Təbiətin qanunlarını pozmaq olma
10.06.2026 [08:51]
Hansı təhlükələri var?
Mövsümsüz meyvələr süfrəmizdə...
Qarpız və yemiş yay mövsümünün əsas və sevilən giləmeyvələri hesab olunur. Azərbaycanda qarpızın təbii şəkildə yetişməsi əsasən yay fəslinin sonlarına, xüsusilə avqust ayına təsadüf edir. Lakin iqlim şəraitinin daha isti olduğu bəzi qonşu ölkələrdə bu giləmeyvələr daha erkən yetişdiyi üçün bazarlara da tez çıxarılır.
Ölkəmizdə qarpız satışının canlanması adətən iyun ayında müşahidə olunur. Hətta mütəxəssislər iyunda yeyilən qarpızın belə insan səhhəti üçün zərərli olduğunu bildirirdilər. Bununla belə, vaxtından əvvəl yetişdirilən qarpızların istehlakının sağlamlıq üçün arzuolunmaz nəticələr yarada biləcəyi dəfələrlə vurğulanıb. Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu il bazarlarda qarpızlara daha erkən rast gəlinir.
Bundan əlavə, aprel ayından çiyələk, alça, mayda gilas, gilənar kimi giləmeyvələr də satışa çıxarılıb. Baxmayaraq ki, bu meyvələrin hərəsinin öz mövsümü olmalıdır. Mütəxəssislər də hər meyvənin öz mövsümündə yeyilməsini məsləhət görür və vaxtından tez bazara çıxarılan meyvələrin kimyəvi dərmanlardan istifadə edilərək tez yetişdirildiyini bildirirlər. Bunun da insan orqanizminə ziyanlı olduğu danılmazdır.
Hibrid qarpızlar
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, xaricdən idxal olunan qarpızlar hibrid qarpızlardır. Çünki, vaxtından tez yetişir: “Azərbaycanda qarpız sezonu avqustun axırı və ya sentyabr ayının əvvəlləridir. Lakin, xaricdə hibrid toxumları çox yayıldığı üçün vaxtından əvvəl satılan qarpızlar yerli deyil. Artıq Azərbaycanda da hibrid toxumlarının satışına başlanılıb. Təəssüflər olsun ki, bunu tərifləyən mütəxəssislər də var. Təbiətin qanunlarını heç vaxt pozmaq olmaz. Əgər təbiət bu qarpızı avqust və ya sentyabrda iqlim şəraitinə görə yetişdirirsə, deməli o vaxtda da yemək lazımdır. Məsələn, İran bizdən isti ölkə olduğu üçün orada iyunda qarpız yetişə bilər. Amma bu o demək deyil ki, biz onu vaxtından əvvəl yeməliyik. Kənardan gələn meyvə-tərəvəzin bizə heç bir faydası yoxdur. Çünki bunlar bizim genetik kodlarımıza daxil deyil. Yəni, genetik kodlara piqmentlər daxildir. Bir sözlə, mövsümündə yeyilməyən meyvənin heç bir faydası yoxdur”.
Zəhərlənmə riski yüksəkdir...
Ekspertin sözlərinə görə, hazırda satışda olan qarpızlara gübrənin nə qədər vurulduğunu bilmirik: “Əgər hibrid toxumdursa, gübrədən geniş istifadə olunur. Bu da qarpızın nitrat səviyyəsinin yüksək olduğunun göstəricisidir ki, insanlarda zəhərlənmə yaradır. Yəni, immun sistemi zəif olan adam həmin o qarpızdan yesə, zəhərlənmə riski daha yüksəkdir. Ümumiyyətlə, bu işbazlara da yer verən biz özümüzük. Onlara yol açırıq ki, gəlin bunu satın alacağıq. Parnikdə bitən tərəvəzin insana nə xeyri ola bilər ki? Gübrədən geniş istifadə olunduğuna görə, zəhərlənmə halları çox olur. Riskli qidalar yalnız ət mənşəli olmur. Meyvə-tərəvəz də riskli qida qrupuna daxildir”.
M.Hüseynovanın sözlərinə görə, insanlar bilməlidir ki, nitrat və kimyəvi gübrələr insan orqanizmini zəhərləyə bilir. Bu cür vasitələrdən yalnız çox az doza ilə istifadə etmək olar: “Lakin ölkəmizdə həm nitratdan, həm də kimyəvi gübrələrdən normadan artıq istifadə olunur. Ona görə də alıcılara tövsiyə edirəm ki, mümkün qədər bu cür mövsümü olmayan məhsullardan istifadə etməsinlər”.
Satıcılara aldanmayın...
Mövsümdən öncə yeyilən qarpızın tərkibindəki maddələrin zəhərləməyə səbəb olduğunu söyləyən ekspert bildirdi ki, xüsusilə həssas yaş qrupundan olan insanlar, yəni uşaqlar, yaşlı, xroniki xəstəliyi olan insanlar, hamilə qadınlar üçün daha təhlükəlidir: “Əgər bu məhsul hansısa bir qida növü ilə qəbul edilərsə, immun sistemi aşağı olan şəxslərdə həmin qidaların bir-biri ilə təsiri nəticəsində zəhərlənmə baş verir. Bu baxımdan da qarpızları mövsümdən əvvəl yemək məsləhət görülmür. Hətta bir çox hallarda satıcılar məhsulun isti ölkələrdən gətirildiyi üçün heç bir zəhərlənməyə səbəb olmayacağını deyirlər. Amma onlara aldanmaq olmaz”.
Hansı məqamlara diqqət etməliyik?
Mütəxəssis bildirib ki, həmçinin mövsümündə bitən qarpızı seçmək üçün bəzi məqamlara diqqət etməliyik: “Olğunlaşmamış, yəni yetişməmiş qarpızı satmaq düzgün deyil. Bəzi işbazlar avqust-sentyabr aylarında da bu əməllərindən əl çəkmirlər. Qarpızın saplağına baxmaq lazımdır. Əgər saplaq quruyubsa, deməli, onun içi də yetişib. Yox, əgər saplaq yaşıl rəngdədirsə, demək ki, içi yaxşı deyil. Digər məqam isə qarpıza yumruq vuranda şüşə səsi kimi bir səs gəlməlidir. Sanki bu dəqiqə əlimizdə çatlayacaq. Bu qarpızları seçmək daha məqsədəuyğundur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20

