Sakit okeanda “Böyük tullantı ləkəsi” genişlənir
27.11.2024 [14:40]
“Cleanup Ocean” təşkilatının uzunmüddətli müşahidələri göstərib ki, bölgədə plastik parçaların kütləsi 2015-ci ildə hər kvadrat kilometrə 2,9 kiloqramdan 2022-ci ildə 14,2 kiloqrama qədər artıb. Eyni dövrdə incə hissəciklərin sayı hər kvadrat kilometrə 1 milyondan 10 milyona çatıb. Mikroplastiklərin (0,5-5 millimetr ölçülü hissəciklər), eləcə də orta və böyük plastik fraqmentlərinin böyüməsi xüsusilə nəzərə çarpır; onların sayı müvafiq olaraq 7 və 2,25 dəfə artıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Niderland ekoloqları Sakit okeanda “Böyük tullantı ləkəsi” ərazisində plastik parçaların sayının kəskin artdığını bildiriblər. Son yeddi ildə bu regionda plastikin həcmi təxminən beş dəfə artıb. “Environmental Research Letters” elmi jurnalında dərc edilən araşdırma göstərir ki, yeni tullantıların təxminən 74-96 faizi okean axınları vasitəsilə dünya okeanlarının digər hissələrindən axır.
Alimlərin fikrincə, hər il təxminən 300 milyon ton plastik Dünya okeanına daxil olur ki, onların da əksəriyyəti praktiki olaraq parçalanmır və onilliklər ərzində saxlanılır. Zaman keçdikcə bu tullantılar şimalda 35 və 42-ci enliklər arasında yerləşən “Böyük tullantı ləkəsi” kimi böyük ərazilərə toplanır.
Yeni tullantıların çoxu “ləkə”nin özündə əmələ gəlmir, başqa bölgələrdən gətirilir. Bu, problemin qlobal xarakterini nümayiş etdirir və çirklənmə ilə mübarizə üçün beynəlxalq səylərin zəruriliyini vurğulayır.
“Bu bölgədə plastik fraqmentlərin eksponensial şəkildə artması onilliklər ərzində tullantıların düzgün atılmamasının nəticəsidir. Plastikin yığılması dəniz ekosistemlərinə ciddi ziyan vurur, flora və faunaya təhlükə yaradır. Yalnız indi biz bu ekoloji fəlakətin miqyasını anlamağa başlayırıq”, -deyə “Cleanup Ocean” təşkilatının alimi Loran Lebreton bildirib.
Alimlər qeyd edirlər ki, plastiklərlə çirklənmə ilə mübarizə qlobal səviyyədə hərtərəfli həllər tələb edir, o cümlədən plastik istehsalının azaldılması, təkrar emalın təşviqi və okeanların təmizlənməsi üçün texnologiyaların inkişafı lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

