Qlobal işsizlik səviyyəsi sabit olaraq qalır
16.01.2026 [09:11]
Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Məşğulluq və sosial trendlər - 2026” hesabatına görə, qlobal işsizlik səviyyəsinin bu il təxminən 4,9 faiz səviyyəsində sabit qalacağı proqnozlaşdırılır ki, bu da təxminən 186 milyon insanın işsiz qalması deməkdir. İşsizlik səviyyəsinin ən böyük artım tempi daha çox yoxsul ölkələrdə müşahidə olunur. Bununla yanaşı, daha zəngin iqtisadiyyatlarda əhalinin qocalması müşahidə olunur, burada əməkqabiliyyətli insanların işə girməsi və ya işləməsi üçün daha az imkanı var. Bununla belə, iş yerlərinin artımının ortagəlirli ölkələrdə 0,5 faiz, aşağıgəlirli ölkələrdə isə 3,1 faiz olacağı proqnozlaşdırılır. Lakin işlə təmin olunmaq keyfiyyətli işə və ya layiqli əməkhaqqına sahib olmaq anlamına gəlmir: təxminən 300 milyon işçi gündə 3 dollardan az qazanaraq həddindən artıq yoxsulluq içində yaşayır. Bu il təxminən 2,1 milyard insanın qeyri-rəsmi sektorda çalışacağı, sosial müdafiəyə, iş yerində hüquqlara və əməyin təhlükəsizliyinə məhdud çıxışı olacağı gözlənilir.
Hesabatda qeyd olunur ki, qlobal miqyasda gənclərin məşğulluğu risk altındadır. Aşağıgəlirli ölkələrdə gənclər üçün qlobal iş vəziyyəti “qorxunc” kimi təsvir olunur. Onların dörddəbirindən çoxu (27,9 faiz) nə təhsil, nə məşğulluq, nə də təlim sahəsində yer alır.
Yüksəkgəlirli ölkələrdə də təhsilli gənclər qeyri-müəyyənlikdən sığortalanmayıb: tədqiqat süni intellekt və avtomatlaşdırmanın onların iş tapmasını çətinləşdirə biləcəyi barədə xəbərdarlıq edir və texnologiyanın diqqətlə izlənilməsini tələb edir.
Eyni zamanda, məşğulluq sahəsində gender fərqi də qalmaqdadır. Hesabatda iş yerində qadın bərabərliyi uğrunda mübarizə aparanlar üçün yaxşı xəbərlər azdır; məlumatlar göstərir ki, sosial normalar və stereotiplər hələ də güclüdür. Əvvəlki nailiyyətlər dayanıb, iş yerində gender bərabərliyinə doğru irəliləyiş yavaşlayıb və qadınların bu gün işçi qüvvəsində iştiraketmə ehtimalı kişilərə nisbətən təxminən 24 faiz azdır.
BƏT ticarət qeyri-müəyyənliyi məsələsini də şərh edib. Qeyd olunub ki, 2025-ci ildə qlobal iqtisadiyyat ABŞ-ın rəhbərliyi ilə beynəlxalq ticarət qaydaları və tarif dərəcələrindəki dəyişikliklərlə yadda qalıb.
Ticarət dünya miqyasında təxminən 465 milyon işçini dəstəkləyir, onların yarıdan çoxu Asiya və Sakit okean regionundadır və bu sahədə qeyri-müəyyənlik, xüsusən də Cənub-Şərqi Asiya, Cənubi Asiya və Avropada işçilərin əməkhaqqını azaldır.
Hesabatda vurğulanır ki, qlobal işsizlik ilə bağlı uyğun və əlaqələndirilmiş cavab tələb olunur. BƏT-in baş direktoru Gilbert Hounqbo geridəqalma riski olan daha kasıb iqtisadiyyatlarda layiqli iş və sosial ədaləti inkişaf etdirmək üçün əlaqələndirilmiş fəaliyyətə və daha güclü qurumların yaradılımasına çağırıb. O qeyd edib: “Hökumətlər, işəgötürənlər və işçilər texnologiyadan məsuliyyətlə istifadə etmək, qadınlar və gənclər üçün keyfiyyətli iş imkanlarını genişləndirmək üçün ardıcıl və əlaqələndirilmiş institusional cavablar vasitəsilə birlikdə hərəkət etməsələr, layiqli iş çatışmazlığı davam edəcək və sosial birlik risk altında olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32

