Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var

Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var

17.04.2025 [17:56]

Astanada şəhər kafelərindən birində yemək qəbulundan sonra bağırsaq infeksiyasına kütləvi yoluxma halı qeydə alınıb.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, zərərçəkənlərin sayı 20 nəfər təşkil edir, onlardan 11-i uşaqdır. Faktla bağlı ictimai iaşə obyektində araşdırma başlanıb.

“Qida məhsulundan nümunə laboratoriyaya göndərilib, ətraf mühitdən nümunələr götürülüb, şəxsi heyət müayinədən keçirilib. Araşdırma və epidemiya əleyhinə tədbirlər davam etdirilir”, – deyə Astana şəhərinin Sanitar-Epidemioloji Nəzarət Departamentinin sədr müavini Janna Praliyeva bildirib.

Həmçinin hadisə ilə bağlı polis idarəsi tərəfindən ilkin istintaqa başlanılıb.

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30