Avropalı liderlər Ukraynanı çoxmillətli qüvvələrlə təminat altına almaq istəyirlər
16.12.2025 [12:37]
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün sülh danışıqları Berlində “istəkli ölkələr koalisiyası”na daxil olan 14 ölkənin dövlət və hökumət başçıları, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələrinin iştirakı ilə davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Almaniya Kanslerinin ofisində keçirilən görüşdə Fridrix Merts, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, ABŞ-ın xüsusi elçisi Stiv Uitkof, Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte, Danimarkanın Baş naziri Mette Frederiksen, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corcia Meloni, Norveçin Baş naziri Yonas Qar Store, Polşanın Baş naziri Donald Tusk və Niderlandın Baş naziri Dik Sxof iştirak ediblər.
Dövlət və hökumət başçıları yaydıqları birgə bəyanatda Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılmasını dəstəklədiklərini bildiriblər.
“Bild” qəzetinin əldə etdiyi sənəddə qeyd olunub ki, tərəflər müharibənin dayandırılmasına dair mümkün razılaşma kontekstində Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa üçün dəstək tədbirləri təqdim etmək məqsədilə birgə fəaliyyət göstərmək niyyətlərini ifadə ediblər. Qeyd olunub ki, bu yanaşma, digər məsələlərlə yanaşı, ABŞ tərəfindən dəstəklənən, Avropanın rəhbərliyi altında, istəkli ölkələrin töhfələrindən formalaşan və “İstəkli ölkələr koalisiyası” çərçivəsində fəaliyyət göstərəcək ‘Ukrayna üçün çoxmillətli qüvvə”ni nəzərdə tutur.
Bildirilib ki, bu qüvvə Ukrayna Silahlı Qüvvələrinin bərpasına, Ukraynanın hava məkanının qorunmasına və daha təhlükəsiz dənizlərin təmin edilməsinə, o cümlədən ölkə ərazisində aparılacaq əməliyyatlar vasitəsilə töhfə verəcək.
Bundan əlavə, dövlət və hökumət başçıları sülh sazişi əldə olunacağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin formalaşdırılması üçün davamlı və əhəmiyyətli dəstəyin göstərilməsini planlaşdırırlar. Sənədə əsasən, sülh dövründə Ukrayna ordusunun daimi şəxsi heyətinin sayı 800 min hərbçiyə çatdırılmalıdır. Bu addımın məqsədi münaqişələrin qarşısının alınması və Ukraynanın ərazi bütövlüyünün müdafiə olunmasıdır.
Sənəddə ABŞ-ın atəşkəsə nəzarət və onun yoxlanılması mexanizmi yaratması da nəzərdə tutulur. Qeyd olunub ki, bu mexanizm beynəlxalq iştirakla qurulmalı və gələcək mümkün hücumlar barədə erkən xəbərdarlıq etməyə, atəşkəsin potensial pozuntularını izləməyə və bu pozuntulara cavab verməyə imkan yaratmalıdır. Eyni zamanda, eskalasiyanın qarşısını almağa yönəlmiş tədbirlərin görülməsi də planlaşdırılır.
Avropalılar, həmçinin gələcəkdə silahlı hücum baş verərsə, sülhün və təhlükəsizliyin bərpası üçün tədbirlərin görülməsini nəzərdə tutan, Ukrayna hüququna əsaslanan məcburi öhdəlik üzərində işləməyi planlaşdırdıqlarını vurğulayıblar.
Dövlət və hökumət başçıları eyni zamanda bəyan ediblər ki, bu tədbirlər silahlı qüvvələrin tətbiqini, kəşfiyyat və logistik dəstəyi, eləcə də iqtisadi və diplomatik addımları əhatə edə bilər. Bu isə Ukraynaya real təhlükə zamanı faktiki yardım göstərilib-göstərilməyəcəyinin açıq saxlanıldığını göstərir.
Sənəddə Ukraynanın gələcək rifahına investisiya qoyuluşu da nəzərdə tutulub. Buraya iqtisadi və maddi bərpa üçün geniş resursların ayrılması, qarşılıqlı faydaya əsaslanan ticarət sazişləri və Rusiyanın vurduğu ziyana görə Ukraynaya kompensasiya ödəməsinin zəruriliyinin nəzərə alınması daxildir.
Bundan başqa, birgə bəyannamədə Ukraynanın Avropa İttifaqına üzvlüyünün qətiyyətlə dəstəkləndiyi xüsusi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

