Silinməz iz qoydular...
16.01.2025 [09:50]
Ümumdünya “Bitlz” günüdür
Ötən əsrin 60-cı illərinin ortaları üçün pop-musiqidə vəziyyət artıq köklü surətdə dəyişmişdi. Əgər 1962-ci ildə Amerikanın Top10 siyahılarına düşən 98 mahnıdan yalnız ikisi ingilislərə məxsus idisə, artıq 1964-cü ildə nisbət 68-in 32-yə dəyişirdi... Bu rəqəmlər indi adama çox şey deyir, amma onda musiqi tədqiqatçıları vəziyyətin belə radikal dəyişməsinin nə qədər sürəcəyini heç təxmin edə bilməzdilər. Amma bir şey artıq hamıya bəlli idi: rokda Amerikanın şəriksiz padşahlıq dövrü bitmişdi!
Onda bu çevrilişin səbəbkarları haqda danışan yox idi. Onları ya tanımırdılar, ya da bilərəkdən susurdular. Hamı fakt qarşısında qalmışdı: bir də ayılıb görmüşdülər ki, biznesin o boyda pullar dolaşan bütöv bir sahəsi əldən çıxmaqdadır. Amma kimsə bilmirdi ki, bu çevrilişin memarları konkret kimdir. Cavab isə sadə idi: bunu bir musiqi qrupu - “The Beatles” (“Bitlz”) təkbaşına etmişdi.
Yanvarın 16-sı dünyada “Bitlz” günü kimi qeyd olunur. UNESCO bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsinə 2001-ci ildə qərar verib. Bu tarix təsadüfi seçilməyib. Belə ki, 1957-ci il yanvarın 16-da Böyük Britaniyanın Liverpul şəhərində “Bitlz” qrupunun ilk dəfə çıxış etdiyi “The Cavern” klubunun açılışı olub.
“Beatlemania” fenomeni yarandı
1957-ci ilin mart ayında Con Lennon “Quarry Bank” məktəbindəki dostları ilə birlikdə musiqi qrupu yaratmağı qərara alır. Bir neçə ay sonra Lennonla tanış olan Pol Makkartni yeni yaradılmış qrupa ritm gitaraçısı olaraq qoşulur. Bir il sonra qrupun ifasını dinləmək üçün gələn Polun dostu Corc Harrison da bu qrupun üzvü olur. İlk vaxtlar adi formada səhnə alan qrup bir neçə il sonra “Beatles” adı ilə fəaliyyət göstərməyə başlayır.
Beləliklə, 1962-ci ildə “Beatles”ın hekayəsi başlayır. Brayan Epstaynın menecerliyi ilə qrup may ayında EMI-yə aid “Parlophone” şirkətiylə razılaşır. İlk səs yazısı Corc Martinin prodüserliyi ilə 1962-ci ilin 6 iyun tarixində Londonda şirkətin Abbey Road studiyasında yazılır. Pete Best qrupun ilk barabançı olmasına baxmayaraq, tezliklə onu Rinqo Star əvəz edir. “Love Me Do” adı verilən ilk musiqi diskləri 5 sentyabrda bazara çıxarılır.
İlk albom olan “Please, Please Me” dinləyicilərə bir il sonra təqdim edilir. Bu mahnı İngiltərənin ən önəmli dörd musiqi siyahısında bir nömrə olur. İngiltərəyə ilk səfərləri 1963-cü ilin fevral ayında baş tutan qrup fenomenə çevrilir. Bununla da, “Beatlemania” fenomeni başlayır.
İsadan daha məşhur olduq...
Fevral ayında ilk dəfə ABŞ-a yollanan “Beatles” qrupu iki gün sonra televiziyada “The Ed Sullivan” şousuna çıxır. Bunun ardınca qrupun üzvləri özlərini canlandırdıqları “A Hard Day’s Night” komediya filmində rol alırlar.
1965-ci ilin iyununda Kraliça II Elizabet qrupun bütün üzvlərinə Britaniya İmperatorluğu nişanını təqdim edir. “Beatles”ın ikinci filmi olan “Help!” iyulda efirə verilir. Filmin eyni adı daşıyan albomunda yer alan “Yesterday” mahnısı bu gün hələ də məşhurdur.
Həmin günlərdə “Datebook” (Amerikan jurnalı) Lennonun bu sözlərini paylaşır: “Biz artıq İsadan daha məşhur olduq. Bilmirəm hansı daha əvvəl yox olur, “rock ‘n’roll”, ya xristianlıq? İsa yaxşı idi, amma həvariləri sərsəri və sıradan idi”. Bu sözlərdən sonra ABŞ-da başlayan, digər ölkələrə də yayılan etirazlar baş verir. Buna görə “Beatles”a qarşı nümayişlər hazırlanır, radio musiqilərini qadağan edir, albomları yandırılır.
Son studiya albomları “Let It Be” isə 1970-ci ildə yayımlanır. Elə həmin vaxt bazara çıxan “Let It Be” sənədli filmi eyni il “Ən yaxşı orijinal film musiqisi” altında Oskar mükafatına layiq görülür.
Mətbuata açıqlama
“Beatles” qrupunun dağılması musiqiləri qədər də əfsanə olur. Belə ki, səkkiz illik fəaliyyətdən sonra qrupun solisti Con Lennon 45 il öncə - 20 sentyabr 1969-cu ildə “Beatles”dan ayrılacağını qrupa söyləyir. Bununla bağlı qrupun gitaraçısı Pol Makkartni 10 aprel 1970-ci ildə mətbuata açıqlama verir.
Lennon ayrılma qərarını 12 sentyabr tarixində versə də, qrupun meneceri Alen Kleyn onu səssiz qalması barədə razı salır.
Kleyn qrup üçün “EMİ Capitol” disk şirkəti ilə yeni müqavilə bağlamağa çalışırdı. Elə buna görə də o, Lennonu yola gətirir ki, qrupu tərk etdiyini inkar etsin.
Yeni müqaviləni Lennonun ayrılma qərarını elan etməsindən əvvəl - 20 sentyabr günü imzalayırlar.
Yeni razılaşma “Beatles”a ilk dəfə musiqilərinin necə yayımlanacağı və necə gəlir götürəcəkləri barədə qərar vermə imkanı yaradır. “Beatles”ın fərdi gəliri böyük nisbətdə artır. Qrupa yaranandan bəri ona maddi dəstək olan “Apple” 1976-cı ilə qədər mütəmadi olaraq gəlir əldə edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

