Gizada Böyük Misir Muzeyi açılır
16.10.2024 [18:51]
Gizada 2005-ci ildə tikintisinə başlanan Böyük Misir Muzeyi (GEM) sınaq rejimində açılıb, lakin indiyədək məhdud sayda eksponatı olan bir sərgi ziyarətçilərin ixtiyarına verilib.
AZƏRTAC muzeyin rəsmi saytına istinadla xəbər verir ki, hazırda Böyük Misir Muzeyi kompleksi rəsmi açılışdan əvvəl bu mədəniyyət müəssisəsinin hazırlığını yoxlamaq məqsədilə sərgiyə məhdud giriş təklif edir. Həmçinin əsas qalereya, böyük zal, ticarət sahəsi və ətrafdakı bağları ziyarət etmək mümkündür. Lakin Firon Tutanhamonun parlaq kolleksiyası və Xufu piramidasının altında basdırılmış günəş qayıqları hələ də ictimaiyyətə təqdim olunmayıb.
Tikintisinə 20 ildən əvvəl başlanan və Giza piramidalarının yanında yerləşən nəhəng Böyük Misir Muzeyinin açılışı əvvəlcə 2012-ci ildə planlaşdırılırdı, amma onun açılış tarixi ifrat xərclər və siyasi qeyri-sabitlik səbəbindən dəfələrlə təxirə salınıb. Qədim əşyalar və turizm nazirinin müavini Əl-Tayib Abbasın sözlərinə görə, Böyük Misir Muzeyinin tikintisinə 1 milyard dollardan çox vəsait xərclənib.

Daha əvvəl Misirin Baş naziri Mustafa Madbuli bildirmişdi ki, muzeyin rəsmi açılışından əvvəl sınaq açılışı oktyabrın 16-da baş tutacaq. O əlavə edib ki, muzey Misirin dünyaya hədiyyəsi olacaq. Oktyabrın 15-də xarici media nümayəndələri sınaq açılışından əvvəl muzeyin zalları ilə tanış olublar.
Abbasın sözlərinə görə, muzeyə hər gün azı dörd min ziyarətçi gələcək. Turistlərin sayının da artacağına ümidvar olduğunu deyən nazir müavini əlavə edib: “Biz əcnəbi turistlərin sayını ildə üç milyona çatdırmağı planlaşdırırıq”.
Misir rəsmiləri bir sıra dünya liderlərinin rəsmi açılışda iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
Muzeyin tam açılışa demək olar ki, hazır olduğunu vurğulayan Abbas qeyd edib: “Rəsmi açılışa gəlincə, hazırkı qlobal vəziyyət bunun üçün əlverişsizdir. Onun dəqiq tarixini ölkənin siyasi rəhbərliyi müəyyən edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

