/ / Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasında uzunmüddətli sülh üçün dialoqun əhəmiyyətini vurğulayıb
Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasında uzunmüddətli sülh üçün dialoqun əhəmiyyətini vurğulayıb
24.11.2025 [17:22]
Türkiyə Ukrayna ilə Rusiya arasında davamlı sülhə nail olmaq istiqamətində səylərə konstruktiv yanaşma sərgiləyir və İstanbuldakı danışıqlar zamanı əvvəllər nümayiş etdirdiyi mühüm rolu oynamağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrikada keçirilən G20 sammitində onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.
Türkiyə lideri xatırladıb ki, Ankara uzun müddətdir Ukraynada sülhün təməlini qoymaq üçün fəal səylər göstərir. “Mən bu məsələni ABŞ Prezidenti Donald Trampla görüşlərim zamanı dəfələrlə müzakirə etmişəm. Biz inanırıq ki, ədalətli sülh müqaviləsində uduzan olmayacaq, sülhə gedən yol isə dialoq və birgə müzakirələrdən keçir”, - deyə Prezident Ərdoğan vurğulayıb.
Siyasətçi qeyd edib ki, bu gün Ukrayna üçün son sülh planı (ABŞ-a məxsus – AZƏRTAC-ın qeydi) ətrafında aktiv müzakirələr davam edir. O deyib: “Bu plan sülhün təməlini yarada biləcəkmi? Bu sənəd üzrə razılığa gəlmək mümkündürmü? Bəli, razılığa gəlmək olar. Bəs dəqiq olaraq necə? Bu məsələ araşdırılmalıdır”. Türkiyə lideri bildirib ki, əgər plan tərəflərin, o cümlədən təhlükəsizlik sahəsindəki gözləntilərini yeni qeyri-sabitlik mərhələlərinə səbəb olmayacaq şəkildə qarşılayırsa, razılaşma əldə etmək mümkündür.
Dövlət başçısı izah edib ki, razılaşma müsbət gündəmdə, artıq razılığın olduğu məqamlara əsaslanaraq başlana bilən danışıqlar prosesinin təməlində mümkündür. “Əgər bütün tərəflərin gözləntilərini qarşılayacaq bir təməl yarada bilsək, davamlı sülhə gedən yol açılacaq. Ədalətli və davamlı sülhə yol açacaq təşəbbüsləri müzakirə etməyə başlamaq vacibdir”, - deyə Prezident Ərdoğan əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

