Gömrük qanunvericiliyi təkmilləşdirilib
23.06.2026 [09:50]
Dəyişikliklər gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsində mühüm rol oynayacaq
Milli Məclis “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsi gömrük qanunvericiliyinin tətbiqi praktikasında ortaya çıxan məsələlərin tənzimlənməsi, gömrük fəaliyyətinin müasir dövrün tələbləri və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, bu sahədə rəqəmsal həllərin tətbiqi, xarici ticarətin asanlaşdırılması, xarici ticarət fəaliyyəti iştirakçılarının hüquqlarının və maraqlarının qorunması məqsədilə, eləcə də Məcəllənin qəbulundan keçən müddət ərzində dünya iqtisadiyyatında baş verən dəyişikliklərin və inkişafın milli qanunvericilikdə əks etdirilməsi zərurəti nəzərə alınmaqla hazırlanıb.
Qeyd edilən prioritetlər nəzərə alınmaqla, Gömrük Məcəlləsinə dəyişikliklər “Normativ hüquqi aktlar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Fərdi məlumatlar haqqında” , “İnzibati icraat haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Qida təhlükəsizliyi haqqında” və digər qanunların müəddəaları ilə uzlaşdırılıb.
İdxal-ixrac əməliyyatlarında yeni tarif və qeyri-tarif tənzimlənməsi
Qanun layihəsi üzrə dəyişiklik və əlavələr gömrük qanunvericiliyinin əksər norma və müddəalarını əhatə edir. Layihənin qəbulu idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasında, Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılmasında, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsində, yükdaşımaların keyfiyyətinin yüksəldilməsində, yüklərin çatdırılma müddətinin azaldılmasında, gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin daha da təkmilləşdirilməsində, gömrük nəzarətinin risk əsasında həyata keçirilməsində, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsində, xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılmasında, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsində mühüm rol oynayacaq.
Qanun layihəsi, həmçinin məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsinə, gömrük nəzarəti və rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisinin aradan qaldırılmasına, ölkənin iqtisadi və milli təhlükəsizliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına, gömrük tənzimləmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimləmə vasitələrinə uyğunlaşdırılmasına və gömrük işi üzrə digər istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcək.
“Birbaşa gömrük təmsilçiliyi”...
Digər bir dəyişiklik institusional çərçivənin təkmilləşdirilməsi və xarici ticarət rejiminin asanlaşdırılması və gömrük qaydalarında optimallaşdırılmasının genişləndirilməsidir. “Birbaşa gömrük təmsilçiliyi” adlı mexanizmə əsasən, birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək. Bu isə xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradacaq. Məlumdur ki, hazırda gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı hesab edilir, fiziki şəxslər üçün məhduddiyyətlər var. Təklif olunan dəyişiklik isə bu sahədə bərabərliyi təmin edir və daşıyıcıya tələbin sadələşdirilməsini, gömrük əməliyyatları aparan daşıyıcıların və fiziki şəxslərin dairəsinin genişləndirilməsini, lisenziyanın ləğvini nəzərdə tutur. Belə ki, daşıyıcı malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər ola bilərlər, müvafiq orqanın fəaliyyəti bu daşıyıcıların siyahılarını nəşr etmək, rəsmi saytda yerləşdirmək və məlumatların daimi yenilənməsini təmin etməkdən ibarət olacaq. Daşıyıcıların siyahısının nəşr edilərək gömrük orqanının rəsmi internet saytında yerləşdirilməsi daşıyıcıları xarici ticarət iştirakçıları üçün əlçatan edəcək, digər tərəfdən isə bu xidməti həyata keçirən şəxslərin uçotu və elektron tarixçəsi formalaşdırılacaq.
