İnsan haqqında elm...
27.02.2025 [08:13]
Dünya Antropologiya Günüdür
Hansısa elmi müddəanı qəbul və ya təkzib etmək üçün həqiqi məlumatlar olmalıdır. Belə məlumatlara yiyələnmək üçün isə müxtəlif elm sahələrinə müraciət etmək olar. Lakin bəşər tarixinin öyrənilməsində əvəzsiz rola malik elmlərin içində antropologiyanı xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, antropologiya insanları, onların mədəniyyətini və təkamülünü öyrənən sahədir.
Bu gün antropologiya hər bir ölkədə mühüm əhəmiyyət kəsb edir. Çünki antropologiya təkcə qədim cəmiyyətlərin öyrənilməsi deyil, həm də mövcud ictimai formasiyalarla çox bağlıdır. Antropologiya sözü yunan mənşəli olub, hərfi mənası “insan haqqında elm” deməkdir. Termini ilk dəfə işlətmiş Aristotel bu söz altında daha çox insanın ruhi təbiətinin öyrənilməsini nəzərdə tuturdu.
Antropologiya zamanla böyüyüb, inkişaf etməli idi. Bunun üçün onun elmi “qidaya”, fədakar, qorxmaz alimlərin tədqiqatlarına ehtiyacı vardı. Ekspedisiya və arxeoloji qazıntılardan, dəqiq elmlərin tətbiqi ilə aparılan ölçmələrdən gələn biliklərlə zənginləşmə labüd idi. Bir sözlə Antropologiya artıq fəlsəfi söhbətlər, disputlar səviyyəsinə sığışmırdı. Burada insanın cismani, eləcə də orqanlarının quruluşunu dəqiq bilən, yəni onları təkcə təsvir edən deyil, həm də səbəb-nəticə əlaqələrini izah etmək iqtidarında olan alimlərə ehtiyac vardı. Anatomlar bu işin öhdəsindən layiqincə gələrək müasir antropologiyanın özəyini yarada bildilər.
Antropologiya insanın əmələ gəlməsində tarixi-ictimai amillərin əsas rol oynadığı üçün humanitar elmlərlə sıx əlaqədardır. İnsan morfologiyası, antropogenez və irqşünaslıq kimi əsas bölmələrdən ibarətdir. Xarici ölkələrdə etnoqrafiya və arxeologiya da antropologiyaya aid edilir.
2015-ci ildən bəri...
Yeri gəlmişkən, bu gün Dünya Antropologiya Günü kimi qeyd olunur. 2015-ci ildə Amerika Antropologiya Assosiasiyası tərəfindən təsis olunan bu gündə antropoloqlar və antropologiya təşkilatları tərəfindən müxtəlif tədbirlər, mühazirələr, seminarlar və sosial media kampaniyaları keçirilir. Bunların vasitəsilə bütün dünyada antropoloqlara, tələbələrə, pedaqoqlara və həvəskarlara antopologiyanın əhəmiyyəti vurğulanır. Eyni zamanda, müasir qlobal çağırışların həllində, mədəni müxtəlifliyin təşviqində və mədəniyyətlərarası anlaşmanın təşviqində antropologiyanın aktuallığı diqqətə çatdırılır.
Antropoloqlar fərqli insan həyat tərzlərini bacardıqca öyrənmək istəyirlər. Tanımaq istədikləri bu insanlar onlarla eyni cəmiyyətin üzvləri və ya fərqli bir qitə, şəhər, rayon ya da kəndlərdə yaşayırlar. Hazırda ABŞ, Almaniya, İngiltərə, İtaliya və digər ölkələrdə antropologiya üzrə elmi müəssisələr, təşkilat və kurslar fəaliyyət göstərir. Bu sahəyə dair tədris proqramları, monoqrafiyalar, elmi toplular hazırlanır.
Antropologiyanın metodları...
Antropologiya metodu kimi antropometriyanı göstərmək olar. Antropometriya sözünün mənası “antropos”- insan, “metriya- ölçmə” deməkdir. Antropometriya - antropologiyanın tədqiqat üsuludur. Müxtəlif xalqları quruluşca müqayisə etmək və qədim insanların xarici görünüşü haqqında təsəvvür yaratmağa imkan verən obyektiv üsuldur. Antropometriya - (bədənin ölçülməsi), osteometriya (bədən sümüklərinin ölçülməsi) və kraniometriyadan (kəllənin ölçülməsi) ibarətdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

