Britaniyalı rəssamın itmiş tablosu 150 ildən sonra tapılıb
07.06.2025 [12:38]
Dünyaca məşhur britaniyalı rəssam Jozef Mallord Uilyam Törnerin ilk dəfə sərgilənmiş yağlı boya tablosu “The Rising Squall” 150 ildən sonra tapılıb və hərraca çıxarılacaq.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tabloda Bristol şəhərindəki keçmiş isti su bulağı və kurort məkanının dramatik mənzərəsi, Avon çayının şərq sahilindən baxış bucağı ilə təsvir olunub. Bu mənzərə Klifton asma körpüsünün inşasından əvvəlki dövrə aiddir. Əsər illər ərzində dünyanın müxtəlif yerlərində sərgilənib və yenidən Birləşmiş Krallığa qayıdıb, lakin bir əsrdən çox müddətdə Törnerin əsəri kimi tanınmayıb. Yalnız ötən il təmizləmə işləri zamanı müəllifin imzası üzə çıxıb.
Əsər 28 iyun - 1 iyul tarixlərində Londonda yerləşən “Sotheby’s” hərrac evində ictimai sərgidə nümayiş etdiriləcək və daha sonra təxminən 300 min funt sterlinq dəyərində hərraca çıxarılacaq.
“Sotheby’s” mütəxəssisi Culian Qaskoyn bildirib ki, bu tablo rəssamın erkən üslubuna dair çox maraqlı və maarifləndirici baxış təqdim edir. Onun sözlərinə görə, bu əsər su ilə boya texnikasında məşhur olan Törnerin gənc yaşlarında yağlı boya ilə eksperimentlərinə və istedadına işarə edir.
Tablo 1793-cü ildə Törnerin 18 yaşı tamam olduqdan üç gün sonra Kral Akademiyasında sərgilənib. Əsəri rəssamın atasının bərbərxanasının müştərisi olan Robert Nikson adlı ruhani alıb. Onun ölümündən sonra tablo oğluna keçib və sonuncu dəfə 1858-ci ildə Avstraliyanın Tasmaniya ştatında sərgiləndikdən sonra unudulub.
Xəbər lenti
Hamısına baxGündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12

