aydındır ki, vəziyyət belə davam edə bilməz. Bu, Makrondan başqa hamıya aydındır. Görünür ki, bir il sonra bizi qanunverici orqana yeni növbədənkənar seçkilər gözləyir. Əvvəl-axır Fransaya mütləq çoxluq lazımdır və biz buna yalnız yeni proporsional seçki qanununun köməyi ilə nail ola bilərik”. “Görək, seçicilərin, məsələn, Avropa ilə bağlı istəkləri də nəzərə alınacaqmı? Barnye mühüm rol oynadığı Avropa quruculuğuna sadiq olmasına baxmayaraq, seçkilərin nəticələrini unutmamalıdır. Çünki fransızların əksəriyyəti indiki Avropa nizamına qarşıdır”,-deyə siyasətçi qeyd edib.
Beləliklə, proseslər deməyə əsas verir ki, Makronun siyasi taleyi yaxşı görünmür. Onun kütləvi etirazlar fonunda hakimiyyətdən uzaqlaşdırılacağı istisna deyil.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

