Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniyada “Darragh” qasırğasından sonra on minlərlə insan işıqsız qalıb

Britaniyada “Darragh” qasırğasından sonra on minlərlə insan işıqsız qalıb

09.12.2024 [22:15]

Böyük Britaniyada “Darragh” qasırğasından sonra on minlərlə insan işıqsız qalıb, İngiltərə və Uelsdə daşqın xəbərdarlıqları davam edir.

AZƏRTAC xəbər verir ki, həftə sonu baş verən qasırğa zamanı ağacların avtomobillərin üzərinə aşması nəticəsində iki nəfər həyatını itirib.

Qasırğa elektrik enerjisinin verilişini məhdudlaşdırıb və nəqliyyatda ciddi problemlərə səbəb olub. Qatar operatorları dəmir yolu şəbəkəsində problemlərin hələ də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. İngiltərə və Uelsdə yağışlı hava səbəbindən ümumilikdə 36 daşqın xəbərdarlığı qüvvədədir. Bununla belə bazar ertəsinin çox hissəsinin quru keçəcəyi gözlənilir.

Böyük Britaniyanın Enerji Şəbəkələri Assosiasiyasının bazar ertəsinə olan məlumata əsasən, təxminən 66 min müştərinin hələ də elektrik enerjisindən məhrum olduğu bildirilib. Uelsin cənub və mərkəzi bölgələrində 31 mindən çox evin elektrik enerjisi yoxdur.

Şimali İrlandiya Elektrik Şəbəkələrinin bazar ertəsi səhər saatlarına olan vəziyyətə əsasən, 1500 ev hələ də işıqsızdır. Bununla belə, güclü küləklərin səbəb olduğu kəsintilərdən sonra 92 mindən çox evə elektrik enerjisinin verilişi bərpa olunub.

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30