Dopamin maddəsi qorxunun unudulmasında açar rolu oynayır - TƏDQİQAT
29.04.2025 [09:16]
Massaçusets Texnologiya Universitetinin nevroloqlarının yeni tədqiqatı göstərir ki, qorxunun unudulması prosesi dopamin adlı kimyəvi maddə ilə bağlıdır. Siçanlar üzərində aparılan araşdırmada məlum olub ki, təhlükə keçəndə beyin xüsusi siqnallar göndərir və bu siqnallar dopamin vasitəsilə qorxunun azaldılmasını və sakitliyin bərpasını təmin edir.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, qorxunun öyrənilməsi və onun unudulması beyindəki xüsusi hissədə baş verir: qorxu yaddaşı, təhlükəli bir təcrübədən sonra “Rspo2” neyronları tərəfindən kodlaşdırılır. Təhlükə keçdikdən sonra yeni bir yaddaş - qorxunun yox olması - “Ppp1r1b” neyronları tərəfindən formalaşdırılır. Bu yeni yaddaşın formalaşması dopamin sintezi ilə izah edilir. Ona görə də insanlar təhlükənin keçdiyini anladıqda rahatlıq və xoşbəxtlik hiss edirlər.
Tədqiqatın detallarına əsasən, dopamin beyindəki “Ventral Tegmental Area” (VTA) adlı zonadan neyronlara ötürülür. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, təhlükə gözlənilən anda dopamin “Rspo2” neyronlarında aktiv olur, təhlükə keçdikdə isə dopamin Ppp1r1b neyronlarında daha çox fəaliyyət göstərir. Dopamin siqnalı nə qədər güclü olarsa, siçanlar qorxularını bir o qədər tez unudur.
Əlavə təcrübələrə əsasən, tədqiqatçılar optogenetika texnologiyasından istifadə edərək, dopamin siqnallarını idarə etdilər: dopamin siqnalını artırdıqda qorxunun daha tez unudulduğu, azaltdıqda isə qorxunun davam etdiyi müşahidə olundu. Dopamin reseptorlarının (xüsusilə D1 reseptorları) neyronlarda aktivləşdirilməsi qorxunun yox olmasına səbəb oldu.
Bu nəticələr göstərir ki, qorxunun unudulması təsadüfi bir proses deyil, əksinə, beyindəki mükafatlandırma mexanizmləri tərəfindən dəstəklənən aktiv əməliyyatdır. Araşdırma travma sonrası stress pozuntusu (TSSB) və digər qorxu əsaslı psixi problemlərin müalicəsi üçün yeni imkanlar aça bilər.
Bu tədqiqat dopamin və onun beynin qorxu ilə bağlı dövrlərindəki rolu barədə daha dərin məlumat əldə etməyə və gələcəkdə daha effektiv psixoloji müalicə üsullarının hazırlanmasına kömək edə bilər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

