Almaniya dünyanın ilk şaquli üzən günəş elektrik stansiyasını işə salır
15.10.2025 [17:20]
Almaniyanın “SINN Power” şirkəti daxili su hövzələrində təmiz enerji istehsalı barədə təsəvvürü dəyişə biləcək unikal şaquli üzən günəş elektrik stansiyasını istifadəyə verib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, elektrik stansiyası Bavariyanın Ştarnberq bölgəsindəki Yays çınqıl karxanasında yerləşir. Müəyyən edilmiş gücü 1,87 MVt təşkil edir ki, bu da yüzlərlə ev təsərrüfatını enerji ilə təmin etmək üçün kifayətdir. Panel gölün səthinin yalnız 4,65 faizini əhatə edir.
“Bu layihə innovativdir”, - deyə karxananı istismar edən “Kies- und Quetschwerk Jais” şirkətinin direktoru Gotfrid Cays bildirir.
Sistemin istismarının ilkin mərhələlərində o, karxananın adi istehlak səviyyəsi ilə müqayisədə şəbəkədən enerji istehlakını təxminən 60 faiz azaltmağa imkan verib, optimallaşdırmadan sonra isə günəş enerjidən istifadənin ümumi səmərəliliyi 70 faizə çatıb ki, bu da qurğunun öz hesabına obyektin enerji ehtiyaclarının əksəriyyətini ödədiyini nümayiş etdirib.
Patentləşdirilmiş “Skipp-Float” sistemi günəş panellərini şaquli olaraq şərqdən qərbə istiqamətləndirir. Bu, ənənəvi üfüqi qurğulardan fərqlənir və adi panellərin daha az istehsal etdiyi səhər və axşam saatları da daxil olmaqla, gün ərzində daha bərabər enerji istehsalını təmin edir. Panellər bir-birindən dörd metr hündürlüyündə su dəhlizləri ilə ayrılıb, bu da işığın əks olunmasına və təbii hava sirkulyasiyasına şərait yaradır.
“Bunu həyata keçirmək olduqca asanddır, çünki torpaqdan istifadə tələb edilmir, sistem isə əsasən gündüz vaxtı, xüsusən də martdan dekabr ayına qədər günəşli aylarda işləyən istehsalımızla mükəmməl birləşir”, - deyə Cays əlavə edir.
Elektrik stansiyasının strukturu gəmi kilini xatırladır: modullar 1,6 metr dərinlikdə bağlanılıb və külək və dəyişən su səviyyəsinin təsiri altında sərbəst hərəkət edə bilir. Enerji gölün ekosisteminə xələl gətirmədən üzən kabel və sahil qoşulma xətti vasitəsilə şəbəkəyə ötürülür.
Sistem Almaniya Federal Su Ehtiyatları haqqında Qanununun tələblərinə uyğundur və su hövzəsi səthinin icazə verilən 15 faizlik örtmədən çox deyil. 1,7 MVt gücündə ikinci faza işlənmə mərhələsindədir, lakin ümumi sahə 10 faizdən az olaraq qalacaq.
Ərkən ekoloji monitorinq göstərdi ki, elektrik stansiyası ətraf mühitə ziyan vurmur. Əksinə, üzən tikililərin ətrafında suyun keyfiyyəti yaxşılaşmış, balıq və su quşları üçün isə yeni təbii yaşayış yerləri yaradılıb.
“Biz enerjinin yığılması və konversiyası mövzusunu diqqətlə izləyirik və ümid edirik ki, tezliklə sərfəli və səmərəli həllər ortaya çıxacaq”, - deyə Cays qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56

