Trampın qərarları...
24.01.2025 [09:32]
İlqar Vəlizadə: Qərarlar Paris İqlim Sazişinin və ÜST-ün təsir gücünün əvvəlki kimi olmayacağını deməyə əsas verir
Donald Tramp prezident səlahiyyətlərinə başladıqdan dərhal sonra ölkəsinin həm daxili, həm də xarici siyasətində ciddi dəyişikliklərə gətirib çıxaracaq bir sıra mühüm sərəncamlar imzalayıb. Trampın ilkin qərarları qlobal medianın əsas gündəminə çevrilib - bunun ABŞ-da və dünyada hansı nəticələr doğuracağı ilə bağlı fikir mübadilələri aparılır. Trampın qərarları arasında diqqəti ən çox cəlb edən məsələlər əsasən ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının üzvlüyündən və Paris İqlim Sazişindən çıxmasıdır. Hər kəsə aydındır ki, istər Barak Obama, istərsə də Co Bayden administrasiyası dövründə ABŞ Paris İqlim sazişinin hazırlanmasında öz təşəbbüslərini irəli sürüb və sazişin qlobal səviyyədə icra olunmasında mühüm rol oynayıb.
Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının “COVİD 19” pandemiyası başladıqdan bəri bir çox qərarlarının qəbul olunmasında ABŞ-ın nümayəndələrinin də rolu olub.
Maraqlıdır, Trampın atdığı bu addımlar hansı zərurətdən irəli gəlib? Eyni zamanda, düşündürücüdür ki, verilən sərəncamlar ABŞ-a, o cümlədən qlobal dünyaya hansı formalarda təsir göstərəcək?
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə açıqlamasında qeyd edib ki, Tramp bu qərarları imzalamaqla həm də seçkiqabağı kampaniyası dövründə səsləndirdiyi vədlərini bir-bir icra etməyə başlayır. “Donald Tramp prezident seçkiləri ərəfəsində ABŞ-ı həm Paris İqlim sazişindən, həm də Ümumdünya Səhiyyə Təşkilatının üzvlüyündən çıxaracağı ilə bağlı bəyanatlar səsləndirirdi. Demək olar ki, bu iki məsələ Trampın seçki kampaniyasında prioritet məsələlər siyahısına daxil idi. İndi isə öz səlahiyyətlərinin icrasına başladıqdan sonra vədlərinə əməl etməyə başlayıb”.
Tramp üçün iqtisadi maraqlar daha üstündür
İlqar Vəlizadə vurğulayıb ki, Tramp bir neçə səbəbə görə sabiq prezident Co Baydenin Paris İqlim sazişi ilə bağlı qərarlarını ləğv edib. “Paris İqlim sazişinin müddəalarına əsasən, bu sazişə imza atan neft-qaz ölkələri üzərinə müəyyən öhdəliklər götürür. Öhdəliklər isə bundan ibarətdir ki, neft-qaz istehsalının həcmi azalmalı, neft və təbii qazdan yaranan zərərli emissiyaların havaya buraxılması məhdudlaşmalıdır. Təbii ki, bu da öz növbəsində həmin ölkələrin iqtisadiyyatına təsir göstərir. Artıq bəzi ölkələr bundan ziyan görməyə başlayıb. Trampı isə daha çox öz ölkəsinin iqtisadiyyatının möhkəmlənməsi maraqlandırır. Yeni prezident ABŞ-ın ənənəvi avtomobil istehsalını daha da gücləndirmək, ölkəsinin neft və qaz ehtiyatlarını istismar etmək, enerji ehtiyatlarını dünya bazarına daha böyük həcmdə çıxarmaq və satmaq istəyir. Trampın iqtisadi hədəflərində bu, ilkin prioritetə çevrilib - ABŞ -ın yenidən beynəlxalq iqtisadi gücə çevrilməsi onun üçün daha əhəmiyyətlidir”, - deyən İ.Vəlizadə bildirib ki, Paris İqlim Sazişinin müddəaları isə Trampın planlarının icra olunmasına ciddi əngəl yaradır: “Ona görə də Tramp hakimiyyətinin ilk günündə belə bir qərara imza atdı”.
Ümumdünya Səhiyyə Təşkilatı qeyri-bərabərlikdə günahlandırılır
Politoloq bildirib ki, Tramp ÜST-ə hər il 500 milyon dollar ödəmək istəmir: “Amerikanın əhalisi Hindistan və Çinə nisbətən o qədər də çox deyil. Bir milyardan çox əhalisi olan Çin Ümumdünya Səhiyyə Təşkilatına hər il 36 milyon üzvlük haqqı ödəyir. Tramp isə bunu qeyri-məqbul hesab edir. Eyni zamanda, Tramp birinci prezidentliyi dövründə ÜST-ün “COVİD-19”- qarşı vaksinasiya siyasətinə qarşı çıxırdı. Trampın və ÜST-üç bu məsələdə maraqları ciddi şəkildə toqquşurdu”.
Politoloqun sözlərinə görə, ABŞ prezidentinin son qərarları nəticə etibarı ilə Paris İqlim Sazişinin və ÜST-ün təsir gücünün əvvəlki kimi olmayacağını deməyə əsas verir. “ÜST-ün büdcəsi xeyli dərəcədə azalacaq. Eyni zamanda təşkilatın dünyanın müxtəlif ölkələrində daha böyük layihələr həyata keçirmək imkanları məhdudlaşacaq. Paris İqlim sazişi isə öz beynəlxalq əhəmiyyətini itirəcək. Bu da qlobal dünyada iqlim dəyişikliklərinə mənfi təsir göstərəcək”.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44

