/ / Si Cinpin: Çin enerji, yaşıl sənaye və rəqəmsal iqtisadiyyat sahələrində üç əsas əməkdaşlıq platforması yaradacaq
Si Cinpin: Çin enerji, yaşıl sənaye və rəqəmsal iqtisadiyyat sahələrində üç əsas əməkdaşlıq platforması yaradacaq
01.09.2025 [21:19]
Çin enerji, yaşıl sənaye və rəqəmsal iqtisadiyyat sahələrində üç əsas əməkdaşlıq platforması, həmçinin elmi və texnoloji innovasiyalar, ali və peşə təhsili sektorlarında üç mərkəz yaradacaq.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu təşəbbüslərlə Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının 25-ci iclasında Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin çıxış edib. O qeyd edib ki, qarşıdakı beş il ərzində Çin 10 milyon kVt-dan çox yeni günəş və külək enerjisi layihələrində digər ölkələrlə əməkdaşlığa hazırdır.
Si Cinpinin sözlərinə görə, Çin Süni İntellekt üzrə Əməkdaşlıq Mərkəzinin yaradılmasında da bütün tərəflərlə əməkdaşlığa hazırdır. Bundan əlavə, Çinin Sədri bütün tərəflərin Beidou naviqasiya sistemindən geniş istifadə etməsini alqışlayıb və ölkələri Beynəlxalq Ay Tədqiqat Stansiyasının yaradılmasına qoşulmağa dəvət edib. O, həmçinin ŞƏT-ə üzv dövlətləri təşkilatın təsis missiyasına sadiq qalmağa, daha qətiyyətli və praktik tədbirlərlə onun sağlam və davamlı inkişafına kömək etməyə çağırıb. Çin liderinin fikrincə, təşkilata üzv dövlətlər fikir ayrılıqlarını bir kənara qoyaraq ortaq nöqtələr axtarmalı, qarşılıqlı fayda və “qazan-qazan” nəticələrini, açıqlıq və inklüzivliyi müdafiə etməli, ədalətli olmalı, real nəticələrə və yüksək səmərəliliyə can atmalıdır.
ÇXR Sədri əlavə edib: “ŞƏT-ə üzv dövlətlərin hamısı dost və tərəfdaşdır. Onlar fikir ayrılıqlarına hörmətlə yanaşmalı, strateji təmasları davam etdirməli, konsensus yaratmalı, həmrəylik və əməkdaşlığı inkişaf etdirməlidir. Eyni zamanda, bu dövlətlər öz bazarlarının güclü tərəflərindən və iqtisadi tamamlayıcılıqlarından istifadə etməli, ticarət və investisiyaların asanlaşdırılmasını təkmilləşdirməlidir.
ÇXR Sədri ən qısa zamanda ŞƏT İnkişaf Bankının yaradılmasının vacibliyini də vurğulayıb. ŞƏT-in real addımlarla daha yaxşı inkişafını təmin etmək üçün Si Cinpin bu il ərzində digər üzv dövlətlərə 2 milyard yuan (təxminən 281 milyon ABŞ dolları) qrant verəcəyini, qarşıdakı üç il ərzində isə təşkilatın Banklararası Konsorsiumuna üzv banklara əlavə 10 milyard yuan kredit ayıracağını bildirib.
Bundan əlavə, Çin ehtiyacı olan üzv dövlətlərdə 100 “kiçik və əlverişli” dolanışıq layihəsi həyata keçirməyi planlaşdırır. Növbəti beş il ərzində Çin həmin ölkələrdə 10 min insan resursu üçün təlim imkanları təqdim edəcək. Pekinin ŞƏT-ə üzv digər dövlətlərə investisiya fondu 84 milyard ABŞ dollarını, illik ikitərəfli ticarəti isə 500 milyard ABŞ dollarını ötüb.
Si Cinpin bildirib: “Çin öz inkişafını hər zaman ŞƏT-in inkişafı və üzv dövlətlərin xalqlarının daha yaxşı həyata can atması ilə əlaqələndirir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

