“Star” qəzeti: Fransa və bir sıra digər ölkələr Ermənistanda revanşist ruhiyyəni gücləndirir
12.04.2025 [17:46]
Dünya birliyi regiondakı vəziyyətə daha çox diqqət ayırmaqla və qərəzdən imtina etməklə Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə türkiyəli ekspert Mehmet Yahya Çiçeklinin “Star” qəzetində dərc olunan Bakı ilə İrəvan arasında sülh perspektivlərini təhlil etdiyi məqaləsində qeyd olunur.
Şərhçi vurğulayır ki, Azərbaycanla sülh sazişinin imzalanmasından ilk növbədə Ermənistan özü faydalanacaq, bununla da Bakı və Ankara ilə münasibətləri normallaşdıraraq, bütün qonşu dövlətlərlə sabit əlaqələri təmin edə biləcək.
Lakin müəllifin fikrincə, Ermənistanda sağlam düşüncənin tərəfdarları ambisiyalı şovinist qüvvələrə qarşı üstünlük qazana bilmir: “Gizli deyil ki, Ermənistandakı radikal dairələrdə və ümumiyyətlə erməni diasporları arasında üçüncü Qarabağ müharibəsinə hazırlıq və bununla bağlı beynəlxalq rəyi formalaşdırmaq ideyası getdikcə geniş yayılır. Regionda etimad mühitinin yaradılmasına əsas maneələrdən biri də Ermənistanın daxili siyasi qüvvələrinin təzyiqləridir”.
Onun sözlərinə görə, Ermənistanın sosial-iqtisadi göstəriciləri və əhalisinin sayını nəzərə alaraq, qonşu Azərbaycana qarşı tab gətirə bilməyəcəyi tam aydın olsa da, bu ölkə silah alışını davam etdirir və bununla da regionda sülh və sabitlik perspektivlərini təhlükə altına atır.
Ekspert qeyd edir ki, İrəvana müdafiə sahəsində dəstək göstərən bəzi dövlətlər Ermənistanda revanşist ruhiyyəsinin artmasına şərait yaradır. O, Fransanın bu məsələdə “etikadan uzaq” mövqeyini xüsusi vurğulayır. Çiçekli yazır ki, Fransa Azərbaycanın ərazi bütövlüyü faktını qeyd-şərtsiz qəbul etmək istəmir və bununla da Ermənistan tərəfini Bakı ilə razılaşmaları uzatmağa təhrik edir: “Əslində, “təhrik etmək” sözü Fransanın və digər ölkələrin niyyətini tam əks etdirmir. Daha doğru desək, burada İrəvanın açıq şəkildə təxribatlara çəkilməsindən söhbət gedir”.
O, Parisin erməni diasporunun əlində oyuncağa çevrildiyini bildirib.
Məqalənin müəllifi, həmçinin Azərbaycanın Ermənistan konstitusiyasının preambulasının dəyişdirilməsi tələbinə də diqqət çəkir. Belə ki, orada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olunur.
“Bakı ərazi iddialarını özündə ehtiva edən bir sənədin qəbuledilməz olduğunu açıq şəkildə vurğulayır”, - deyə o qeyd edib.
Məqalədə, həmçinin digər mühüm məsələlərin, o cümlədən, Azərbaycanın eksklavlarının Bakıya qaytarılması, Qərbi Azərbaycan əhalisinin tarixi torpaqlarına qayıdışı və Zəngəzur dəhlizinin açılması mövzularının da aktuallığı qeyd olunur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

