Bu gün Almaniya parlamentində federal hökumətə etimad səsverməsi keçiriləcək
16.12.2024 [10:54]
Dekabrın 16-da Almaniya siyasətində bütün diqqət parlamentdə keçiriləcək etimad səsverməsinə yönələcək.
AZƏRTAC xəbər verir ki, günün ikinci yarısında Bundestaqda Kansler Olaf Şoltsun rəhbərlik etdiyi federal hökumətə etimad göstərilməsinə dair məsələ səsverməyə çıxarılacaq. Səsvermədən əvvəl Olaf Solts çıxış edəcək. Digər partiyaların parlamentdəki fraksiyalarının rəhbərlərinin də çıxışları dinlənildikdən sonra müzakirələr aparılacaq və səsvermə keçiriləcək.
Hökumətə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməlidir. Əgər bu, baş verməsə, Federal Prezident Frank-Valter Ştaynmayer parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən gec 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir. Hökumətdə təmsil olunan və müxalifət partiyaları daha əvvəl növbədənkənar seçkilərin fevralın 23-də keçirilməsi barədə razılıq əldə edib.
Xatırladaq ki, Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşıllar Partiyasından ibarət koalision hökumət FDP-nin sədri və maliyyə naziri Xristian Lindnerin iqtisadi durğunluqla mübarizə, dövlət xərcləri və büdcə məsələlərinə dair fikir ayrılığı ilə əlaqədar Kansler Olaf Şolts tərəfindən vəzifəsindən azad olunmasından sonra onun rəhbərlik etdiyi partiya koalisiyadan ayrıldığını elan etmişdi. Bundan sonra lazımi çoxluğu təmin edə bilməyən SPD-Yaşıllar koalisiyası yaranan hökumət böhranını aradan qaldırmaq üçün etimad səsverməsinin keçirilməsini qərara almışdı.
Bu, Almaniya Federativ Respublikasında sayca altıncı etimad səsverməsi olacaq. Bundan əvvəl 1972-ci ilin sentyabrında, 1982-ci ilin fevralında və dekabrında, 2001-ci ilin noyabrında və 2005-ci ilin iyulunda etimad səsvermələri keçirilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

