ABŞ-ın iqtisadi siyasətində radikal dəyişikliklər
10.01.2025 [09:33]
Trampın iqtisadiyyatda fövqəladə vəziyyət elan edəcəyi gözlənilir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müttəfiqləri və rəqibləri üçün ümumi rüsumlara hüquqi əsas yaratmaq məqsədilə ölkə iqtisadiyyatında fövqəladə vəziyyət elan etmək imkanını nəzərdən keçirir. ABŞ-ın media strukturlarının yaydığı məlumatlara görə, Tramp “Beynəlxalq iqtisadiyyatda müstəsna səlahiyyətlər haqqında Qanun”a istinad edərək yeni iqtisadi çərçivə formalaşdırmağı və tarif proqramı tərtib etməyi düşünür.
Qeyd edək ki, iqtisadiyyatda fövqəladə vəziyyət elan edilməsi ölkədəki mövcud maliyyə-iqtisadi siyasətdən imtina etmək, qarşıya qoyulmuş yeni vəzifələri yerinə yetirmək üçün radikal qərarlara əsaslanan inqilabi reformalar mənası daşıyır. Bu, eyni zamanda, biznes və investisiya sektorlarında amnistiya xarakterli dəyişikliklər kimi də qəbul edilir.
Vergilərin azaldılması, investorların iqtisadiyyatda rolunun artırılması
Yeni iqtisadi siyasət çərçivəsində valyuta sabitliyinin dayanıqlılığının təmin edilməsi, sərmayə qoyuluşu və kapital bazarlarının dirçəldilməsi, vergi-gömrük dərəcələrinin yeni əmsallarının müəyyənləşməsi, biznesə vergi stimullarının artırılması, xarici idxalın məhdudlaşdırılması üçün sərt idxal rejimlərinin yaradılması, digər radikal qərarların verilməsi istisna deyil. Bir sözlə, Tramp post-fövqəladə iqtisadiyyat dövrü üçün əsaslı iqtisadi-institusional addımlar atmağı planlaşdırır.
Xatırladaq ki, D.Tramp dövlət kürsüsündə fəaliyyətə başlamasa da, ötən ilin sonlarında Amerikanın iqtisadi hədəfləri haqqında açıqladığı anonslarda bir sıra fundamental iqtisadi-hüquqi, institusional islahatlar aparacağını elan edib. İqtisadi siyasətdə investorların və iri səhmdarların daha münbit və aşağı vergi mühitində fəaliyyətinin təmin olunması ön planda dayanır. Hələ seçki öncəsi Tramp iri korporasiyalar üçün vergilərin azaldılmasının, dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılmasının və ümumilikdə hökumətin azad iqtisadiyyatda tənzimlənmədə rolunun zəiflədilməsinin vacibliyini bəyan edib. Bu iqtisadi siyasət iri korporasiyaların iqtisadi üstün mövqeyinə yol açsa da, məqsəd ölkədə geniş məşğulluq və iş yerlərinin yaradılmasına xidmət edir. Çünki Bayden hakimiyyəti dövründə ABŞ-da işsizlik səviyyəsi kəskin artıb, ölkədə sosial rifah aşağı düşüb. İşsizlik üzrə proqnoz 2024-cü ildə 4 faizdən 4,8 faizə yüksəldilib.
Sərt idxal rejimi və yüksək rüsumların tətbiqi
Amerikanın yeni hökumətinin iqtisadi proqramında daxili bazarın qorunması ən başlıca prioritetlərdən biridir. Bu məqsədlə idxalın məhdudlaşdırılmasına yönəlmiş kurs əsas xəttə çevriləcək. Hazırda ABŞ-nin illik idxalı 3,2 trilyon dollar təşkil edir, Vaşinqtonun yeni rəhbərliyi bu rəqəmin hədsiz böyük olduğunu və tədiyyə balansına ağır təzyiq göstərdiyini gizlətmir. Eyni zamanda, milli kapitalizmin bazar payına təsir göstərir. Bu baxımdan milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasəti gücləndiriləcək, xarici mallara yüksək gömrük tarifləri, bir sıra xarici malların idxalına məhdudiyyətlər və ya qadağalar qoyulacaq, valyuta məhdudiyyətləri, qeyri-tarif maneələri tətbiq ediləcək. İlk növbədə, xarici ticarət iştirakçılarının ölkə bazarında hüdudsuz mövqeyi daralacaq və milli istehsalçıların və investorların təşviqinə imkan yaradılacaq və bu istiqamətdə yeni ticarət rejimi tətbiq olunacaq. İlkin ssenarilərə görə, ABŞ-ın ticari partnyorlarından idxala əlavə 10 faiz gömrük rüsumunun tətbiqi gözlənilir. Amerikanın yeni hökumət komandasının dünyanın iqtisadi nəhənglərindən biri olan Çin mallarına isə 60 faiz rüsum tətbiq edəcəyi fərz olunur. Həmçinin rəsmi Vaşinqton qitədə qonşuları ilə də sərt ticarət rejimlərinin aparılacağını nəzərdən keçirir, Kanada və Meksikadan idxal olunan malların 25 faiz rüsum dərəcəsi ilə yeni idxal nomenklaturasına cəlb edilcəyi gözlənilir. Həmçinin, bu sıraya milli sənayenin və yaxud kənd təsərrüfatının idxalına yardımı, daxili ticarətdə lisenziya sistemin istifadə edilməsinin təmin edilməsini, idxal vergilərinin təyin edilməsini də aid etmək olar. Bir sözlə, ABŞ-ın yeni iqtisadi prioritetlərində proteksionizmin geniş təşviqinin əlamətləri sezilməkdədir.
Bundan başqa, qiymətli kağızlar və səhm bazarının iştirakçıları üçün münbit şərait yaradılması nəzərdə tutulur ki, bu da ABŞ-da kriptovalyuta bazarının daha da böyüməsi, rəqəmsal valyutanın, o cümlədən “Bitcoin”in bahalaşmasını sürətləndirə bilər.
Pul və uçot siyasətində əks addımlar
D.Trampın iqtisadi proqramında pul siyasətində kəskin dəyişikliklər də gözlənilir. Belə ki, 2024-cü ilin ortalarından başlayaraq aşağı uçot dərəcəsi dəhlizinin əks istiqamətdə dəyişdirilməsi istisna olunmur. Qeyd edək ki, Bayden hökuməti uçot dərəcəsini ötən il 2 dəfə azaldaraq 4,5 faiz dərəcəsinə endirib. ABŞ FED-nin bu addımı atmaqda əsas məqsədi aşağı inflyasiya mühitində iqtisadiyyatda müşahidə edilən geriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini daha aşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pul axınlarını, investisiyaları təmin etməkdən ibarət olub. Ancaq Tramp xarici pul axınlarından daha çox, yerli investorların kapitalına üstünlük verdiyindən uçot siyasətində korrektələr mümkündür.
ABŞ prezidentinin radikal iqtisadi siyasətinin xarici tərəfdaş ölkələrə və dünya iqtisadiyyatına təsirləri də istisna deyil. Qlobal investorların və tədarükçülərin Amerika bazarlarından sıxışdırılması ehtimal edilən bu siyasətin gerçəkləşməsi dünyada iqtisadi inkişafın zəifləməsinə və qlobal ÜDM-in azalmasına səbəb ola bilər.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30

