Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə 14-cü humanitar yardım gəmisini Fələstinə göndərib

Türkiyə 14-cü humanitar yardım gəmisini Fələstinə göndərib

28.01.2025 [14:54]

Fələstin sakinləri üçün 871 ton humanitar yardım daşıyan daha bir gəmi Türkiyənin Mersin limanından yola düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 28-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 10 460 çadır, 14 350 adyal, 20 duş-tualet və 300 generator daxildir. Bütün yardımlar Qəzza zolağının sakinləri arasında bölüşdürüləcək.

“Türk xalqı ehtiyacı olan hər kəsə hər cür yardım göstərməyə davam edəcək. Biz Fələstindəki qardaşlarımızın yanındayıq” -deyə Yerlikaya yazıb.

Nazir Fələstinə yola salınan gəminin fotolarını da paylaşıb.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30