Media: Marko Rubio Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
23.05.2025 [22:32]
ABŞ Dövlət katibi Marko Rubio Rusiyaya qarşı respublikaçı senator Lindsi Qremin irəli sürdüyü yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsinin tərəfdarıdır.
AZƏRTAC xəbər verir ki, “New Lines” jurnalı bu barədə ABŞ Dövlət Departamentinə yaxın olan mənbəyə istinadla məlumat yayıb.
“Marko Rubio, demək olar ki, hər gün sanksiyalar məsələsini gündəmə gətirir. O, Senatda veto üçün çoxluğa malik Lindsi Qremin təklif etdiyi qanun layihəsinin qəbul olunmasına çalışır. Qanun layihəsi təsdiq olunacağı təqdirdə Moskva ilə münasibətlərin bərpası cəhdlərinə son qoyacaq”, - deyə nəşrin həmsöhbəti bildirib. O, həmçinin ABŞ Prezidenti Donald Trampın qanun layihəsinin əleyhinə olduğunu vurğulayıb.
Aprelin əvvəlində hər iki partiyadan olan 50 amerikalı senator Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı təkliflərinin Moskva tərəfindən rədd ediləcəyi təqdirdə Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı ilkin və ikinci dərəcəli sanksiyaların qəbulu haqqında qanun layihəsi təqdim edib. Lindsi Qrem və Riçard Blumental tərəfindən təqdim edilən sənəd, həmçinin Rusiyadan neft, qaz və uran alan ölkələrin mallarına da 500 faizlik idxal rüsumunu nəzərdə tutur.
Bir müddət öncə “Axios” portalında dərc olunan məlumata görə, Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Avropa ölkələrinin liderlərinə və Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə hələlik Moskvaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olmadığını deyib.
Xatırladaq ki, mayın 19-da ABŞ və Rusiya prezidentləri arasında iki saatdan çox davam edən telefon danışığı baş tutub. Bu, Donald Trampla Vladimir Putin arasında ilin əvvəlindən bəri üçüncü telefon danışığıdır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

