Panama kanalı uğrunda mübarizə şiddətlənir
04.02.2025 [10:12]
“Yol” mübahisəsi müharibəyə çevriləcəkmi?
ABŞ-ın Panama kanalı ilə bağlı mövqeyi intensiv xarakter almaqdadır - Tramp administrasiyası kanala nəzarət etmək üçün ciddi addımlar atmağa hazırlaşır. Fevralın 2-də ABŞ Dövlət katibi Marko Rubio Panamaya rəsmi səfər edib - səfər zamanı dövlət katibinin Panama prezidenti ilə görüşü təşkil olunub. Dövlət Departamentinin məlumatına görə, Marko Rubio Prezident Xose Raul Mulinonun diqqətinə çatdırıb ki, Donald Tramp Çinin regionda artan təsirindən narahatdır və Panama kanalı ilə bağlı status-kvonu saxlamaq istəmir və əgər dəyişikliklər baş verməyəcəyi təqdirdə ABŞ öz hüquqlarını qorumaq üçün tədbirlər görməyə məcbur qalacaq.
M.Rubionun prezident Xose Raul ilə görüşündən sonra Latın Amerikası ölkəsinin hökuməti Çinin Bir kəmər, bir yol” təşəbbüsünə yönələn Pekin ilə imzaladığı anlaşma memorandumunun vaxtını uzatmayacağını bəyan edib. Eyni zamanda Panama Çinlə kanalda həyata keçirilməsi nəzərdə tutulan bir neçə layihəni dayandıracaq. Bununla, Panama tərəfi Çin hərbi gəmilərinin kanaldan keçidi ilə bağlı ABŞ-ın narahatlıqlarını tam olaraq nəzərə alacaq.
Bir sıra ekspertlər iddia edirlər ki, Panama kanalı ətrafında baş verənlər qısa zamanda “çat” verəcək - başqa sözlə, Çin-ABŞ qarşıdurması artıq fərqli müstəvilərə transfer olunmaqdadır. Hətta Tramp administrasiyasının bu cür yollara əl atmaqla Çini müharibəyə cəlb etmək istədiyini belə düşünənlər var. Bu mənada perspektivdə nəyin baş verə biləcəyi indidən maraq doğurur. Bu mübarizənin nələrə yol aça biləcəyinə gəldikdə isə...
Mübarizə güclənsə də...
Politoloq Zaur Məmmədov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, yaxın zamanda ABŞ ilə Çin arasında geosiyasi və geoiqtisadi mübarizə daha da güclənəcək, amma müharibənin baş verməsi inandırıcı görünmür. “ABŞ ilə Çin arasında Panama kanalı və digər geostrateji hədəflər uğrunda Üçüncü Dünya müharibəsi və ya hər hansı müharibənin baş verəcəyi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. İki böyük və nəhəng ölkə dünyanı məhvə aparacaq təhlükəyə getməyəcək. Bəli, Vaşinqton və Pekin arasında Panama kanalı üzərindən ziddiyyətlər getdikcə güclənir. Tramp administrasiyası xüsusi strateji əhəmiyyətə malik olan bu kanal vasitəsilə Çinə təzyiqləri artırmaq niyyətindədir”.
ABŞ niyə narahatdır?
“Əgər Panama kanalının tarixinə nəzər yetirsək, bu kanalın Çin üçün də xüsusi əhəmiyyət kəsb etdiyini görə bilərik. 1997-ci ildən başlayaraq, Pekinin Panama kanalına marağı artıb və kanala çıxış əldə etmək üçün öz hədəflərini ortaya qoyub. Nəticə etibarı ilə kanalda logistik fəaliyyətlə bağlı bir çox tenderlərdə Çin şirkətləri qalib gəlib. Bir məqamı da qeyd edim ki, Panamanın iki limanı Çin tərəfindən idarə olunur. Çin şirkətləri təkcə Panamada deyil, həmçinin digər Latın Amerikası ölkələrində də nəqliyyat-kommunikasiya xətlərinin qurulmasına milyardlarla investisiya yatırıb,”- deyə Z.Məmmədov bildirib.
ABŞ istənilən yolla kanala nəzarəti bərpa edə bilər
“Vaşinqtonun bu kanala hərbi müdaxilə olmadan nəzarət etməsi üçün kifayət qədər imkanları var,” - deyə Z.Məmmədov vurğulayıb. O bildirib ki, Trampın birinci prezidentlik dövründə də Panamaya təzyiqlər olunurdu: “Bu siyasət ilə müəyyən müsbət nəticələr əldə olunmuşdu. Panama Çinlə əlaqələri bir qədər məhdudlaşdırdı və Vaşinqtonun təzyiqlərinə boyun əyməyə məcbur oldu. İkinci hakimiyyəti dövründə də Tramp Panama kanalına diqqət ayıracaq. Əgər dövlət katibi Marko Rubionun səfərindən sonra Panama Çinlə imzaladığı anlaşma memorandumundan imtina edirsə, bu onu göstərir ki, Tramp administrasiyası kanalın Çinin nəzarətinə keçməsinə imkan verməyəcək”.
ABŞ Çinə qarşı...
“Panama kanalından sonra növbəti mərhələdə Süveyş kanalı diqqət mərkəzində olacaq. Eyni zamanda onu da qeyd edim ki, əgər mümkün olacaqsa, Trampın Cənubi Qafqazdakı kommunikasiya xətlərinə diqqət ayıracağı istisna deyil”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

