Peruda yüzlərlə quşyeyən hörümçək qaçaqmalçılığının qarşısı alınıb
16.11.2024 [20:51]
Peruda Lima hava limanından qaçaqmalçılıq yolu ilə yüzlərlə quşyeyən hörümçəyi keçirməyə cəhd edən şəxs saxlanılıb. Polisin məlumatına görə, qaçaqmalçı hörümçəkləri Cənubi Koreyaya göndərmək niyyətində olub.
AZƏRTAC xəbər verir ki, son illərdə quşyeyən hörümçəyin qeyri-qanuni ticarəti xeyli artıb, onun ölü nümunələri alıcılar arasında xüsusilə populyardır.
Aydaho Universitetinin tədqiqatçısı Kris Hemiltonun sözlərinə görə, bu böyük hörümçəklərə maraq 2000-ci illərin əvvəllərindən nəzərəçarpacaq dərəcədə artıb və hazırda kolleksiyalarında 100-dən çox müxtəlif növ həşərat olan çoxlu kolleksiyaçılar var.
O, quşyeyən hörümçəyin son dərəcə həssas olduğunu və insanlarla qarşılıqlı əlaqədə asanlıqla zərər verə biləcəyini iddia edir.
Honkonq Universitetinin tədqiqatçısı Alisa Hyusun sözlərinə görə, hörümçək toplamaq hobbisini Pokemon kartlarının toplanması ilə müqayisə etmək olar. Kolleksiyaçılar burada hər növ müxtəlif rəng və formada həşərat əldə etmək istəyirlər.
Bununla belə, hörümçəkləri ev heyvanı kimi saxlamaq onları almaq üçün əsas səbəb kimi görünmür. Sloveniyanın Bioloji İnstitutunun araşdırmasına görə, quşyeyən hörümçəyin qanunsuz ticarətinin 43 faizi ölü buğumayaqlıların payına düşür.
Qaçaqmalçılığın ümumi miqyası məlum deyil, çünki qeydiyyat yalnız nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyaya (CITES) daxil edilmiş və quşyeyən hörümçək növlərinin ümumi sayının cəmi 3 faizini əhatə edən nümunələr üçün tələb olunur.
Ekspertlər bu qeyri-qanuni fəaliyyətin təbii hörümçək populyasiyalarını məhv etdiyini və biomüxtəlifliyə ciddi təhlükə yaratdığını vurğulayırlar.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24

