Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtalyan mafiya başçısı Kolumbiyada beynəlxalq əməliyyat çərçivəsində yaxalanıb

İtalyan mafiya başçısı Kolumbiyada beynəlxalq əməliyyat çərçivəsində yaxalanıb

13.07.2025 [10:47]

Kolumbiyanın paytaxtı Boqotada beynəlxalq əməliyyat nəticəsində Latın Amerikasında fəaliyyət göstərən məşhur italyan mafiyası "Ndrangheta"nın lideri Cüzeppe Palermon (Pepo) həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro X sosial şəbəkəsində məlumat verib.

Dövlət başçısı əməliyyatın Böyük Britaniya, İtaliya və Avropolun əməkdaşlığı ilə həyata keçirildiyini qeyd edib. O, Palermonun 196 ölkədə axtarıldığını və onun əsasən Kolumbiya, Ekvador və Peru kimi ölkələrdən narkotik maddələri Avropaya daşımaqla məşğul olduğunu bildirib.

Palermonun yanında daha 21 nəfər mütəşəkkil cinayətkar da həbs edilib. Bu əməliyyat beynəlxalq hüquq-mühafizə orqanlarının narkotik ticarətinə qarşı apardığı mübarizənin daha bir uğurlu addımıdır.

Paylaş:
Baxılıb: 355 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30