NATO necə maliyyələşəcək?
16.11.2024 [09:08]
İkinci Dünya müharibəsindən sonrakı reallıqlar zəminində təşəkkül tapan - 4 aprel 1949-cu ildə qurulan və son olaraq Finlandiya ilə İsveçin üzvlüyə qəbul olunması ilə sıralarında 32 ölkəni birləşdirən Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) indiki mərhələdə islahatlar zərurəti ilə üz-üzədir. Bu günlərdə alyansın maliyyələşmə mexanizminin dəyişdirilməsi yenidən gündəmə gəlib. Bu barədə NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer “Newsweek” jurnalına müsahibəsində bildirib.
NATO-nun maliyyələşmə mexanizminin dəyişdirilməsini zərurətə çevirən şərtlər
Amerika Birləşmiş Ştatlarının (ABŞ) və alyansa üzv olan Avropa dövlətlərinin “qoruyucu çətiri” və yaxud “dəmir qalxanı” kimi də səciyyələndirilən NATO-nun maliyyələşmə mexanizmləri ilə bağlı müzakirələrin aparılması dəfələrlə təkrarlanıb. Lakin məsələ zaman-zaman gündəmə gəlsə də, belə görünür ki, hələlik optimal həll variant tapılmayıb. Əslində, nizamnamədə alyans çərçivəsində maliyyələşmə mexanizmi konkret şəkildə təsbit olunub: Hər bir üzv ölkə NATO-nun ümumi büdcəsi üçün milli ÜDM-in 2 faizi həcmində vəsait ödəməlidir. Bununla bağlı üzv ölkələr müvafiq saziş imzalayıblar. Lakin öhdəlik heç də bütün üzv dövlətlər tərəfindən yerinə yetirilmir. Ayrı-ayrı ölkələr ümumi büdcəyə müəyyənləşdirilmiş səviyyədə vəsait ayırmırlar. Eyni zamanda, öhdəliyin yerinə yetirilməməsinə görə cərimələr də nəzərdə tutulmur. Hazırda NATO daxilində ən böyük ödəyici qismində isə ABŞ çıxış edir.
Elə zaman-zaman NATO daxilində maliyyələşmə mexanizminin dəyişdirilməsinə çağırışlar da daha çox məhz bu ölkədə səsləndirilir. Daha dəqiq desək, bu tələblə Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti olmuş və cari il noyabrın 5-də yenidən dövlət başçısı seçilən Respublikaçılar Partiyasının namizədi Donald Tramp çıxış edib. Ümumiyyətlə, Donald Tramp seçki marafonu boyunca dəfələrlə NATO ilə bağlı narahatedici fikirlər ifadə edib. Xatırlayaq: O, təhdid dolu mesajlar verirdi ki, yenidən seçilərsə, Rusiyanı NATO-ya üzvlük haqqını ödəməyən ölkələrə hücuma keçməyə təşviq edə bilər. D.Tramp təbliğat kampaniyasında ilk prezidentliyi dönəmində baş vermiş bir hadisəni yada salıb. O, tərəfdarları qarşısında çıxışında bir NATO ölkəsinin liderinin “Biz üzvlük haqqını ödəyə bilməsək və Rusiya bizə hücuma keçsə, nə edəcəksiniz?” sualına, “Sizi qorumağa gəlmərik. Mən hətta Rusiyanı istədiyini etməyə təşviq edərdim” cavabını verdiyini deyib. Tramp dəfələrlə NATO-ya üzv ölkələri ümumi daxili məhsullarının 2 faizini müdafiyə xərcləmək vədlərini yerinə yetirməyə çağırıb. Prezidentliyi dönəmində ABŞ-ni NATO-dan çıxaracağı mesajı da ona məxsusdur.
D.Trampın NATO-nun drayveri sayılan ABŞ-nin yeni prezidenti seçilməsi alyansa üzv olan Avropa dövlətlərində ciddi təşviş doğurub. ABŞ-nin NATO-dan çıxması Avropanın müdafiəsiz qalması anlamında qəbul olunur. Təsadüfi deyildir ki, Donald Tramp yenidən prezident seçildikdən sonra Avropa Siyasi Birliyi təcili qaydada toplandı və orada qoca qitənin təhlükəsizliyinin təmin olunması məsələsi gündəliyin mərkəzində dayandı. Avropada anlayırlar ki, NATO hələlik onların əsas müdafiə çətiridir və ABŞ-siz bu çətirin altı boş qalar. Daxili mənbələr hesabına isə Avropanın ümumi təhlükəsizliyini təmin etmək mümkünsüz görünür...
Qeyd edək ki, NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12 faiz artaraq 2,03 milyard avroya, təşkilatın siyasi komponentinin büdcəsi 18,2 faiz artaraq 438,1 milyon avroya çatıb. Təşkilatın büdcəsinin üçüncü əsas komponenti sayılan, ayrı-ayrı üzv ölkələrə deyil, alyansa məxsus olan komanda və idarəetmə obyektlərinin tikintisi xərclərini özündə əks etdirən NATO Müdafiə İnvestisiya Proqramı 1,3 milyard avro təşkil edir. Bu da əvvəlki dövrlə müqayisədə 30 faiz artım deməkdir.
Beləliklə, alyans ümumilikdə 2024-cü ildə təxminən 3,768 milyard avro büdcəyə malikdir. Söhbət bir təşkilat kimi NATO strukturlarının ixtiyarında olan büdcələrdən gedir. NATO-nun hesablamalarına görə, alyansa üzv dövlətlərin ümumi hərbi xərcləri 2024-cü ildə təxminən 1,264 trilyon dollar təşkil edəcək.
Alyansın 2024-cü il üçün genişləndirilmiş büdcələri ötən il dekabrın 13-də NATO-nun səfirlər səviyyəsində planlaşdırılan iclasında təsdiqlənib. Bu büdcələr mülki və hərbi qulluqçuların maaşının ödənilməsinə sərf olunur. NATO-nun rəsmi reytinq cədvəlinə əsasən, 2024-cü il yanvarın 1-dən NATO-da yüksək səviyyəli menecerlərin maaşı sosial və digər ödənişlər nəzərə alınmadan 17,5 min dollar olacaq. Bununla belə, NATO-da maaşların səviyyəsi məmurun təmsil etdiyi ölkədən və onun müxtəlif kateqoriyalı kadrlar üçün əməkhaqqı indekslərindən də asılıdır.
Hansı variant təklif olunur?
Təklif olunan yeni varianta əsasən, NATO-nun gələcək maliyyələşməsində ənənəvi metoddan imtina edilməsi tam realdır. Admiral Rob Bauer bildirib ki, NATO ölkələri maliyyələşmə mexanizmini dəyişdirərək hər bir üzvün ümumi daxili məhsulunun iki faizini xərcləmə öhdəliyini müəyyən edilmiş konkret məbləğlə əvəzləyə bilər.
Onun sözlərinə görə, hələlik NATO-nun vəziyyəti kökündən dəyişmək üçün vasitəsi və vaxtı yoxdur. Bununla belə, alyans üzvləri iki faizlik xərcləmə məqsədindən uzaqlaşa və konkret tapşırıqlar üçün vəsait ayıra bilərlər.
Admiral, həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ümumi daxili məhsulunun iki faizini ödəmə hədəfinə çatmayan NATO ölkələrini tənqid etməsini “ədalətli” adlandırıb. O, Donald Trampın Ağ evə qayıdacağından sonra ABŞ-ın alyansdan çıxması məsələsinin müzakirə olunmayacağına ümidini ifadə edərək deyib: “Vaxtilə bu məsələ aktual olsa da, artıq belə deyil”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

