Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Hədəflər reallığa çevrilir

Hədəflər reallığa çevrilir

08.09.2026 [16:36]

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının X hesabat konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsidir. Partiyanın ideoloji xəttində milli maraqlar daim üstün tutulur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə son illərdə ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi və sosial islahatlar modeli qlobal arenada təqdir edilir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək bildirib ki, Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqlara uyğun olaraq qarşıdakı hədəflərə nail olmaq üçün böyük potensiala malikdir.

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır və partiyanın qarşıya qoyduğu məqsədlər ölkənin davamlı inkişafına xidmət edir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərində qazanılmış tarixi zəfərlərdən sonra Azərbaycan yeni tarixi mərhələyə qədəm qoyub. O vurğulayıb ki, postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıda duran mühüm hədəflərdəndir.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxışında Yeni Azərbaycan Partiyasının cəmiyyətin ictimai-siyasi həyatında mühüm rolundan danışıb. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi mühüm nailiyyətləri vurğulayıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Azərbaycan dövlətçiliyinin formalaşmasında, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olmasında, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolundan bəhs edib. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlər qazanıb, bütün hədəflər reallığa çevrilir.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrilib. O, “Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya hər zaman xalqın etimadını doğruldub”, - deyə qeyd edib.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov qeyd edib ki, partiya üzvləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək dövlət siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfələr verirlər.

Konfransda YAP Gəncə şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30