Gömrük bəyannaməsi sadələşdiriləcək
İnstitisional islahatların digər bir istiqaməti və biznes üçün xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri bəyannamə sisteminin təkmilləşdirilməsidir. Azərbaycan gömrüyündə bəyannaməçinin, mal sahibinin, səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə tərtib olunan aktın 2 iş günü ərzində təqdim edilməsi nəzərdə tutulur. Bundan başqa, gömrük nəzarətinin formaları olan gömrük baxışı (məqsədləri, aparılma yeri, vaxtı və sair məsələlər tənzimlənməklə) və gömrük yoxlamasının aparılmasının Məcəllə ilə təfsilatlı (92-1 və 92-2-ci madddələr) tənzimlənməsi planlaşdırılır. “Baxış”, “müayinə” və “yoxlama” kimi halların digər qanunvericilik praktikasında ciddi tənzimlənməsi təcrübəsindən irəli gəlir və bu eyni zamanda gömrük orqanlarının bütün fəaliyyətinin hüquqi çərçivəyə salınmasını təmin edir. Eyni zamanda, gömrük auditinin, o cümlədən kameral və səyyar gömrük auditinin aparılmasının xüsusiyyətlərinin tənzimlənməsi, gömrük rəsmiləşdirilməsinin bəyannaməçinin seçimi və gömrük orqanlarının razılığı ilə digər yerlərdə də aparıla bilməsi, gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasının tətbiq edildiyi gömrük əməliyyatlarının dairəsinin genişləndirilməsi, qısa idxal bəyannaməsinin beynəlxalq təcrübəyə uyğun olaraq ləğvi müddətinin tənzimlənməsi də qanun layihəsində nəzərə alınıb.
Borcun bir qismi ödəndiyi halda ümumi borc azaldılacaq
Qanunvericiliyə təklif edilən dəyişikliklərin istiqamətlərindən biri də yoxlama prosedurlarının optimallaşdırılması və gömrük borclarının tənzimlənməsi ilə bağlıdır. Belə ki, biznes subyektləri gömrük borcunun bir qismini ödədiyi halda təminatın mütənasib olaraq azadılması imkanı təmin ediləcək.
İslahatlar çərçivəsində gömrük təmsilçiliyinin yenidən instututlaşdırılması, o cümlədən təmsilçilik imkanlarının liberallaşdırılması çərçivəsində “gömrük brokeri” anlayışı “dolayı gömrük təmsilçiliyi” ilə əvəz edilir. Gömrük brokeri fəaliyyəti lisenziya əsasında həyata keçirilirdisə, “dolayı gömrük təmsilçisi” olmaq üçün müvafiq reyestrə daxil olma şərtdir. “Dolayı gömrük təmsilçisi” reyestrinin gömrük orqanının saytında yerləşdirilməsi xarici ticarət iştirakçılarının bu peşəkar xidmətdən istifadə imkanını artıracaq, bu sahədə xidmətin və rəqabətli mühitin formalaşmasına xidmət edəcək. Birbaşa gömrük təmsilçiliyi fiziki şəxslər tərəfindən təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında həyata keçiriləcək ki, bu da xarici ticarət iştirakçıları üçün əlavə imkanlar yaradır.
Malların gömrük dəyəri manatla bəyan ediləcək
Gömrük qanunvericiliyində nəzərdə tutulan mühüm hədəflərdən biri malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsidir. Gömrük Məcəlləsinə təklif edilən yeni - 220.3-cü maddəyə əsasən, malların gömrük dəyəri Azərbaycan manatı ilə bəyan ediləcək. Belə ki, idxal-ixrac əməliyyatlarında məhsulun dəyərinin xarici valyuta əvəzinə, Azərbaycan Respublikasının milli pul vahidi ilə gömrük bəyannaməsində göstərilməsidir. Bu dəyişiklik daha şəffaf və sadələşdirilmiş hesablanma proseduru yaratmaq məqsədi daşıyır. Eləcə də, hədəf gömrük borclarının hesablanması prosesini asanlaşdırmaq və ödənişlərdə yaranan nöqsanları aradan qaldırmaqdır. Bu tədbirlər həm də gömrük uçotunun təkmilləşdirilməsi və valyuta risklərinin minimuma endirilməsinə xidmət edir.
Beləliklə, dəyişiklikdən sonra malın sövdələşmə qiyməti (faktiki dəyər) və daşınma xərcləri əsasında müəyyən edilən məbləğ milli valyuta ekvivalenti ilə qeyd olunacaq. Statistik dəyər isə beynəlxalq hesablaşmalarda olduğu mexanizmə əsaslanacaq. Yəni, gömrük dəyəri manatla bəyan edilsə də, bəzi statistik göstəricilər ABŞ dolları ilə qeyd oluna bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24

